19 Avqust 2026 10:40
170
Mədəniyyət
A- A+
Yenidənqurmadan sonra Bakı parkları əsl istirahət yeridir 

Yenidənqurmadan sonra Bakı parkları əsl istirahət yeridir 


Yayın  qızmar günlərində bu yerlərin əvəzi yoxdur 


Yayın qızmar günləri bir az səngisə də, paytaxt sakinlərinin çoxu istilərdən yayınmaq üçün xüsusən də şənbə və bazar günləri park və istirahət güşələrinə, Bakıətrafı kənd və qəsəbələrdəki bağ evlərinə üz tuturlar. 

Qeyd edək ki, yay mövsümündə istər bölgələrdən, istərsə də xarici ölkələrdən Bakıya gələnlərin də sayı çox olur. Çünki Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial tələblərinin hərtərəfli təmini və istirahətlərinin səmərəli keçməsi üçün lazımi infrastruktur yaradılır. 

Desək də, deməsək də, Bakının gəzməli, istirahət etməli yerlərindən söhbət düşəndə ilk növbədə Xəzərin mirvari boyunbağısı adlandırılan Sahil bağı - Bakı bulvarı yada düşür. 108 ilə yaxın yaşı olan 3,5 hektarlıq bu bağ ölkə başçısının şəxsi təşəbbüsü və sərəncamına əsasən, genişləndirilərək 16 hektara çatdırılıb. Görülən iş, yaradılan şərait göz oxşayır. Gəzintidə olanların əksəriyyəti sahil bağının gecə füsunkarlığından, gəzməli və görməli yerlərindən, Vətən müharibəsinin qələbəsindən, rəşadətindən söhbət açan Hərbi Qənimətlər Parkını və Zəfər muzeyini ziyarət etməkdən zövq alırlar. Dünyada turizm brendinə çevrilən bu ünvan istirahət edənlərə iftixar və qürur duyğuları yaşadır. 

Gəzintidə olanlardan biri - Bakı şəhər sakini Əməl Kərimova, qızı Firuzə, oğlu Hüseyn və ali məktəbdə təhsil alan nəvələri ilə görüşdük. Əməl xanım bildirdi ki, qızı Firuzə Almaniyada yaşayır, təzə gəlib, hər il yay aylarını mütləq Bakıda keçirir. Firuzə xanım Bakının bugünkü gözəlliyindən, füsunkarlığından ağızdolusu danışdı. "Bakı fontanlar və yaşıllıqlar şəhəridir, çox gözəldir. Sahil bağı Bayraq meydanından Ağ şəhərdən cənnətməkan bir ərazidir". Bulvardan, eləcə də şəhərin görməli yerlərindən mobil telefonlarıma çəkdiyim şəkilləri Almaniyada dostlarıma da göstərəcəyəm", - dedi.

Bakını gözəlləşdirən, onu belə ürəyəyatımlı edən şəhərdə aparılan möhtəşəm quruculuq işləri, ətraf qəsəbələrdə yaradılmış 53-dən çox yeni, 91-dən çox əsaslı təmir olunmuş mədəniyyət və istirahət parklarıdır. Bu parklar, bağlar Bakı sakinlərinin və qonaqların əsl istirahət məkanına çevrilib. Belə  ünvanlardan biri də Bakı Konqres Mərkəzinin qarşısında salınmış istirahət parkıdır. Ümumi sahəsi 7 hektardan çox olan parka gəlib-gedənlərin sayı günbəgün artır. Ərazisində 300-dən çox müxtəlif növ ağac, 50 mindən artıq dekorativ gül və kol bitkiləri əkilib. Burada çinar, tut, dəmirağacı, söyüd və palıd ağaclarının bir neçə növləri var. İtaliyadan gətirilmiş bitki və ağaclar üstünlük təşkil edir. 

