12 İyun 2026 09:35
621
Mədəniyyət
A- A+
Güllü-çiçəkli Mərkəzi Nəbatat Bağı 

Güllü-çiçəkli Mərkəzi Nəbatat Bağı 


Bu gün Bakı yalnız müasir memarlıq nümunələri ilə deyil, eyni zamanda geniş yaşıllıq zolaqları, park və bağları ilə də diqqət çəkir. Bu yaşıllıq məkanları sırasında xüsusi yeri olan ünvanlardan biri də Mərkəzi Nəbatat Bağıdır.

1935-ci ildə yaradılmış bu bağ 43 hektar ərazini əhatə edir və 2000-dən çox bitki növü olan bağda "küçəbəküçə" salınmış yerli flora ilə yanaşı, dünyanın müxtəlif bölgələrindən gətirilmiş dekorativ və ekzotik bitkilər göz oxşayır. 

91 yaşlı bu bağ AMEA-nın nəzdində ölkənin flora zənginliyinin qorunması və öyrənilməsi istiqamətində mühüm elmi mərkəz kimi formalaşıb. Burada aparılan araşdırmalar bitkilərin uyğunlaşdırılması, nadir növlərin qorunması və biomüxtəlifliyin təmin olunmasına xidmət edir. Bağ müxtəlif iqlim zonalarına aid bitki kolleksiyalarının qorunması, öyrənilməsi və nümayişi məqsədilə fəaliyyət göstərir. Ərazi geniş landşaft sahələri, dendroloji kolleksiyalar və nadir bitki növləri ilə zəngindir. Bu məkan həm də istirahət zonasıdır, şəhərin mühüm yaşıllıq və ekoloji məkanlarından biri hesab olunur.

Prezident İlham Əliyevin sərəncamı əsasında Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri ölkəmizdə bitki biomüxtəlifliyinin qorunmasına və səmərəli istifadəsinə göstərilən diqqətin nümunəsidir. Xüsusilə 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Botanika İnstitutunun yeni inzibati binasının açılışı bu məkanın inkişafında yeni mərhələnin başlanğıcı kimi yadda qalıb. Açılışdan sonra bağın ərazisində həyata keçirilən işlər onun həm elmi, həm də ictimai əhəmiyyətini daha da artırıb.

Bağda gəzintidə olan Bakı şəhər sakini Telman Musayevlə həmsöhbət olduq: "Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva bir neçə  il öncə Bakıda, mənim ən çox sevdiyim Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olarkən ictimaiyyət nümayəndələri arasında mən də vardım. Öyrəndim ki, bərpa işləri nəticəsində bağın ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb. Bildiyimə görə, burada 2000-dən çox ağac, kol, ot bitkiləri və sair var. Bağda 130-a yaxın nadir bitki növü qorunur. Vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Göründüyü kimi, bağ başdan-başa dəyişib. Bu, bizi çox sevindirir".

Bağın ərazisində təşkil olunan ekskursiyalar zamanı ziyarətçilərin diqqətini bağın müasir infrastruktur elementləri və zəngin landşaft quruluşu cəlb edir. Bunlara yerli və dünyanın müxtəlif regionlarından gətirilmiş nadir bitki növlərinin qorunması və nümayişi üçün inşa edilmiş müasir tipli oranjeriyalar, piyadalar üçün nəzərdə tutulmuş 650 metr uzunluğunda müasir körpü, göl kompleksi, uşaqlar üçün yaradılmış oyun meydançası, eləcə də ziyarətçilər üçün istirahət məkanı kimi salınan labirint daxildir.

Ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanan bitkilər sırasında bağa yeni introduksiya olunmuş Çin lorapetalumu, respublika ərazisində yalnız Mərkəzi Nəbatat Bağında yetişdirilən Luzitan Sərvi, dünyanın ən nəhəng ağac növlərindən biri hesab olunan Sekvoya, həmçinin dünyanın ən hündür ağac növləri sırasında yer alan Mavi Evkalipt xüsusi seçilir. Bununla yanaşı, Çiyələk ağacı, Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmiş Uzunsaplaq palıd və Eldar şamı da ziyarətçilərin diqqətini cəlb edən nadir növlər sırasındadır. Oranjeriya şəraitində nümayiş etdirilən kofe ağacı, banan bitkisi və həşəratlarla qidalanan Nepentes (Nepenthes gaya) kimi ekzotik bitkilər də ekskursiya iştirakçılarında böyük maraq doğurur.

