19 Avqust 2026 15:30
80
Mədəniyyət
A- A+
Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar


Türkiyənin “Maarif” Məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen və qurumun Marneuli kampusunun yeni təyin olunmuş rəhbəri Ali Yetgin avqustun 19-da “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini (GAİM) ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov qonaqlara mərkəzlərin fəaliyyəti, burada yaradılmış şərait, həyata keçirilən layihələr və müxtəlif istiqamətlər üzrə təşkil olunan tədris kursları barədə ətraflı məlumat verib. Daha sonra tərəflər mövcud əməkdaşlıq əlaqələri və gələcəkdə birgə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparıblar. Qonaqlar “Azərbaycan Evi” və GAİM-də görülən işləri yüksək qiymətləndirərək qarşılıqlı əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşün sonunda Məhəbbət İmanov qonaqlara 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər salnaməsi” və Azərbaycan Diasporuna Dəstək Fondunun yardımı ilə çapdan çıxmış “Azərbaycan musiqisinin inciləri” kitablarını hədiyyə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ 

15:25
19 Avqust

Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb

15:20
19 Avqust

Qlobal müharibələr və anomal istilər ərzaq qiymətlərini bahalaşdırır

15:00
19 Avqust

Yaş artdıqca yerişin çətinləşməsinin səbəbi məlum olub

14:55
19 Avqust

“Washington Post”: Pentaqon Fars körfəzindəki hərbi iştirakını azaltmağı nəzərdən keçirir

14:50
19 Avqust

Süni intellekt dəri xəstəliklərinin müalicəsinə kömək edəcək

14:48
19 Avqust

Apple Aİ ilə anlaşılmazlığı həll etmək üçün şərtlərini dəyişdirir

14:46
19 Avqust

Aİ-nin 1,9 milyardlıq enerji layihəsi niyə ləngiyir?

14:44
19 Avqust

Kolumbiya ABŞ-dən gömrük güzəşti istəyib

14:42
19 Avqust

Avropanın ən sakit adası məlum olub

14:40
19 Avqust

Avropa təbii qaz böhranı yaşaya bilər

14:35
19 Avqust

Avropanı əhatə edən dənizlərdə təhlükəli istiləşmə müşahidə olunur

14:33
19 Avqust

Paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 39 mindən çox elektron sorğu yerləşdirilib

13:50
19 Avqust

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib 

13:45
19 Avqust

Konqoda Ebola xəstəliyinə yoluxma hallarının sayı 5 mini ötüb

13:40
19 Avqust

Məşğulluq Strategiyasının Tədbirlər Planının icrası ilə bağlı görüş baş tutub 

13:35
19 Avqust

Prezident Donald Trampın praqmatizmi 907-ci düzəlişin aradan qaldırılacağını deməyə əsas verir 

13:30
19 Avqust

İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs

13:25
19 Avqust

İkinci rübdə Gürcüstana dəmir yolu ilə idxal olunan yüklərin 22,7 faizi Azərbaycanın payına düşüb

13:20
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!