15 Oktyabr 2026 08:15
145
SİYASƏT
A- A+
Qüdrətli Azərbaycan və qalib Lider

Qüdrətli Azərbaycan və qalib Lider


Oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ili tamam olur. Geridə qoyduğumuz bu dövrün mənzərəsi olduqca qürurvericidir. Bu müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib. İqtisadiyyatımız inkişaf edib, vətəndaşların sosial rifahı yüksəlib, respublikamızın beynəlxalq mövqeləri möhkəmlənib. Ən başlıcası, xalqımız bu dövrdə özünün ən böyük tarixi məqsədinə - ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olub.

2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinə olan ümumxalq etimadının və inamının təcəssümü idi. Seçkilərin nəticələri belə bir həqiqətin hüquqi təsbiti oldu ki, xalqımız Heydər Əliyev siyasətinə heç bir alternativi qəbul etmir.  Seçkilərdən sonra keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev demişdi: "Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Ötən 23 ilin tarixini vərəqlədikcə, ilk növbədə, bir həqiqət aydın görünür: Prezident İlham Əliyevin 2003-cü ildə bəyan etdiyi prioritetlər bu dövrdə uğurla reallaşdırılıb, dövlətimizin hər bir məqsədi, xalqımızın arzuları həyata vəsiqə alıb. Arxada qoyduğumuz hər bir il Prezident İlham Əliyevin uğur hesabatı kimi yadda qalıb. 

Prezident İlham Əliyevin respublikamıza uğurlu rəhbərliyinin ən mühüm göstəricilərindən biri iqtisadiyyatın qeyri-neft sektorunun  inkişafıdır. Dövlətin qüdrəti, ilk növbədə, onun iqtisadi imkanları, maliyyə dayanıqlılığı, istehsal potensialı və insan kapitalı ilə ölçülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 23 ildə həyata keçirilən iqtisadi siyasətin əsas xüsusiyyəti də məhz bu kimi amillərin bir-birini tamamlamasıdır. 23 il əvvəllə müqayisədə Azərbaycanın iqtisadi imkanları dəfələrlə artıb və bunun təməlində dayanan əsas amil həyata keçirilən düzgün, strateji baxımdan düşünülmüş və uzaqgörən siyasətdir. Bu illər ərzində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyasının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi, bunun əsas göstəriciləri kimi Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi, Avropanın enerji xəritəsinə kardinal dəyişikliklər edən "Cənub qaz dəhlizi"nin yaradılması bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafına yol açıb, sosial prioritetlərin reallaşmasını, neft kapitalının insan kapitalına çevrilməsini, respublikamızın kosmik kluba daxil olmasını  təmin edib.

Qətiyyətli və uzaqgörən enerji strategiyası həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirib, ölkəmizi regionda və dünyada söz sahibinə çevirib. Enerji siyasəti ilə yanaşı, nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr də Azərbaycanın Avrasiya coğrafiyasındakı strateji rolunu artırıb. Bakı-Tbilisi-Qars dəmir yolu, müasir nəqliyyat infrastrukturu, Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən marşrutların inkişafı ölkəmizin tranzit imkanlarını genişləndirib.

Ötən illərin reallıqları göstərir ki, cənab Prezident İlham Əliyevin 23 il öncə elan etdiyi prioritetlər konkret nəticələrlə həyata vəsiqə alıb və almaqdadır. Qazandığımız uğurlar isə təsadüfi deyil və düşünülmüş dövlət siyasətinin, ardıcıl islahatların, milli maraqlara əsaslanan qətiyyətli siyasətin, xalq-hakimiyyət birliyinin nəticə-sidir. Bu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi Azərbaycanın müstəqilliyini daha da gücləndirmək, ölkəmizin qarşısında dayanan tarixi vəzifələri yerinə yetirmək olub. Bu gün həmin məqsədlərin real nəticələrə çevrildiyini, Azərbaycanın inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu görürük.

