19 Avqust 2026 10:30
679
Mədəniyyət
A- A+
Odun müqəddəsləşdiyi məbəd - "Atəşgah"

Odun müqəddəsləşdiyi məbəd - "Atəşgah"


Tarixi-mədəni irsinin zənginliyi və çoxəsrliliyi məmləkətimizin qədim yaşayış məskənlərindən biri olmasının təsdiqidir. Minilliklərdən, yüzilliklərdən soraq verən bu irsi tədqiq etmək, qorumaq, onun dəyərini bilmək keçmişə ehtiramımız, gələcəyə  məsuliyyətimizdir. 

Bu baxımdan Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi tariximizə, bu günümüzə və sabahımıza diqqətin və qayğının nümunəsidir. Sənəddə ölkənin çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi əsas məqsədlər sırasında göstərilir.

Azərbaycan memarlığının dünya əhəmiyyətli nümunələrindən biri də "Atəşgah" kompleksidir. Sözügedən sərəncamda bildirilib: "Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, "Atəşgah" kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycan memarlığının rəmzlərinə çevrilmişdir".

Abşeron yarımadasında - Suraxanı kəndi yaxınlığında yerləşən "Atəşgah" deyilən məbəd əsrlər boyu yalnız bizim üçün müqəddəs olmayıb. Bu alov məbədini müxtəlif dövrlərdə zərdüştlər, hindustlar və siqhlər ibadətgah hesab ediblər.

Adı "Alov evi" və ya "Alov yeri" mənasını ifadə edən, tarixi mənbələrə əsasən, qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində XVII-XVIII əsrlərdə inşa edilən məbədin 24 hücrə və mərkəzi səcdəgahı mövcuddur. Tarixçilər müxtəlif vaxtlarda tikilmiş hücrələrin və ibadətgahın XVII əsrin sonlarında ümumi hasara alındığını qeyd edirlər. 

Tarixi mənbələrdə erkən Orta əsrlərdən etibarən Bakı və Abşeron ətrafında sönməz alovların mövcudluğundan bəhs olunub. Araşdırıcı Sara Aşurbəyli ən erkən məlumatları Bizans tarixçisi Panili Priskin verdiyini qeyd edib. Panili Prisk bildirib ki, farslar tərəfındən təqib olunan hun qoşunları ölkəni qarət edərək Midiyadan Skifiyaya "sualtı qayalarından alov qalxan" başqa yolla qayıdıblar. N.Xanıkov bu məlumatın "şəksiz, əbədi Bakı odlarına" aid olduğunu bildirib. Ondan savayı, bir çox səyyah və alimlər, eləcə də XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyahı və publisisti Conas Hanuey (1744) də Bakı ətrafında ayrı-ayrı dövrlərdə tikilmiş müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərindən bəhs edib.

Düma, Kempfer, Villot, Berezin, Mendeleyev və digər məşhurlar da bu məbədə gəliblər. Aleksandr Düma öz təəssüratlarını "Qafqaz səfəri" əsərində belə qələmə alıb: "Nahar qurtaran kimi qapıda hazır dayanan faytonlara minib məşhur Atəşgaha getdik. Bakı Atəşgahı, az səyahət edən fransızlar istisna olmaqla, bütün aləmə bəllidir. ...Biz tamamilə alova bürünmüş qapıdan həyətə girdik. Böyük dördkünc həyətin ortasında günbəzli səcdəgah ucalır. Səcdəgahın tən ortasında əbədi alov şölələnir".

Görkəmli rus kimyaçısı Dmitri Mendeleyev isə rus taciri Konerevin 1855-ci ildə "Atəşgah"ın arxasında tikdirdiyi kerosin zavodunda çalışıb. Həyat yoldaşına məktubunda o, "Atəşgah"ın çox maraqlı məbəd olduğunu, indiyəcən belə məbəd görmədiyini yazıb.

Məmləkətimizə digər ölkələrdən gələn tacirlər də çox vaxt müqəddəs yer kimi "Atəşgah"ı ziyarət edib, bir neçə gün orada qalıblar. XVI-XVII əsrlərdə Azərbaycandan keçən məşhur İpək yolu ilə ölkəmizə gələn tacirlər öz vətənlərinə döndükdə Suraxanıda yerdən çıxan təbii alovdan da danışıblar.

Məlumata əsasən, məbədin ən erkən tikilişi 1713-cü ilə aiddir. Kitabəyə əsasən, 1810-cu ildə tacir Kançanaqaranın hesabına tikilmiş mərkəzi altar ən yeni tikili hesab edilir. İbadətgahın ətrafında XVIII əsrdə bir-birinə bitişik ibadət zalları, hücrələr və karvansaray tikilib. Beşguşəli həyətin mərkəzində rotonda-pavilyon yerləşir. Rotonda kompleksin əsas alov məbədidir və bütün qurbanlar həmin məbəddə yanan müqəddəs alova gətirilirdi.

