19 Avqust 2026 10:20
142
İQTİSADİYYAT
A- A+
Muxtar respublikanın ilk DOST-u

Muxtar respublikanın ilk DOST-u


Prezident İlham Əliyev regionlara səfərləri zamanı yaranmış ənənəsinə sadiq qalaraq Naxçıvanda da yeni obyektlərin təməlini qoydu və açılışını etdi. Bu səfər bir sıra ilklərlə də yadda qaldı. O cümlədən Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu. Bu, muxtar respublikanın ilk DOST-udur.

Naxçıvan Regional DOST Mərkəzinin açılışı dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq DOST xidmətləri şəbəkəsinin ölkəboyu genişləndirilməsi istqamətində növbəti mühüm addımdır. Bu o deməkdir ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, sosial sahədə də ölkədə müasir, innovativ xidmətlər infrastrukturunun tam formalaşmasını əsas prioritetlərdən biri hesab edərək bu istiqamətdə mühüm irəliləyişlərə imza atır.

Xatırladaq ki, DOST mərkəzlərinin yaradılması dövlət sosial xidmətlərinin göstərilməsində bu gün dünyada qabaqcıl təcrübələr sırasında olan uğurlu islahat nümunəsidir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə xidmətlərin "bir pəncərə"dən, müasir və çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verib. DOST modelinə keçilməsi sosial sahədə köklü islahat tədbiri, aparılan sosial islahatlar proqramının ən mühüm nailiyyətlərindən biridir və Azərbaycanın bu sahədə yeni brendinə çevrilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyi və ilk DOST mərkəzinin acılışı 7 il əvvəl, 2019-cu il mayın 9-da olub. Sonralar yeni DOST mərkəzləri, filialları və məntəqələri yaradıldı. Ötən dövrdə Bakı şəhərində 5 Regional DOST Mərkəzi, habelə Abşeron, Bərdə rayonlarında Regional DOST Mərkəzləri istifadəyə verilib. Naxçıvan Regional DOST Mərkəzinin açılışı ilə ölkəmizdə DOST mərkəzlərinin sayı 8-ə çatıb. Eyni zamanda hazırda Şuşada, Tərtərdə, Neftçalada, İmişlidə DOST qəbul şöbələri fəaliyyət göstərir, habelə Kəlbəcər ilə Füzulidə qəbul məntəqələri, Zəngilan rayonunun Ağalı kəndində isə Smart DOST məntəqəsi vətəndaşlara xidmət göstərir. 

DOST mərkəzləri şəbəkəsinin bütün ölkəni əhatə etməsi üçün işlər hazırda davam edir. Ümumilikdə 2030-cu ilədək ölkə üzrə 18 DOST mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması, o cümlədən 2026-2027-ci illərdə Naxçıvan MR-in bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması nəzərdə tutulur. 

Dövlətimizin başçısı Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsi zamanı Naxçıvan Regional DOST Mərkəzinin açılışını da qeyd edib: "Bu gün, eyni zamanda sosial təminatla əlaqədar DOST Mərkəzinin açılışını qeyd edə bilərəm. Onun yanında "ASAN xidmət" mərkəzi dayanır. O da vaxtilə mənim göstərişimlə yaradılmışdır ki, insanlara daha gözəl xidmət göstərilsin". 

Naxçıvan Regional DOST Mərkəzinin açılışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verərkən bildirilib ki, mərkəzdə əhaliyə 164 sosial xidmət  göstəriləcək. Ümumilikdə mərkəzdə 117 işçi və 50 könüllü fəaliyyət göstərəcək və burada gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. Mərkəz pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin Naxçıvan MR sakinlərinə vahid məkanda, şəffaf formada, rahat, operativ və əlçatan şəkildə təqdim edilməsinə imkan yaradır. 

Qeyd edək ki, Naxçıvan Regional DOST Mərkəzində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin fərdi ehtiyaclarına uyğun reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilmələri üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin verilməsi işləri də aparılacaq. Bu da reabilitasiya xidmətlərinin Naxçıvan MR sakinləri üçün daha əlçatan olmasına imkan verir. 

