14 İyun 2026 14:57
215
SİYASƏT
A- A+
Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə qardaşlığının yeni tarixi mərhələsidir

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə qardaşlığının yeni tarixi mərhələsidir


 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, işğaldan azad edilmiş Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında münasibətlərin tarixində yeni və mühüm mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd təkcə iki ölkə arasındakı əlaqələrin daha yüksək səviyyəyə yüksəlməsini deyil, həm də regionun gələcək geosiyasi və iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini təmin edən strateji sənəd kimi tarixə düşdü.

Şuşa Bəyannaməsi öz mahiyyəti etibarilə tarixi köklərə əsaslanır. Sənəddə türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının əks olunması Azərbaycan-Türkiyə münasibətlərinin ideoloji və mənəvi təməlini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşada imzalanan bu sənəd əcdadların vəsiyyətinə sadiqliyin, gələcək nəsillərə isə qardaşlıq və həmrəylik nümunəsinin təqdim edilməsidir.

Şuşa Bəyannaməsinin verdiyi ən mühüm strateji mesaj Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün dünyaya bəyan edilməsidir. Bu sənəd iki dövlət arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirərək onları müttəfiqlik səviyyəsinə yüksəldib. Bəyannamə göstərdi ki, Azərbaycan və Türkiyə yalnız tarixi, mədəni və mənəvi bağlarla deyil, həm də ortaq strateji maraqlar və gələcək hədəflərlə bir-birinə bağlıdır.

Sənədin əhəmiyyətini artıran əsas məqamlardan biri onun bütün sahələri əhatə edən geniş əməkdaşlıq platforması yaratmasıdır. Şuşa Bəyannaməsində siyasi əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, təhsil, elm, mədəniyyət, gənclər siyasəti, müdafiə sənayesi və hərbi əməkdaşlıq kimi mühüm istiqamətlər öz əksini tapıb. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin yalnız ayrı-ayrı sahələr üzrə deyil, bütöv şəkildə inkişafını təmin edən kompleks yanaşmadır.

Bəyannamə eyni zamanda regionda sülh, sabitlik və inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan və Türkiyənin birgə fəaliyyəti Cənubi Qafqazda uzunmüddətli sülhün və əməkdaşlığın təmin olunmasına mühüm töhfə verir. Sənəddə qeyd edilən nəqliyyat və kommunikasiya layihələri region ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı asılılığın artmasına şərait yaradır.

Şuşa Bəyannaməsinin iqtisadi aspektləri də xüsusi əhəmiyyət daşıyır. Sənəd qarşılıqlı investisiyaların artırılması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və yeni biznes imkanlarının yaradılması üçün əlverişli hüquqi baza formalaşdırıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi və regionun investisiya cəlbediciliyinin yüksəlməsi Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verir. Şuşa və ətraf rayonların turizm potensialının reallaşdırılması da yeni iqtisadi imkanlar yaradır.

Bəyannamənin mühüm istiqamətlərindən biri nəqliyyat-kommunikasiya layihələrinin inkişafıdır. Sənəddə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin imkanlarını genişləndirərək Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağının formalaşmasına xidmət edir. Qars–İğdır–Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi regionun logistika və ticarət potensialını əhəmiyyətli dərəcədə artıracaq, beynəlxalq yükdaşımaların həcmini genişləndirəcəkdir.

Şuşa Bəyannaməsində xarici siyasət sahəsində əməkdaşlıq da mühüm yer tutur. Tərəflər beynəlxalq münasibətlər sistemində bir-birinin milli maraqlarını dəstəkləməyi, regional və qlobal təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyət göstərməyi öhdələrinə götürüblər. Bu, Azərbaycan və Türkiyənin beynəlxalq nüfuzunun daha da artmasına, qlobal siyasi proseslərdə təsir imkanlarının genişlənməsinə xidmət edir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq isə Bəyannamənin ən mühüm istiqamətlərindən biridir. Sənəd hər iki ölkənin təhlükəsizliyinə təhdid yarandığı halda qarşılıqlı dəstək göstərilməsini nəzərdə tutur. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə fəaliyyət qabiliyyətinin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və hərbi modernləşmə istiqamətində ortaq layihələrin həyata keçirilməsi regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayır. İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi bu əməkdaşlığın real nəticələrini nümayiş etdirib.

Şuşa Bəyannaməsi həm də Ermənistandakı revanşist qüvvələrə və bölgədə sabitliyi pozmaq istəyən dairələrə ciddi mesajdır. Bu sənəd açıq şəkildə göstərir ki, Azərbaycan və Türkiyə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Bu amil regionda yeni münaqişə risklərinin qarşısının alınmasına və sabitliyin qorunmasına xidmət edir.

Sənəddə informasiya və diaspor sahəsində əməkdaşlığa da xüsusi diqqət ayrılıb. Xaricdə yaşayan Azərbaycan və türk icmalarının fəaliyyətinin əlaqələndirilməsi, ortaq media platformalarının yaradılması, beynəlxalq informasiya məkanında birgə fəaliyyət göstərilməsi iki ölkənin milli maraqlarının müdafiəsində mühüm rol oynayır. Bu əməkdaşlıq Azərbaycan və Türkiyənin dünyada daha güclü informasiya və diplomatik təsir imkanlarına malik olmasına şərait yaradır.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra hər il iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfranslar sənədin aktuallığını və strateji əhəmiyyətini bir daha təsdiqləyir. Müxtəlif mövzulara həsr olunan bu tədbirlər Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf perspektivlərinin müzakirəsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platformaya çevrilib.

Ümumilikdə, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə edən, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəldən və gələcək əməkdaşlığın yol xəritəsini müəyyən edən tarixi sənəddir. Bu Bəyannamə təkcə iki dövlət üçün deyil, bütövlükdə Türk dünyası, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq baxımından da böyük əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığı gələcək illərdə daha da möhkəmlənərək hər iki ölkənin siyasi, iqtisadi və hərbi qüdrətinin artmasına, regionda sülh və sabitliyin təmin olunmasına mühüm töhfələr verməyə davam edəcəkdir.

 

Vasif Qafarov,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını müttəfiqlik səviyyəsinə yüksəltdi

15:49
14 İyun

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər  

15:39
14 İyun

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

15:09
14 İyun

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə qardaşlığının yeni tarixi mərhələsidir

14:57
14 İyun

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub  

14:47
14 İyun

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

14:01
14 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:13
14 İyun

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur  

12:59
14 İyun

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

12:42
14 İyun

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:50
14 İyun

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

10:03
14 İyun

Dünya birjalarında neft ucuzlaşıb

09:58
14 İyun

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

09:37
14 İyun

Dünya çempionatı: Braziliya millisi xal itirib

09:11
14 İyun

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

07:35
14 İyun

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

01:33
14 İyun

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!