04 Noyabr 2026 08:25
230
İQTİSADİYYAT
A- A+
Qlobal temperatur artır

Qlobal temperatur artır


Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə hazırlanmış yeni hesabata əsasən, qlobal temperaturun 1,5 dərəcə həddinin aşması artıq qaçılmazdır. Alimlərin hesablamalarına görə, hazırkı iqlim siyasəti dəyişməz qalarsa, qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər. Paris İqlim Sazişi ilə müəyyənləşən öhdəliklərə əsasən, qlobal temperaturun 1,5 dərəcə həddinin aşılmaması nəzərdə tutulurdusa, artıq hədəf yenidən bu həddə qayıtmaq olacaq kimi görünür. 

Bu baxımdan dövlətlərin üzərlərinə götürdükləri öhdəlikləri ciddi şəkildə həyata keçirməsi vacib faktorlardan biridir. Yoxsa, hesabatda da qeyd olunduğu kimi, 1,5 dərəcə həddinin aşılması ilə bağlı mümkün olan ən aşağı ssenari tezliklə əlçatmaz olacaq. Hazırkı vəziyyət göstərir ki, istixana qazı emissiyyalarının müzakirə olunan səviyyədən daha aşağı salınması tələb olunur.  Qaz emissiyalarının mövcud səviyyədə davam etdiyi hər beş il qlobal istiləşmənin pik həddini təxminən 0,1 dərəcə daha da artırır. Bu isə dünya ÜDM-ni daimi olaraq təxminən 1,2 faiz  azaldır, təxminən 140 milyon daha çox insanı həyatı üçün təhlükəli, son dərəcə isti iqlim şəraitinə sürükləyir.

Qlobal temperatur artımının mümkün olan ən aşağı səviyyədə saxlanması üçün 2035-ci ilə qədər bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı gücünün üç dəfə artırılması, həmçinin qalıq yanacaqların istifadəsinin kəskin şəkildə azaldılması, o cümlədən 2040-cı ilə qədər kömürdən tam imtina edilməsi lazımdır. Bundan əlavə, karbonun kənarlaşdırılması texnologiyalarının əhəmiyyətli dərəcədə genişləndirilməsi də günün vacib tələbidir.

Davamlı Turizmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Nərminə Qəribova qəzetimizə açıqlamasında dedi ki,  iqlim dəyişikliyi artıq gələcəyin deyil, bu günün problemidir. Temperaturun yüksəlməsi, buzlaqların əriməsi, quraqlıq, daşqınlar, meşə yanğınları, su ehtiyatlarının azalması və biomüxtəlifliyin itirilməsi indi dünyanın müxtəlif regionlarında özünü göstərir. BMT-nin iqlimlə bağlı son hesabatlarında səsləndirilən xəbərdarlıqlar da bir daha göstərir ki, qlobal istiləşmənin məhdudlaşdırılması üçün görülən tədbirlər kifayət etmir. Xüsusilə sənaye öncəsi dövrlə müqayisədə qlobal orta temperatur artımının 1,5 dərəcə həddində saxlanılması məqsədinin təhlükə altında olması beynəlxalq ictimaiyyət üçün ciddi xəbərdarlıqdır. "Bu hədəf 2015-ci ildə qəbul edilmiş Paris İqlim Sazişinin əsas istiqamətlərindən biridir. Sazişə qoşulan dövlətlər qlobal temperatur artımını 2 dərəcədən xeyli aşağı səviyyədə saxlamaq və onu 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün səylər göstərmək öhdəliyi götürüblər. Bu hədd müəyyən müddətə aşılarsa belə, istiləşmənin daha yüksək səviyyələrə çatmasının qarşısını almaq mümkündür. Hər əlavə 0,1 dərəcə istiləşmə təbiətə, insan sağlamlığına, ərzaq və su təhlükəsizliyinə əlavə risklər yaradır. Deməli, mübarizəni davam etdirmək üçün hələ də kifayət qədər əsas var. Paris Sazişinin əsas məqsədi yalnız dövlətlərin iqlimlə bağlı bəyanatlar verməsi deyil, həmin bəyanatların konkret fəaliyyət proqramlarına çevrilməsidir", - deyə o əlavə etdi.

N.Qəribova bildirdi ki, bu gün əsas problemlərdən biri dövlətlərin götürdükləri öhdəliklərlə onların faktiki icrası arasında fərqin olmasıdır. Qlobal istiləşmənin məhdudlaşdırılması üçün dövlətlər kömür, neft və qazdan asılılığı mərhələli şəkildə azaltmalı, günəş və külək enerjisi kimi bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirməli, sənaye və nəqliyyat sektorunda karbon emissiyalarını azaltmalı, meşələrin qırılmasının qarşısını almalı və ekosistemləri bərpa etməli, metan emissiyalarına nəzarəti gücləndirməli, iqlim dəyişikliklərinə uyğunlaşma strategiyalarını həyata keçirməlidirlər. Bununla yanaşı, inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan ölkələrə maliyyə və texnologiya dəstəyi göstərməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki iqlim dəyişikliyi sərhəd tanımır. Bir ölkədə yaranan ekoloji problem digər ölkələrin də iqtisadiyyatına, təbiətinə və əhalisinin həyat şəraitinə təsir göstərə bilər.