Məbəd yaxınlığında yerləşən daşlarla doldurulmuş dərin dördbucaqlı quyuda  alovlanan odda vəfat etmiş dindarların cəsədləri yandırılıb. Məbədin ərazisində yaşayan dindar rahiblər cəmiyyətdən ayrılaraq burada müqəddəs alov vasitəsilə bədənlərini və ruhlarını təmizlədiklərinə inanıblar. Rahiblər boyunlarından ağırlığı 30 kiloqrama çatan zəncirlər asıblar. Zəvvarların ianələri hesabına yaşayan məbəd kahinləri inanıblar ki, ölümdən sonra insanın ruhu dirilərək yerə qayıdacaq. Onlar güman ediblər ki, ruhun hörmətli adam və ya hansısa heyvan cildində qayıtması insanın sağlığında topladığı müsbət karmaların miqdarından asılıdır.

Məbəd kompleksi XIX əsrin əvvəllərində artıq dövrümüzdəki görünüşündə olub. Əsasən hinduslar tərəfindən ibadət edilsə də, məbədin memarlığı ənənəvi hinduizm məbədlərinin memarlığından fərqlidir. Tədqiqatçılar bildirirlər ki, ümumi memarlıq xüsusiyyətlərinə görə o, Azərbaycanın şəhər karvansaralarını xatırladır. Yerli memarlıq ənənələri əsasında tikilmiş abidə qədim alov altarlarının xüsusiyyətini də əks etdirir. Giriş üzərində Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan qonaq otaqları - balaxana tikilib.

Məbəddəki 20 qiymətli daş kitabə hücrənin üstündə yerləşdirilib. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, hind tanrılarının adları qeyd edilib. Kitabələrin bəzisinin sonunda yazılma tarixi var. Müəyyən olunub ki, kitabələr XVIII-XIX əsrlərə aiddir. Ciddi zədələnmiş bəzi hinduizm kitabələrini oxmaq mümkün olmayıb. Atəşgahdakı yeganə zərdüşt kitabəsi dörd sətirlik şeir formasında yazılıb.

1855-ci ildə "Atəşgah" yaxınlığında zavod inşa olunduğundan məbədin təbii alovları tədricən zəifləyib. 1902-ci il yanvarın 6-da isə atəşgahın sonuncu təbii alovu sönüb.

XX əsrin əvvəllərində tədqiqatçı M.S.Sayapin Hövsan sakinindən aldığı məlumata əsaslanaraq XIX əsrin ikinci yarısında məbəd ətrafında hələ də oda ibadət edən yaşlıların yaşadıqlarını, onların övladlarının isə artıq müsəlman olduqlarını qeyd edib.

Məbəd 1925-ci ildən sonra demək olar ki, tərk edilib. Yalnız 1975-ci ildə burada  ətraflı restavrasiya işləri aparılıb və "Atəşgah" yenidən ziyarət üçün açılıb. 2007-ci ildə məbəd yenidən restavrasiya olunub. Azərbaycan Prezidentinin sərəncamına əsasən, kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

23:21
03 Oktyabr

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

23:18
03 Oktyabr

Güclü olmaq yeni dövrün başlıca tələbidir

22:54
03 Oktyabr

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

20:43
03 Oktyabr

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

18:59
03 Oktyabr

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

18:49
03 Oktyabr

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb

17:47
03 Oktyabr

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

17:34
03 Oktyabr

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

17:31
03 Oktyabr

*Keçmişə verilən yüksək siyasi qiymət, gələcəyə yönəlmiş yeni fəaliyyət proqramı* 

17:16
03 Oktyabr

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

16:27
03 Oktyabr

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

16:25
03 Oktyabr

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

16:24
03 Oktyabr

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

16:23
03 Oktyabr

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

16:20
03 Oktyabr

Böyük Zəfərin təməli

16:05
03 Oktyabr

Prezident İlham Əliyev yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı vacib mesajlar verdi

15:59
03 Oktyabr

Azərbaycanın müstəqillik tarixində mühüm siyasi mərhələnin başlanğıcı  

15:30
03 Oktyabr

Zəfərdən suverenliyə, suverenlikdən yeni hədəflərə: VIII Qurultayın siyasi mesajları

15:09
03 Oktyabr

Yağışlı hava şəraiti sabah da davam edəcək

13:52
03 Oktyabr

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

13:50
03 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!