Son illər dövlət başçısının tapşırıqları əsasında aparılan sosial islahatlar çərçivəsində bu sahədə də mühüm addımlar atılıb. Müasir reabilitasiya sistemi qurulub, yeni xidmətlərin tətbiqi nəticəsində reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 2018-ci ilə nisbətən 7 dəfədən çox artıma, sosial xidmətlərin dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsinə nail olunub. Dövlət büdcəsi hesabına əliliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 57-dən 130-a çatdırılıb. Təkcə bu il əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif növlərdə 318 min reabilitasiya vasitəsilə təmin edilib. 

Eyni zamanda 2016-cı ilin Aprel döyüşlərində yaralanmış hərbçilərimiz Heydər Əliyev Fondunun layihəsi çərçivəsində qısa zaman ərzində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək-texnologiyalı məhsulları ilə təmin ediliblər. Möhtəşəm Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra edilən genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti kimi postmüharibə dövründə 500-dən çox hərbçimiz 624 yüksəktexnologiyalı protezlə təmin olunublar.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslər, digər həssas qrupların yaradıcı potensialı, bacarıqları inkişaf etdirilir. Mərkəz onların cəmiyyətə inteqrasiya imkanlarını artırır, inklüziv cəmiyyətin inkişafına mühüm töhfə verir.  2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan bu Mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirir və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Mərkəzdə təlimlərə cəlb edilən həssas qruplardan olan şəxslərin yaradıcılıq potensiallarının üzə çıxarılması və iqtisadi fəallıqlarının dəstəklənməsi məqsədilə yaradılmış "dostart.az" portalı vasitəsilə onların əl işlərinin onlayn satışı həyata keçirilir. 

Naxçıvan MR-də də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulur. Naxçıvan Regional DOST Mərkəzinin açılışı zamanı Prezidentə həmin mərkəzin layihəsi barədə də məlumat verilib. Əlilliyi olan şəxslərə hazırda 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində daha da genişləndirilərək 20-yə çatdırılacağı qeyd edilib.

Deyilənlərə əlavə edək ki, son illər Azərbaycanda həyata keçirilən sosial islahatlar müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikata, o cümlədən bu il BMT-nin "Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri" təşəbbüsünə görə Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Həmçinin DOST modeli dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilib və bir sıra ölkələr (Moldova, Özbəkistan və Serbiya) DOST konsepsiyasına böyük maraq göstərirlər. DOST Agentliyi ötən dövrdə 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunub. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yenidənqurmadan sonra Bakı parkları əsl istirahət yeridir 

10:40
19 Avqust

Ömrünü qadınların savadlanmasına həsr etmişdir 

10:35
19 Avqust

Odun müqəddəsləşdiyi məbəd - "Atəşgah"

10:30
19 Avqust

Qeyri-neft-qaz məhsulları ixracında aqrar sektorun çəkisi artır

10:25
19 Avqust

Muxtar respublikanın ilk DOST-u

10:20
19 Avqust

Torpaqların konsolidasiyası: Ölkəmizin kənd təsərrüfatında yeni inkişaf imkanı

10:15
19 Avqust

Azərbaycan idman ölkəsidir 

10:10
19 Avqust

Naxçıvanın yetirdiyi böyük şəxsiyyətlər

09:00
19 Avqust

Yeni SES, yeni qəsəbə

08:50
19 Avqust

Yaxın Şərqi böyük müharibədən kim xilas edəcək

08:40
19 Avqust

Rusiyanın bəzi dairələri təxribatdan əl çəkmirlər

08:30
19 Avqust

Prezidentin sərəncamı Naxçıvanın dinamik inkişafına hesablanmış mühüm sənəddir

08:20
19 Avqust

Tarixi təcrübə və humanizm: Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ

08:20
19 Avqust

Beynəlxalq ədalətin Azərbaycan modeli

08:10
19 Avqust

Yüksək etimad göstərilən lider

08:00
19 Avqust

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialı 2026/2027-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə abituriyent qəbulu elan edir  

01:05
19 Avqust

"Barselona" Rodrinin transferini açıqlayıb

21:48
18 Avqust

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

21:17
18 Avqust

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

20:46
18 Avqust

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib

20:45
18 Avqust

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

20:44
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!