Azərbaycanın da qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərindən kənarda qalmadığını deyən ekspert qeyd etdi ki, ölkəmiz üçün əsas risklər sırasında su ehtiyatlarının azalması, quraqlıq, torpaqların deqradasiyası və şoranlaşması, temperaturun yüksəlməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi və biomüxtəlifliyə təhdidlər xüsusi yer tutur: "Bu baxımdan Azərbaycanın qarşısında mühüm vəzifələr dayanır. Azərbaycan günəş və külək enerjisi baxımından əhəmiyyətli potensiala malikdir. Bu imkanlardan istifadə etməklə, enerji istehsalında karbon emissiyalarının azaldılması istiqamətində daha geniş layihələr həyata keçirilməlidir. Meşələr yalnız ağac örtüyü deyil, bütöv ekoloji sistemdir. Onlar karbonun udulmasında, torpağın qorunmasında, su dövranının tənzimlənməsində və biomüxtəlifliyin saxlanılmasında mühüm rol oynayır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə meşələrin bərpası, ekoparkların yaradılması və yerli ağac növlərinin qorunması uzunmüddətli ekoloji strategiyanın tərkib hissəsi olmalıdır. Ağacəkmə kampaniyaları yalnız əkilən ağacların sayı ilə deyil, onların neçə faizinin yaşadılması ilə qiymətləndirilməlidir. Kənd təsərrüfatında damcı suvarma sistemlərinin genişləndirilməsi, su itkilərinin azaldılması, çirkab suların təmizlənməsi və təkrar istifadəsi istiqamətində tədbirlər gücləndirilməlidir. Xəzər dənizində su səviyyəsinin dəyişməsi, sahil ekosistemlərinin zəifləməsi, çirklənmə və biomüxtəlifliyin azalması kompleks elmi araşdırmalar və regional əməkdaşlıq tələb edir. Ekoloji məsuliyyət yalnız dövlət qurumlarının və mütəxəssislərin vəzifəsi deyil, hər bir vətəndaş təbiətin qorunmasında iştirak etməlidir".

N.Qəribova vurğuladı ki, havanın çirklənməsi tənəffüs və ürək-damar xəstəliklərinin riskini artırır. İsti hava dalğaları xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər üçün təhlükəlidir. Su və ərzaq təhlükəsizliyinin zəifləməsi isə ictimai sağlamlıq üçün əlavə problemlər yaradır. Ona görə də sağlam həyat tərzi, təmiz ətraf mühit, təbii resursların qorunması və ekoloji tarazlıq vahid yanaşma çərçivəsində nəzərdən keçirilməlidir. Sağlam yaşamaq üçün sağlam mühit də lazımdır. 

Onun sözlərinə görə, bu gün bəşəriyyətin qarşısında duran əsas sual artıq qlobal istiləşmənin baş verib-verməməsi deyil: "Əsas məsələ onun hansı həddə qədər yüksələcəyini və gələcək nəsillərə necə bir planet miras qoyacağımızı müəyyən etməkdir. Dövlətlər beynəlxalq öhdəliklərini yerinə yetirməli, biznes sektoru ekoloji məsuliyyəti fəaliyyətinin ayrılmaz hissəsinə çevirməli, vətəndaş cəmiyyətləri isə ictimai nəzarət və maarifləndirmə funksiyasını gücləndirməlidirlər. Davamlı gələcək yalnız iqtisadi göstəricilərin yüksəlməsi ilə ölçülə bilməz. O, həm də təmiz hava, təhlükəsiz su, münbit torpaq, qorunan meşələr, sağlam insan və ekoloji tarazlıq deməkdir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

09:45
04 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

08:55
04 Noyabr

Kukla Teatrı "Balaca səyyah"la uşaqları sevindirəcək

08:50
04 Noyabr

"Niyyətin hara, mənzilin ora"

08:45
04 Noyabr

Mahnılara köçən ömür

08:40
04 Noyabr

Qarabağın "Fəryad"ı

08:35
04 Noyabr

ZƏFƏR gündəliyi

08:30
04 Noyabr

Qlobal temperatur artır

08:25
04 Noyabr

İşğaldan azad edilmiş ərazilərin məskunlaşması həm də urbanizasiya probleminin həllinə dəstək olur

08:20
04 Noyabr

Makronun uğursuz siyasəti və dərinləşən böhran 

08:15
04 Noyabr

Azərbaycan və Gürcüstan praqmatik tərəfdaşlığa sadiqdirlər

08:10
04 Noyabr

Zəfər Günü Azərbaycan tarixində müstəsna yer tutur

08:05
04 Noyabr

İlham Əliyevə nüfuz qazandıran müstəqil siyasət

08:00
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

00:31
04 Noyabr

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında

00:30
04 Noyabr

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında

00:29
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

00:27
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

00:26
04 Noyabr

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

00:24
04 Noyabr

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

23:57
03 Noyabr

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar  

22:54
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!