İstirahət parkında olarkən paytaxt sakini Ruslan Bədəlovla həmsöhbət olduq. O dedi:

- Mən istirahətimi, demək olar ki, bu parkda keçirirəm. Bura nəinki mənim, ümumiyyətlə, minlərlə vətəndaşımızın istirahət yeridir. Ərazidə 4 müxtəlif istirahət zonası var. İdman zonasında müxtəlif trenajorlar və qurğular qoyulub. Uşaqlar üçün xüsusi zonalar yaradılıb. Ərazidə fəvvarə və 3 göl var. Burada ilin bütün fəsillərində fəaliyyət göstərən buz meydançası da salınıb. Bu istirahət mərkəzi nəinki biz gənclərin, yaşlı  insanların, yeniyetmə oğlan və qızların da gəzməli, dincəlməli və istirahət etməli məkanıdır.  

Belə istirahət parklarından biri də yenidənqurmadan sonra təzə görkəmdə  sakinlərin, xüsusən də azyaşlıların xidmətində olan Nərimanov parkıdır. Ərazisi 4,1 hektar olan bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkandır. Xatırladaq ki, park nadir dizaynda yenidən qurulduqdan sonra buraya gələnlərin sayı bitib-tükənmir, xüsusən də səhər və axşam saatlarında. Parkda olarkən  Zeynal Arzumanovla həmsöhbət olduq.

- Uzun illərdir parkın yaxınlığında yaşayıram. Açığı deyim ki, əvvəllər bura qanunsuz küçə ticarəti ilə məşğul olanların yığnağı idi, necə deyərlər, park dükan-bazarı xatırladırdı. Amma indi mənzərə tamam dəyişib. Parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb, yerində salınan yaşıllıq sahələri, dekorativ kollar göz oxşayır. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda təmir edilib, yeni işıqlandırma sistemləri,  idman qurğuları, uşaq-əyləncə meydançası yaradılıb, habelə yağış sularının axıdılması üçün xətlər çəkilib. Bir sözlə, parka əylənməyə gələnlərə, xüsusən də ailəli gəzintiləri üçün hər cür şərait yaradılıb.

Ötən şənbə günündən paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə yeni bir ənənənin əsası qoyulub. Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə açıq havada konsertlərə start verilib.


Rəhman SALMANLI,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

11:40
19 Avqust

Əşrəf Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləri reytinqində birinci yerdədir

11:35
19 Avqust

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

11:30
19 Avqust

Bu ilin yeddi ayında 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

11:25
19 Avqust

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

11:20
19 Avqust

Dünya birjalarında neft bahalaşıb 

11:15
19 Avqust

Çempionlar Liqası: "Sabah" bu gün İsrail klubu ilə qarşılaşacaq

11:10
19 Avqust

Bu gün Ümumdünya Fotoqrafiya Günüdür

11:07
19 Avqust

Yenidənqurmadan sonra Bakı parkları əsl istirahət yeridir 

10:40
19 Avqust

Ömrünü qadınların savadlanmasına həsr etmişdir 

10:35
19 Avqust

Odun müqəddəsləşdiyi məbəd - "Atəşgah"

10:30
19 Avqust

Qeyri-neft-qaz məhsulları ixracında aqrar sektorun çəkisi artır

10:25
19 Avqust

Muxtar respublikanın ilk DOST-u

10:20
19 Avqust

Torpaqların konsolidasiyası: Ölkəmizin kənd təsərrüfatında yeni inkişaf imkanı

10:15
19 Avqust

Azərbaycan idman ölkəsidir 

10:10
19 Avqust

Naxçıvanın yetirdiyi böyük şəxsiyyətlər

09:00
19 Avqust

Yeni SES, yeni qəsəbə

08:50
19 Avqust

Yaxın Şərqi böyük müharibədən kim xilas edəcək

08:40
19 Avqust

Rusiyanın bəzi dairələri təxribatdan əl çəkmirlər

08:30
19 Avqust

Prezidentin sərəncamı Naxçıvanın dinamik inkişafına hesablanmış mühüm sənəddir

08:20
19 Avqust

Tarixi təcrübə və humanizm: Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ

08:20
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!