04 Aprel 2026 08:55
856
İQTİSADİYYAT
A- A+
Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli


Bölgələrdə yaradılan yeni iqtisadi imkanlar ölkənin dayanıqlı inkişafını gücləndirir


Müasir dövrdə qlobal iqtisadi sistemdə baş verən dəyişikliklər, xüsusilə ərzaq təhlükəsizliyi ilə bağlı risklərin artması dövlətləri daxili istehsal imkanlarını gücləndirməyə vadar edir. Son illər dünya bazarlarında ərzaq məhsullarının qiymətlərində müşahidə olunan artım, logistika xərclərinin yüksəlməsi və geosiyasi gərginliklər bu sahədə idxaldan asılı ölkələr üçün əlavə risklər formalaşdırmışdır.

Bu kontekstdə Azərbaycanın həyata keçirdiyi sosial-iqtisadi siyasət özünün sistemli və uzaqgörən xarakteri ilə seçilir. Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri çərçivəsində istifadəyə verilmiş "Şirvan Aqro" heyvandarlıq kompleksi bu siyasətin konkret və məqsədyönlü nəticəsi kimi çıxış edir.

Əgər əvvəlki dövrlərlə müqayisə aparsaq görərik ki, xüsusilə 2000-ci illərin əvvəllərində Azərbaycanın aqrar sektoru əsasən ekstensiv inkişaf modeli üzərində qurulmuşdu və məhsuldarlıq səviyyəsi nisbətən aşağı idi. Müasir mərhələdə isə həyata keçirilən siyasət nəticəsində kənd təsərrüfatında intensiv və innovativ inkişaf modelinə keçid təmin edilmişdir. Şamaxıda yaradılan kompleks məhz bu transformasiyanın real göstəricisidir.

Sözügedən kompleks müasir texnologiyalarla təchiz olunmaqla aqrar sektorun keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Süni intellektə əsaslanan idarəetmə sistemləri, innovativ istehsal yanaşmaları və genetik seleksiya üsulları məhsuldarlığın artmasına və istehsalın səmərəliliyinin yüksəlməsinə imkan yaradır. Bu isə kənd təsərrüfatının ənənəvi modeldən çıxaraq yüksəktexnologiyalı aqro-sənaye mərhələsinə keçdiyini göstərir. Kompleksin fəaliyyətə başlaması regionda iqtisadi aktivliyin artmasına, yeni iş yerlərinin yaradılmasına və əhalinin gəlir imkanlarının genişlənməsinə səbəb olacaq. Bu yanaşma regionların inkişafına yönəlmiş dövlət siyasətinin praktik nəticəsi kimi çıxış edir. Əgər əvvəllər iqtisadi aktivlik daha çox iri şəhərlərdə cəmləşirdisə, hazırda regionlarda yaradılan bu cür iri layihələr iqtisadi coğrafiyanın balanslaşdırılmasına xidmət edir. Eyni zamanda daxili istehsalın genişlənməsi idxaldan asılılığın azalmasına və ərzaq təhlükəsizliyinin güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, əsas məqsəd  ölkənin əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini artırmaqdır . Bu isə yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik məsələsidir.

Azərbaycanın sosial-iqtisadi siyasətində insan kapitalının inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. Müasir dövrdə iqtisadi artımın əsas mənbəyi artıq təbii resurslar deyil, bilik və innovasiyalara əsaslanan insan kapitalıdır.

Bu baxımdan təhsilə qoyulan investisiyalar gələcəyin güclü insan kapitalını formalaşdırır. Şamaxı Avropa liseyinin yeni binasının istifadəyə verilməsi də məhz dövlət siyasətinin strateji mahiyyətini aydın şəkildə nümayiş etdirir.

Əvvəlki dövrlərlə müqayisədə Azərbaycanda təhsil infrastrukturunun inkişafı xüsusilə son 15-20 ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Regionlarda müasir məktəblərin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və innovativ tədris metodlarının tətbiqi bu sahədə ciddi irəliləyişlərin əldə edilməsinə səbəb olmuşdur.

