15 Oktyabr 2026 08:55
181
İQTİSADİYYAT
A- A+
Ölkəmizin turizm imkanları beynəlxalq səyahət peşəkarlarına təqdim ediləcək

Ölkəmizin turizm imkanları beynəlxalq səyahət peşəkarlarına təqdim ediləcək


Oktyabrın 29-da Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" sammiti keçiriləcək. Tədbirdə Asiyanın turizm bazarlarını təmsil edən şirkətlərin nümayəndələri ilə Azərbaycanın turizm sənayesi təmsilçiləri arasında görüşlər təşkil ediləcək.

Dövlət Turizm Agentliyi, tabeliyindəki Azərbaycan Turizm Bürosu (ATB) və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi Azərbaycan ilə Asiyanın əsas turizm bazarları arasında əlaqələrin genişləndirilməsi və ölkənin turizm imkanlarının beynəlxalq səyahət peşəkarlarına təqdim olunmasıdır.

Dövlət Turizm Agentliyindən aldığımız məlumata görə, sammit çərçivəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan 50 turizm peşəkarının iştirakı ilə yerli turizm şirkətləri arasında B2B görüşlər keçiriləcək. Görüşlər zamanı əməkdaşlıq imkanlarının müzakirəsi və yeni işgüzar əlaqələrin qurulması nəzərdə tutulur.

Məlumatda qeyd olunub ki, tədbir 24-30 oktyabr tarixlərində təşkil olunacaq tanışlıq səfərinin proqramına daxildir. Səfər çərçivəsində iştirakçılar Bakı, Şamaxı, Qəbələ, Şəki və Qaxda olacaq, Azərbaycanın tarixi-mədəni irsi, təbii resursları, qonaqpərvərlik ənənələri və turizm infrastrukturu ilə tanış olacaqlar.

Dövlət Turizm Agentliyindən o da bildirilib ki, proqram zamanı Azərbaycanın İpək yolu irsi, dağ və təbiət turizmi, işgüzar (MICE) turizm, "Umrah Plus" proqramları və fərdiləşdirilmiş səyahət imkanları təqdim ediləcək. Həmçinin Azərbaycanın qonşu ölkələrlə birlikdə çoxölkəli Qafqaz turizm marşrutlarına daxil edilməsi imkanları müzakirəyə çıxarılacaq.

"PATA Hosted Buyers Summit Baku 2026" yerli turizm şirkətlərinin Asiya bazarlarını təmsil edən peşəkarlarla birbaşa əlaqələr qurmasına, əməkdaşlıq imkanlarını genişləndirməsinə və Azərbaycan turizm məhsullarının beynəlxalq səyahət proqramlarında təşviqinə xidmət edəcək.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

09:30
15 Oktyabr

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində növbəti ictimai maarifləndirici tədbir keçirilib

09:20
15 Oktyabr

Milli-mənəvi dəyərlər xalqın varlığının və kimliyinin göstəricisidir

09:10
15 Oktyabr

"Azərenerji" ASC-də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub

09:00
15 Oktyabr

Ölkəmizin turizm imkanları beynəlxalq səyahət peşəkarlarına təqdim ediləcək

08:55
15 Oktyabr

Təhsildə bərabərlik və dünyəvilik məktəb mühitinin əsas sütunlarıdır

08:45
15 Oktyabr

ZƏFƏR gündəliyi 

08:35
15 Oktyabr

Azərbaycan türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir

08:25
15 Oktyabr

AQEM Asiya ilə siyasi və humanitar əlaqələrin inkişafı üçün mühüm platformadır

08:20
15 Oktyabr

Qüdrətli Azərbaycan və qalib Lider

08:15
15 Oktyabr

Azərbaycanın müasir dövlətçilik zirvəsi: Zəfərə və qlobal nüfuza aparan şərəfli yol

08:10
15 Oktyabr

AZƏRBAYCANIN YENİ İNKİŞAF MƏRHƏLƏSİ: vəzifələr, prioritetlər və strateji hədəflər  

08:05
15 Oktyabr

İlham Əliyevin yaratdığı müasir Azərbaycan

08:00
15 Oktyabr

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

07:31
15 Oktyabr

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

07:29
15 Oktyabr

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

22:51
14 Oktyabr

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

22:14
14 Oktyabr

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!