15 Oktyabr 2026 09:30
152
İQTİSADİYYAT
A- A+
Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır


Hər il neft çirklənməsi təxminən 1,58 milyon kvadratkilometr dəniz akvatoriyasına təsir göstərir. Buraya yalnız böyük tanker qəzaları deyil, həm də gəmilərdən daha kiçik dağılmalar və tullantılar da daxildir ki, bunlar da çox vaxt diqqətdən kənarda qalır. AZƏRTAC xəbər verir ki, "SkyTruth" ətraf mühit təşkilatının 2023-cü ildən 2025-ci ilə qədər peyk görüntülərinin təhlilinə əsaslanan tədqiqatına istinadla yayılan məlumata görə, tədqiqatçılar neft ləkələrinin yayılmasını araşdırıb və peyk müşahidələrinin nadir hallarda aparıldığı ərazilərdə belə çirklənmənin dərəcəsini qiymətləndiriblər. Ən çox təsirlənən ərazilər arasında Qara, Aralıq və Qırmızı dənizlər, Körfəz, Qərbi Afrika sahilləri və İndoneziya ətrafındakı sular var.

Tədqiqata görə, çirklənmə mənbəyinin müəyyən edilə biləcəyi ləkələrin təxminən 81 faizi gəmilərlə əlaqəli olub. Digər 18 faiz isə dənizdəki neft hasilatı müəssisələrinə və digər neft infrastrukturuna aid edilib. Tankerlər və yükdaşıyıcıları çirklənmədə ən çox iştirak edən gəmilərdir.

Neft ləkələri, həmçinin qorunan təbii ərazilər üçün təhlükə yaradır. Onlar dəniz axınları ilə əhəmiyyətli məsafələrə daşına və dəniz ekosistemlərinin qorunduğu sulara düşə bilər. Məsələn, Konqo Respublikasındakı Konkuati-Duli Milli Parkının dəniz hissəsində mütəxəssislər parkın xaricindəki üç obyektdən gələn 27 ləkə aşkar ediblər.

Çirklənmənin səbəbkarlarını müəyyən etmək hələ də çətin məsələ olaraq qalır. "SkyTruth"a görə, tədqiqatçılar neft dağılmalarının şübhəli mənbələri kimi müəyyən edilmiş gəmilərin yarıdan çoxunun sahiblərini tapa bilməyiblər.

Təşkilat dənizlərin peyk monitorinqini genişləndirməyə və gəmi mülkiyyəti məlumatlarının daha şəffaf olmasına çağırır. Bu, çirklənmənin vaxtında aşkarlanmasına, mənbələrinin müəyyən edilməsinə və dəniz mühitinin daha effektiv qorunmasına imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

09:30
15 Oktyabr

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində növbəti ictimai maarifləndirici tədbir keçirilib

09:20
15 Oktyabr

Milli-mənəvi dəyərlər xalqın varlığının və kimliyinin göstəricisidir

09:10
15 Oktyabr

"Azərenerji" ASC-də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub

09:00
15 Oktyabr

Ölkəmizin turizm imkanları beynəlxalq səyahət peşəkarlarına təqdim ediləcək

08:55
15 Oktyabr

Təhsildə bərabərlik və dünyəvilik məktəb mühitinin əsas sütunlarıdır

08:45
15 Oktyabr

ZƏFƏR gündəliyi 

08:35
15 Oktyabr

Azərbaycan türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir

08:25
15 Oktyabr

AQEM Asiya ilə siyasi və humanitar əlaqələrin inkişafı üçün mühüm platformadır

08:20
15 Oktyabr

Qüdrətli Azərbaycan və qalib Lider

08:15
15 Oktyabr

Azərbaycanın müasir dövlətçilik zirvəsi: Zəfərə və qlobal nüfuza aparan şərəfli yol

08:10
15 Oktyabr

AZƏRBAYCANIN YENİ İNKİŞAF MƏRHƏLƏSİ: vəzifələr, prioritetlər və strateji hədəflər  

08:05
15 Oktyabr

İlham Əliyevin yaratdığı müasir Azərbaycan

08:00
15 Oktyabr

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

07:31
15 Oktyabr

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

07:29
15 Oktyabr

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

22:51
14 Oktyabr

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

22:14
14 Oktyabr

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!