Müasir standartlara uyğun qurulan bu təhsil müəssisəsi regionda yaşayan şagirdlər üçün keyfiyyətli təhsil imkanları yaradır. Laboratoriyalar, STEAM tədris mühiti və rəqəmsal avadanlıqlarla təchiz olunmuş lisey gənclərin müasir bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır. Bu isə gələcəkdə innovativ iqtisadiyyatın inkişafı üçün əsas baza rolunu oynayır. Təhsil sahəsinə yönəlmiş bu cür investisiyalar sosial bərabərliyin təmin olunmasına və inkişafın daha inklüziv xarakter almasına xidmət edir. Əgər əvvəl regionlarla paytaxt arasında təhsil imkanları baxımından müəyyən fərqlər mövcud idisə, hazırda bu fərqlərin azaldılması istiqamətində mühüm nəticələr əldə olunur.

İnsan kapitalının gücləndirilməsi isə uzunmüddətli perspektivdə ölkənin iqtisadi potensialının artmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olur. Bu baxımdan təhsil sahəsində həyata keçirilən siyasət Azərbaycanın gələcək inkişaf modelinin əsasını təşkil edir.

Toxunmaq istədiyimiz digər məsələ geosiyasi qeyri-sabitlik şəraitində Azərbaycanın inkişaf modelinin sabitliyi və artımı təmin etməsidir. Müasir dünyada geosiyasi gərginliyin artması və iqtisadi qeyri-sabitliyin dərinləşməsi bir çox ölkənin inkişaf tempinə mənfi təsir göstərir. Xüsusilə son illər regional münaqişələrin genişlənməsi, enerji bazarlarında qeyri-sabitlik və qlobal inflyasiya prosesləri dünya iqtisadiyyatında ciddi risklər yaratmışdır. Bu proseslər fonunda bir çox ölkədə iqtisadi artımın zəifləməsi, sosial problemlərin artması və investisiya mühitinin pisləşməsi müşahidə olunur. Lakin Azərbaycanın inkişaf modeli bu mənfi tendensiyalar fonunda öz dayanıqlılığı ilə seçilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkədə iqtisadi sabitlik qorunur, yeni layihələr reallaşdırılır və sosial rifah yüksəlir. Bu isə seçilmiş inkişaf modelinin effektivliyini göstərir. Əvvəlki illərlə müqayisədə ölkənin iqtisadi strukturu daha şaxələnmiş, qeyri-neft sektorunun payı artmış və regionların iqtisadi rolu güclənmişdir. Şamaxıda həyata keçirilən layihələr dövlət siyasətinin kompleks xarakter daşıdığını nümayiş etdirir. İqtisadi, sosial və infrastruktur sahələrinin paralel inkişafı ölkənin dayanıqlı inkişaf modelini gücləndirir. Bu yanaşma yalnız cari dövr üçün deyil, həm də uzunmüddətli perspektiv üçün mühüm əhəmiyyət kəsb edir.

Bu siyasət "Azərbaycan 2030" strateji hədəfləri ilə tam uyğunluq təşkil edir və gələcək inkişaf üçün möhkəm zəmin yaradır. Xüsusilə iqtisadi diversifikasiya, innovativ inkişaf və regionların gücləndirilməsi kimi istiqamətlər Azərbaycanın gələcəkdə daha rəqabətqabiliyyətli iqtisadi sistemə malik olmasını təmin edəcəkdir.

Nəticə etibarilə qlobal və regional çağırışların artdığı bir dövrdə Azərbaycanın inkişaf modeli yalnız mövcud sabitliyi qorumağa deyil, eyni zamanda yeni inkişaf imkanları yaratmağa yönəlmişdir. Bu model ölkənin iqtisadi müstəqilliyini gücləndirir və onu regionda dayanıqlı inkişaf nümunəsinə çevirir.

 

Yaşar MƏMMƏDOV, 

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Malayziya Mərkəzi Bankı: İslam maliyyəsinin uzunmüddətli iqtisadi inkişafın təmin olunmasına xidmət etməsini hədəfləyirik  

12:38
17 İyun

BƏƏ səhralaşmaya qarşı mübarizəni gücləndirir

12:16
17 İyun

Xəzər dənizində zəlzələ qeydə alınıb

12:09
17 İyun

“Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər

12:03
17 İyun

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib  

11:58
17 İyun

İran xam neft ixracına başlayıb

11:49
17 İyun

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

11:43
17 İyun

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb  

11:40
17 İyun

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

11:37
17 İyun

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

11:36
17 İyun

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

11:35
17 İyun

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

11:21
17 İyun

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır  

11:16
17 İyun

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

11:07
17 İyun

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

11:07
17 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:01
17 İyun

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

10:31
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!