15 Oktyabr 2026 08:20
208
SİYASƏT
A- A+
AQEM Asiya ilə siyasi və humanitar əlaqələrin inkişafı üçün mühüm platformadır

AQEM Asiya ilə siyasi və humanitar əlaqələrin inkişafı üçün mühüm platformadır


Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb geosiyasi proseslərin, yeni təhlükəsizlik çağırışlarının və iqtisadi əlaqələrin yenidən formalaşmasının şahidi olur. Belə bir şəraitdə dövlətlər arasında dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə xidmət edən çoxtərəfli platformaların əhəmiyyəti daha da artır. Bu baxımdan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə - AQEM xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, AQEM-in yaradılması ideyası ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən irəli sürülüb. Məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üçün dövlətlər arasında etimadı gücləndirən universal dialoq platformasının formalaşdırılması idi. Bu gün AQEM artıq 28 üzv dövləti birləşdirən və Asiya qitəsinin böyük hissəsini əhatə edən mühüm çoxtərəfli platformaya çevrilib. "Azərbaycan AQEM-də fəal iştirak edən dövlətlərdəndir. Ölkəmizin təşkilata münasibəti onun əsas prinsipləri - dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət, dialoq və qarşılıqlı etimad ilə uzlaşır. AQEM-in əsas sənədlərində də məhz bu prinsiplər təsbit olunub", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyi ölkəmizin bu platformadakı rolunu daha da gücləndirib. Sədrliyin əsas prioritetləri "Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf" konsepsiyası ətrafında formalaşıb. Bu yanaşma AQEM-i yalnız siyasi dialoq platforması kimi deyil, həm də rəqəmsal transformasiya, nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələlərinin müzakirə olunduğu praktiki əməkdaşlıq məkanına çevirmək məqsədi daşıyır. 

P.Vəliyeva bildirib ki, Azərbaycan sədrliyi dövründə AQEM-in institusional inkişafını xüsusi diqqət mərkəzində saxlayıb: "2023-cü ildə qəbul edilmiş "Yol Xəritəsi" əsasında bu platformanın tamhüquqlu beynəlxalq təşkilata transformasiyası istiqamətində iş aparılır. Hazırda təşkilatın beynəlxalq hüquqi statusunu müəyyənləşdirəcək Nizamnamə layihəsi üzrə danışıqlar davam edir. Bu proses AQEM-in gələcəkdə daha institusionallaşmış və nəticəyönümlü beynəlxalq platformaya çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın sədrliyi çərçivəsində iqtisadi əməkdaşlıq və biznes əlaqələrinin genişləndirilməsi də önəmli istiqamətlərdən biridir. 2025-2026-cı illərdə AQEM Biznes Şurasına Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrliyi bu istiqamətdə praktiki addımlardan biridir. Məqsəd təşkilata üzv ölkələrin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir". 

Deputat söyləyib ki, digər mühüm istiqamət isə qadınların və gənclərin AQEM məkanında rolunun artırılmasıdır. Azərbaycanın sədrliyi çərçivəsində 2026-cı ilin aprelində "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın keçirilməsi bu baxımdan diqqətəlayiqdir. Tədbirdə qadın sahibkarlığı, qanunvericilik, süni intellekt və rəqəmsallaşmanın qadın sahibkarlığı üçün yaratdığı imkanlar, eləcə də ətraf mühitin qorunmasında qadın liderliyi kimi məsələlər müzakirə olunub. Bu yanaşma təsadüfi deyil. Azərbaycanın AQEM sədrliyi dövründə irəli sürdüyü gündəlik göstərir ki, müasir təhlükəsizlik anlayışı artıq yalnız hərbi-siyasi məsələlərlə məhdudlaşmır. Rəqəmsal təhlükəsizlik, süni intellekt, informasiya məkanı, iqlim dəyişmələri, ərzaq və enerji təhlükəsizliyi, nəqliyyat və iqtisadi bağlantılar da dövlətlərin təhlükəsizliyi və davamlı inkişafı ilə birbaşa əlaqəlidir. "Bu baxımdan Bakı AQEM Zirvəsi Azərbaycan sədrliyinin mühüm yekun mərhələsi olmaqla yanaşı, təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün də əhəmiyyətli platformadır. Bu Zirvə görüşündə gündəmdə AQEM-in institusional inkişafı, beynəlxalq təşkilata transformasiyası və yeni əməkdaşlıq istiqamətləri dayanır.  Əslində, Azərbaycanın AQEM sədrliyi ölkəmizin çoxtərəfli diplomatiyada əsas yanaşmasını da nümayiş etdirir: dialoqdan uzaqlaşmadan milli maraqları qorumaq, etimad yaratmaqla əməkdaşlıq imkanlarını genişləndirmək və regional bağlantıları inkişaf etdirmək. Bu baxımdan AQEM Azərbaycan üçün yalnız beynəlxalq platformalardan biri deyil, həm də Asiya ilə daha sıx siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsi üçün mühüm imkanlar məkanıdır", - deyə deputat bildirib.

P.Vəliyeva sonda qeyd edib ki, Bakıda keçirilən Zirvə görüşü daha güclü, daha institusional və daha nəticəyönümlü AQEM-in formalaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı ola bilər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada "Şəhərsalma və Memarlıq İli" çərçivəsində növbəti ictimai maarifləndirici tədbir keçirilib

09:20
15 Oktyabr

Milli-mənəvi dəyərlər xalqın varlığının və kimliyinin göstəricisidir

09:10
15 Oktyabr

"Azərenerji" ASC-də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub

09:00
15 Oktyabr

Ölkəmizin turizm imkanları beynəlxalq səyahət peşəkarlarına təqdim ediləcək

08:55
15 Oktyabr

Təhsildə bərabərlik və dünyəvilik məktəb mühitinin əsas sütunlarıdır

08:45
15 Oktyabr

ZƏFƏR gündəliyi 

08:35
15 Oktyabr

Azərbaycan türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir

08:25
15 Oktyabr

AQEM Asiya ilə siyasi və humanitar əlaqələrin inkişafı üçün mühüm platformadır

08:20
15 Oktyabr

Qüdrətli Azərbaycan və qalib Lider

08:15
15 Oktyabr

Azərbaycanın müasir dövlətçilik zirvəsi: Zəfərə və qlobal nüfuza aparan şərəfli yol

08:10
15 Oktyabr

AZƏRBAYCANIN YENİ İNKİŞAF MƏRHƏLƏSİ: vəzifələr, prioritetlər və strateji hədəflər  

08:05
15 Oktyabr

İlham Əliyevin yaratdığı müasir Azərbaycan

08:00
15 Oktyabr

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

07:31
15 Oktyabr

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

07:29
15 Oktyabr

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

22:51
14 Oktyabr

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

22:14
14 Oktyabr

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!