09 İyul 2026 15:54
131
İQTİSADİYYAT
A- A+
Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb


Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahdan AZƏRTAC-a verilən operativ məlumata görə, iyulun 9-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 66,7 faizində biçin başa çatıb.

Bildirilib ki, mövsüm ərzində 642 min 696 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 milyon 251 min 886 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 224 min 603 hektar buğda, 418 min 93 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 884 min 182 ton buğda, 1 milyon 367 min 704 ton arpa yığılıb. Buğda sahələrinin 49 faizində, arpa sahələrinin isə 83 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,4 sent/ha, arpa üzrə isə 32,7 sent/ha təşkil edir.

Artıq Ucar, Naftalan və Kəlbəcərdə biçin tam yekunlaşıb. Respublikanın 17 rayonunda - Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Kürdəmir, Goranboy, İmişli, Masallı, Neftçala, Yevlax, Zərdab, Saatlı, Sabirabad, Salyan, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

Azərbaycan Universitetinin tədris proqramlarına yeni fənlər daxil edilib

16:50
09 İyul

Moldova nümayəndə heyəti “DOST Çağrı Mərkəzi 142”nin fəaliyyəti ilə tanış olub

16:48
09 İyul

“Deepfake” və süni intellektəsaslı dezinformasiya hibrid təhdid arsenalının tərkib hissəsidir

16:45
09 İyul

Deputat: Azərbaycanın strateji mövqeyi fiber-optik dəhlizlərin inkişafı üçün böyük potensial yaradır

16:42
09 İyul

Günay Əfəndiyeva: Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir

16:09
09 İyul

İngiltərədə qızılca xəstəliyindən daha bir nəfər həyatını itirib, yoluxmalar artır

16:00
09 İyul

Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

15:57
09 İyul

Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

15:54
09 İyul

Azərbaycan neft-qaz və bərpaolunan enerji təcrübəsini Zimbabve ilə bölüşəcək

15:51
09 İyul

FHN: Balakən və Ağstafada su dolmuş ərazilərdə zəruri tədbirlər davam etdirilir

15:49
09 İyul

MİQ müsabiqəsinə 46 mindən çox müraciət daxil olub

15:30
09 İyul

“AzərEnerji” və Dünya Bankı enerji sahəsində əməkdaşlıq perspektivlərini dəyərləndirib

15:27
09 İyul

Ötən 6 ayda 15 min 420 cinayət qeydə alınıb

15:24
09 İyul

Milli Kitabxanada “Yazıçı, publisist Şamo Arif - 90” adlı sərgi açılıb

15:21
09 İyul

İyulun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına başlanılacaq

15:18
09 İyul

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

15:15
09 İyul

Almaniyada anomal istilər 5 mindən çox insanın ölümünə səbəb olub

15:12
09 İyul

Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

15:09
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!