15 İyun 2026 22:03
615
Mədəniyyət
A- A+
Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub  

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub  


M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera Orkestrinin Xankəndi Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli konserti keçirilib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bayram konserti Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə gerçəkləşib.

Əvvəlcə Milli Qurtuluş Gününün tarixi haqqında məlumat verilib. Bu əlamətdar tarixlə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müasir müstəqil Azərbaycanın işıqlı gələcəyinin möhkəm təməllərinin qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin liderliyində sərhədləri bütöv, suverenliyi tam olan qalib Azərbaycan Ulu Öndərin yaratdığı təməlin üzərindən bərqərardır.

Sonra bayram konserti başlanıb.

Orkestr Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi” və “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, həmçinin “Azərbaycan elləri” və “Mǝn sǝni araram” mahnılarını səsləndirib.

Konsertdə, həmçinin Niyazinin “Arzu”, “Qaytağı”, Cahangir Cahangirovun “Alagöz”, Arif Məlikovun “Sehrli xalat” filminə yazdığı “Qızların rəqsi” və “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, Vasif Adıgözəlovun “Qərənfil”, Süleyman Ələsgərovun “Vətənimdir”, Müslüm Maqomayev “Azərbaycan”, Fərhad Bədəlbəylinin “Dəniz”, Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, Həsən Rzayevin “Çahargah rapsodiyası” və xalq mahnılarımız səsləndirilib.

Solistlər Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Anar Şuşalı, Səbinə Ərəbli, Səxavət Məmmədov, Nəzrin Aslanlı, Talıb İsgǝndǝrli, Nicat Mənsimov və Rəfiqə Quluzadə orkestrin müşayiəti ilə tamaşaçılara əsl bayram ab-havası yaşadıblar.

Doğma yurda qayıdan Xankəndi sakinləri, Qarabağ Universitetinin müəllim və tələbələri, eləcə də azad torpaqların quruculuğunda iştirak edən vətəndaşlarımız bütün musiqi nömrələrini alqışlarla qarşılayıblar.

Xatırladaq ki, Xankəndi Mədəniyyət Mərkəzi əsaslı şəkildə yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə mayın 28-də istifadəyə verilib.

Qeyd edək ki, qastrol layihəsi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!