09 İyul 2026 15:15
125
CƏMİYYƏT
A- A+
Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib


Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri vəzifəsində işləmiş Orxan Elxan oğlu Musayevin qanunsuz əməlləri ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, istintaqla Orxan Musayevin 2020-2025-ci illərdə qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Xırdalan bələdiyyəsinə məxsus 1, 92 hektar torpaq sahəsini 75 şəxsə qanunvericiliklə müəyyən edilmiş qiymətdən ucuz qiymətə satmaqla 600 min manatdan artıq ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, ibtidai istintaq zamanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin qulluq mövqeyindən istifadə etməklə etibar olunmuş külli miqdarda bələdiyyə əmlakını mənimsəmə və israfetmə yolu ilə talamasına, habelə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə dair qanunsuz əməlləri də ifşa olunub.

Toplanmış sübutlar əsasında Orxan Musayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Günay Əfəndiyeva: Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir

16:09
09 İyul

İngiltərədə qızılca xəstəliyindən daha bir nəfər həyatını itirib, yoluxmalar artır

16:00
09 İyul

Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

15:57
09 İyul

Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

15:54
09 İyul

Azərbaycan neft-qaz və bərpaolunan enerji təcrübəsini Zimbabve ilə bölüşəcək

15:51
09 İyul

FHN: Balakən və Ağstafada su dolmuş ərazilərdə zəruri tədbirlər davam etdirilir

15:49
09 İyul

MİQ müsabiqəsinə 46 mindən çox müraciət daxil olub

15:30
09 İyul

“AzərEnerji” və Dünya Bankı enerji sahəsində əməkdaşlıq perspektivlərini dəyərləndirib

15:27
09 İyul

Ötən 6 ayda 15 min 420 cinayət qeydə alınıb

15:24
09 İyul

Milli Kitabxanada “Yazıçı, publisist Şamo Arif - 90” adlı sərgi açılıb

15:21
09 İyul

İyulun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına başlanılacaq

15:18
09 İyul

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

15:15
09 İyul

Almaniyada anomal istilər 5 mindən çox insanın ölümünə səbəb olub

15:12
09 İyul

Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

15:09
09 İyul

Mark Rutte: Ankarada çox uğurlu bir sammiti başa vurduq

14:40
09 İyul

“Qalatasaray” Con Duranı transfer edir

14:20
09 İyul

Yer kürəsini soyutmaq üçün populyar metod qlobal iqlim sistemini əhəmiyyətli dərəcədə dəyişdirə bilər

14:17
09 İyul

Almaniyada keçirilən “Əmanətə Sədaqət” yay düşərgəsində 23 şəhid övladı iştirak edib

14:14
09 İyul

SOCAR İtaliya şirkəti ilə anlaşma memorandumu imzalayıb

13:47
09 İyul

Günay Əfəndiyeva: Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir

13:45
09 İyul

Bakı Limanında konteyner və yükaşırma həcmləri artıb

13:42
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!