Bağda sərv ağacları, əsasən, küləkqırıcı zolaqlar şəklində əkilib. Bu da ərazidə digər bitkilərin daha yaxşı inkişaf etməsinə kömək edir. Sərv ağacı həmişəyaşıl və uzunömürlüdür. Mütəxəssislərin fikrincə, bəzi növləri 800 -1000 ilə qədər yaşaya bilir. Buna görə də qədim dövrlərdən sərv ağacı "əbədi həyat" və uzunömürlülük rəmzi kimi qəbul olunub.

Ekskursiyalar zamanı ziyarətçilərin maraq göstərdiyi ağaclardan biri də Dağdağandır. Dağdağan xalq arasında göz - nəzərdən qoruyan ağac kimi tanınır. İnsanlar qədimdən bəri dağdağan ağacına xüsusi inamla yanaşıblar və onu pis enerjidən qoruyan təbii simvol hesab ediblər. Dağdağan ağacı həm də çox davamlı və uzunömürlüdür. Şəhər şəraitinə uyğunlaşdığı üçün parklarda və bağlarda geniş istifadə olunur.

Mərkəzi Nəbatat Bağının "Qida və dərman bitkilərinin biokimyası" laboratoriyasının böyük mütəxəssisi Aynurə Seyfullayeva söhbət zamanı bildirdi ki, yenidənqurmadan sonra bura ziyarətə gələn yerli sakinlərdən əlavə, xarici turistlərin də sayı çoxalıb. Onun sözlərinə görə, ümumilikdə bağa ay ərzində təxminən 600-800 xarici turist gəlir. Yerli ziyarətçilərin sayı xüsusilə həftəsonları 1000 nəfəri keçir. Bayram günlərində isə bu rəqəm 2-3 dəfə artır.

Bağın ərazisində ziyarətçilərin rahatlığını təmin etmək üçün müasir infrastruktur yaradılıb. Ərazidə müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş istirahət və əyləncə zonaları, yaşıllıq labirintləri və açıq məkanlar salınıb ki, bu da bağa gələnlərin təbiətlə daha yaxından ünsiyyət qurmasına əlverişli şərait yaradır. Xatırladaq ki, Nəbatat Bağı yarandığı gündən həm də elmi-mədəni mərkəz kimi fəaliyyət göstərir və bu missiya mütəxəssislər tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. 

Müasir şəhərsalmanın əsas prinsiplərindən biri məhz yaşıl məkanların qorunması və artırılmasıdır. Bu baxımdan, bağ yalnız bir istirahət məkanı deyil, həm də Azərbaycanın dünyaya təqdim edə biləcəyi uğurlu ekoloji modeldir. Bu yeniliklər şəhərin səs-küyündən uzaqlaşaraq ziyarətdə olanlarda böyük məmnunluq doğurur. Müşahidələrdən hiss olunur ki, insanları güllü-çiçəkli Mərkəzi Nəbatət Bağına çəkib gətirən floramızın canlı kolleksiyaları ilə istirahətin bir arada cəmləşməsidir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cəsarəti ilə qəhrəmanlıq düsturu yazdı

08:45
14 İyul

Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

08:40
14 İyul

Xalqın qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:35
14 İyul

Dövlətçiliyin sarsılmaz təməllərini yaradan Lider

08:30
14 İyul

Qüdrətli Azərbaycan dövlətinin qurucusu

08:25
14 İyul

Mədəni yaddaşın siyasi zəfəri: 1969-cu ildən başlayan yol

08:20
14 İyul

Azərbaycanı zirvələrə aparan siyasət

08:15
14 İyul

İnnovativ iqtisadiyyat inkişaf etdikcə, onu tənzimləyən qanunvericilik bazası da təkmilləşdiriləcək

08:10
14 İyul

Etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor

08:05
14 İyul

Şuşadan ünvanlanan mesajlar

08:00
14 İyul

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli 593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

04:48
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda, 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda, 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda və 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi barədə 

04:46
14 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

04:45
14 İyul

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

04:44
14 İyul

Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

22:29
13 İyul

Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub

21:48
13 İyul

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

21:20
13 İyul

Azərbaycan ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib

20:54
13 İyul

AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb

20:15
13 İyul

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

20:14
13 İyul

Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub

20:12
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!