Prezident İlham Əliyevin 23 illik fəaliyyətinin ən böyük və tarixi hadisəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Dövlətimizin qarşısında dayanan ən ağır problem torpaqlarımızın işğal altında qalması, ərazi bütövlüyümüzün pozulması idi. 2003-cü ildə Prezident vəzifəsinə başlayarkən İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, məcburi köçkünlərin doğma yurdlarına qayıdacağını bəyan etmişdi.

Prezident İlham Əliyev ərazi bütövlüyümüzün bərpası üçün çoxşaxəli siyasət həyata keçirdi. Respublikamızın iqtisadi imkanlarının artırılması, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyinin müdafiəsi istiqamətində diplomatik fəaliyyətin həyata keçirilməsi, müdafiə sənayesinin inkişafı  vahid strateji məqsədə - torpaqlarımızın işğaldan azad edilməsinə və ölkəmizin ərazi bütövlüyünün bərpasına xidmət edirdi. 

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu siyasətin təntənəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız böyük Zəfər xalqımızın arzusunu gerçəyə çevirdi, milli iradəmizin və dövlətimizin gücünün nümayişi oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Qarabağda separatizmin mövcudluğuna son qoydu və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpasını təmin etdi. Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixinin ən möhtəşəm hadisələrindən birinə çevrildi.

Ötən 23 ildə Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər onu təsdiq edir ki, Heydər Əliyev siyasəti yaşayır və layiqincə davam etdirilir. Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də VIII Qurultayında cənab Prezident İlham Əliyev bu barədə deyib: "Bu siyasət 2003-cü ildən bu yana davam etdirilirdi, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu barədə çox danışmaq istəməzdim, hər şey göz önündədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir".

Vətən müharibəsindən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışları dövlətin qüdrətini bir daha dünyaya nümayiş etdirir. 

Ərazi bütövlüyümüzün bərpa olunması respublikamızın beynəlxalq nüfuzunu artırıb, mövqelərini daha da gücləndirib. Bu gün Azərbaycan dünyanın aparıcı siyasi qütblərinin, ABŞ və Çin kimi dövlətlərin strateji tərəfdaşıdır. Azərbaycan həm də Avrasiya coğrafiyasında sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınır. Məhz Azərbaycanın təşəbbüsləri Orta dəhliz kimi qlobal nəqliyyat dəhlizinin inkişafını və ötürücülük imkanlarının genişləndirilməsini təmin edir. Bütün bunlara görə Azərbaycanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, orta güc dövlətləri sırasına daxil edirlər.

Ötən 23 ilin mənzərəsinə baxanda qürurla deyə bilərik ki, bu dövrdə ölkəmiz böyük inkişaf yolu keçib. Azərbaycanın yüksəliş salnaməsi bundan sonra da Prezident İlham Əliyevin liderliyi ilə uğurla davam edəcək, respublikamızın yeni və qürurdoğuran yüksəliş salnamələri yazılacaq.


Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərenerji" ASC-də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub

09:00
15 Oktyabr

Ölkəmizin turizm imkanları beynəlxalq səyahət peşəkarlarına təqdim ediləcək

08:55
15 Oktyabr

Təhsildə bərabərlik və dünyəvilik məktəb mühitinin əsas sütunlarıdır

08:45
15 Oktyabr

ZƏFƏR gündəliyi 

08:35
15 Oktyabr

Azərbaycan türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir

08:25
15 Oktyabr

AQEM Asiya ilə siyasi və humanitar əlaqələrin inkişafı üçün mühüm platformadır

08:20
15 Oktyabr

Qüdrətli Azərbaycan və qalib Lider

08:15
15 Oktyabr

Azərbaycanın müasir dövlətçilik zirvəsi: Zəfərə və qlobal nüfuza aparan şərəfli yol

08:10
15 Oktyabr

AZƏRBAYCANIN YENİ İNKİŞAF MƏRHƏLƏSİ: vəzifələr, prioritetlər və strateji hədəflər  

08:05
15 Oktyabr

İlham Əliyevin yaratdığı müasir Azərbaycan

08:00
15 Oktyabr

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

07:31
15 Oktyabr

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

07:29
15 Oktyabr

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

22:51
14 Oktyabr

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

22:14
14 Oktyabr

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!