19 Avqust 2026 11:07
194
Mədəniyyət
A- A+
Bu gün Ümumdünya Fotoqrafiya Günüdür

Bu gün Ümumdünya Fotoqrafiya Günüdür


Fotoqrafiya ilə baş verən hadisələri, maraqlı anları, gözəl məkanları, sevdiyimiz insanları və bir daha təkrarlanmayacaq məqamları əbədiləşdirmək mümkündür. Fotoşəkillər sayəsində keçmişə qayıda, onlara baxarkən həyatımızın bir çox gözəl anlarını xatırlaya bilirik. Üstəlik, fotoqrafiya bəziləri üçün, sadəcə, hobbi deyil, həm də peşədir. Buna görə də bu sahənin özünəməxsus bayramının – Ümumdünya Fotoqrafiya Gününün olması təəccüblü deyil.

AZƏRTAC xəbər verir ki, həm həm həvəskar, həm də peşəkar fotoqraflar, eləcə də bu sənətin pərəstişkarları hər il avqustun 19-da bu günü qeyd edirlər. Ümumdünya Fotoqrafiya Günü 2009-cu ildə avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis olunub.

Bu günün tarixinin avqustun 19-na təsadüf etməsinin səbəbi isə 1839-cu ilin həmin günündə fotoşəklin əldə olunması üsulu – fotoqrafiyanın ilkin nümunəsi hesab edilən dagerotipin geniş ictimaiyyətə təqdim olunmasıdır. Bu ixtira fransız rəssamı Lui Jak Mande Dagerə məxsusdur. Fransa hökuməti bu perspektivli innovasiyanın patentini satın alaraq onun ixtirasını “dünyaya hədiyyə” elan edib. J.L.Dagerin ixtirası fotoqrafiyanın hamı üçün əlçatan texnologiyaya çevrilməsi yolunda ilk addımlardan biri olub.

Bu gün həyatımızın demək olar ki, bütün sahələrində möhkəm yer tutan fotoqrafiyanın qədim tarixi var. Məhz dagerotipiya – metal lövhə üzərində təsvirin əldə olunması prosesi fotoşəkil çəkməyin ilk praktik üsulu hesab edilir. Daha doğrusu, təsvirin əldə olunması və sabitləşdirilməsi prosesi 1820-ci illərin əvvəllərində fransız ixtiraçı Jozef Nisefor Nyeps tərəfindən yaradılıb. Lakin təsvirin mis lövhə üzərində əldə edilərək sabitləşdirilməsinə nail olan Lui Dagerin şərəfinə bu proses onun adı ilə adlandırılıb. Buna görə də dagerotipiya müasir fotoqrafiyanın əsası hesab olunur.

Sonrakı illərdə bir çox alimlər müxtəlif material və kimyəvi maddələrdən istifadə etməklə fotoşəkillərin əldə olunması prosesini təkmilləşdirməyə davam ediblər. 1861-ci ildə Ceyms Maksvell rəngli fotoşəkli əldə etməyə nail olub. 1981-ci ildə isə “Sony” şirkətinin rəqəmsal kameranı ixtira etməsi rəqəmsal fotoşəkillərin çəkilməsinə imkan yaradıb və ənənəvi fotoplyonkadan imtina üçün yol açıb. Buna baxmayaraq, bu gün də bir çox peşəkar fotoqraflar öz fəaliyyətlərində fotoplyonkaya üstünlük verirlər. Rəqəmsal texnologiyalar dövründə isə hər birimiz heç bir çətinlik çəkmədən sonradan üzümüzdə təbəssüm yaradan, bizi kövrəldən və ya heyrətləndirən anları fotoşəkillərlə əbədiləşdirə bilirik.

Təbii ki, fotoqrafiyanı peşə seçən insanların həyatında bu sənətin xüsusi yeri var. Onların əməyini haqlı olaraq sənət adlandırmaq olar. Buna görə də bu gün bütün fotoqrafları peşə bayramları münasibətilə təbrik etmək mümkündür.

Ekspertlər də müasir dünyada fotoqrafiyanın xüsusi əhəmiyyət daşıdığını qeyd edirlər. Fotoqrafiya yalnız estetik zövq vermir, həm də tarixin mühüm məqamlarını qoruyub saxlamağa kömək edir, sənayenin və elmin müxtəlif sahələrində tətbiq olunur. Buna görə də ayrı-ayrı ölkələrdə və beynəlxalq səviyyədə fotoqrafiya icmalarının inkişafına və dəstəklənməsinə yönəlmiş təşəbbüslər müsbət qarşılanır.

Ümumiyyətlə, Ümumdünya Fotoqrafiya Günü foto çəkməyi və fotoşəkil çəkdirməyi sevən hər kəsin bayramıdır. Bu isə onu olduqca rəngarəng və pozitiv bir günə çevirir. Elə bu gün hər kəs də yadda qalan anları və gözəl mənzərələri əbədiləşdirmək üçün istənilən fotoçəkiliş vasitəsini əlinə alıb, bu maraqlı dünyaya addım ata bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran iki fransız diplomatı “persona non grata” elan edib

12:20
19 Avqust

Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar

12:15
19 Avqust

Süni intellekt yeni biznes ideyalarının yaranmasına necə təsir göstərir? 

12:10
19 Avqust

Naxçıvan gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzinə çevriləcək

12:05
19 Avqust

Milli Kitabxanada Xan Şuşinskinin 125 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 

12:00
19 Avqust

Deputatlarımız Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

11:55
19 Avqust

Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn olunacaq 

11:50
19 Avqust

Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalanıb

11:45
19 Avqust

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

11:40
19 Avqust

Əşrəf Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləri reytinqində birinci yerdədir

11:35
19 Avqust

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

11:30
19 Avqust

Bu ilin yeddi ayında 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

11:25
19 Avqust

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

11:20
19 Avqust

Dünya birjalarında neft bahalaşıb 

11:15
19 Avqust

Çempionlar Liqası: "Sabah" bu gün İsrail klubu ilə qarşılaşacaq

11:10
19 Avqust

Bu gün Ümumdünya Fotoqrafiya Günüdür

11:07
19 Avqust

Yenidənqurmadan sonra Bakı parkları əsl istirahət yeridir 

10:40
19 Avqust

Ömrünü qadınların savadlanmasına həsr etmişdir 

10:35
19 Avqust

Odun müqəddəsləşdiyi məbəd - "Atəşgah"

10:30
19 Avqust

Qeyri-neft-qaz məhsulları ixracında aqrar sektorun çəkisi artır

10:25
19 Avqust

Muxtar respublikanın ilk DOST-u

10:20
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!