26 Dekabr 2025 08:00
263
SİYASƏT
A- A+
Qətiyyətin təntənəsi 

Qətiyyətin təntənəsi 


İlham Əliyev Vətən müharibəsində Azərbaycanın hansı qüvvələrə qalib gəldiyini bir daha xatırlatdı


Dekabrın 24-də Qarabağa səfər edən Prezident İlham Əliyev Xankəndi və Ağdamda bir sıra mühüm obyektlərin açılışını etdi, təməlqoyma mərasiminə qatıldı. Doğum gününü hər zaman keçmiş məcburi köçkünlərlə birgə qeyd edən dövlət başçısı bu dəfə sevincini Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında buraya köçən sakinlərlə paylaşdı. 

Hər zaman olduğu kimi, İlham Əliyev bir daha keçmişi xatırlamaqla Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, torpaqlarımızın işğalı, ermənilərin həyata keçirdikləri vandalizm aktları, terrorizm, talançılıq siyasətindən və bu istiqamətdə işğalçı ölkəyə verilən siyasi, iqtisadi, maliyyə və hərbi dəstəkdən söz açdı. 


İşğalçı dövlətlə hər zaman həmrəy olan Minsk qrupu və onun yarıtmaz fəaliyyəti 


Prezident konkret olaraq vurğuladı ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan, beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar Ermənistanla, yəni işğalçı, talançı dövlətlə həmrəy olublar.

Bu ölkəyə siyasi dəstək verən ilk qurum, artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupu idi. Bu qrup 1992-ci ildə yaradılıb. Bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq olub: "Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə isə Azərbaycan idi. Bax, bu 17 il ərzində keçirdiyim saysız-hesabsız görüşlərin nəticəsi budur". 

Prezident diqqətə çatdırdı ki, həmin həmsədrlərin məqsədi azərbaycanlıları öz torpaqlarını əbədi itirdikləri fikri ilə barışdırmaq olub və hesab edirmişlər ki, buna nail olacaqlar: "Hesab edirdilər ki, bizi inandırmağa nail olacaqlar ki, biz öz əzəli torpaqlarımızdan əl çəkək. Ancaq yenə də Ermənistan dövləti kimi səhv etdilər. Mən işğal dövründə dəfələrlə demişdim ki, xalqımız və dövlətimiz heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını qaytaracaq. Bunu Prezident kimi fəaliyyətə başladığım ilk dəqiqələrdə - birinci andiçmə mərasimindəki çıxışımda və ondan sonrakı dövrdə bildirmişəm. Bu illər ərzində biz bir məqsəd ətrafında birləşmişdik ki, bir nöqtəyə vuraraq xalqımız bu müqəddəs missiyanı yerinə yetirsin", - deyə dövlət başçısı vurğulayıb.

Bütün bu reallıqları, yəni əsl həqiqəti, Minsk qrupunun illərlə oynadığı oyunların ssenarisini İlham Əliyev birbaşa onların üzünə söylədiyi tarixi də Azərbaycan  xalqı unutmur. Şanlı Zəfərimizdən sonra, 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dən olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki onların xahişi ilə qəbul edən Müzəffər Ali Baş Komandan İlham Əliyev özlərini diplomat adlandıran şəxslərə əsl diplomat dərsi keçdi və onlara çatdırdı ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra indi Bakıya hansı üzlə gəliblər?!   

Zəfərdən sonra İlham Əliyevin qalib komandan kimi ilk israrlı tələblərindən biri bu qurumun ləğv edilməsi idi. 2025-ci ildə bu proses də ömrünü başa vurdu. Cari ilin avqustunda ABŞ-yə tarixi səfər zamanı Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in  fəaliyyətdə olan sədrinə müraciət etməsi, ləğv prosesinin 2025-ci il dekabrın 1-də başa çatması İlham Əliyevin qətiyyətinin növbəti təntənəsi oldu. 


İşğal dövründə Ermənistana göstərilən hərbi və siyasi dəstək


Prezident işğal dövründə Ermənistana göstərilən hərbi dəstəkdən də söz açdı. İqtisadi cəhətdən tənəzzülə uğramış bir ölkənin çox baha qiymətə hərbi texnikalar, silah-sursatlar alması, əlbəttə ki, qeyri-mümkündür. Amma 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi, qənimət götürdüyü texnikalar bir daha göstərdi ki, işğalçı ölkəyə havayı yardımlar edilib. 

Araşdırmalar göstərirdi ki, Ermənistan dayanmadan silahlanır. Hansı ölkədən hansı silahların alındığı, pay verildiyi də Azərbaycana bəlli idi. 1998-ci ildə Rusiya tərəfindən Ermənistana 1 milyard dollar məbləğində silah-sursat verilməsi, bu prosesin sonrakı illərdə müntəzəm qaydada davam etməsi yalan deyildi. 

Azərbaycanın işğal olunduğu ərazilərində Ermənistan hərbi qüvvələrinin xidmət göstərdiyi hamıya bəlli olsa da, buna görə Ermənistana qarşı heç bir tədbir, sanksiya  həyata keçirilmirdi. 

Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya da böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Çünki sanksiyaların böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində... 

Prezident dedi ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən "İsgəndər M" ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki "İsgəndər M" raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan "İsgəndər E", yəni eksport növüdür. "İsgəndər M" raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı... 

 "Bax, görün biz kimlərlə kəllə-kəllə getmişik. Biz görün Ermənistana olan hansı dəstəyin fonunda İkinci Qarabağ müharibəsində Qələbə qazanmışıq. Yəni ona görə bütün bunlar, necə deyərlər, həm düzgün çatdırılmalıdır, həm də bizim təhsil müəssisələrimizdə, ictimai məkanda dəqiq təqdim edilməlidir, yəni bu unudulmamalıdır və biz də heç vaxt unutmamalıyıq", - deyə Prezident vurğulayıb.

Azərbaycan xalqına yaxşı bəllidir ki, 2016-cı il Aprel döyüşlərindən sonra Ermənistana ixracı qadağan olunan "İsgəndər M" raketlərinin verilməsi, müharibə dövründə həmin raketlə Şuşanın vurulması, 44 günlük müharibə dövründə Ermənistanın silahlandırılması, təyyarələrlə İran ərazisindən Ermənistana silah-sursat göndərilməsi faktları reallığı əks etdirir. Həmin dövrdə mediada yayımlanan silah daşıyan Rusiya təyyarələrinin uçuş trayektoriyasını əks etdirən xəritələr, Rusiyaya səfər edən Ermənistan rəsmilərinin təyyarələrində silah göndərilməsi, İran ərazisindən dəmir yolu ilə daşınan silah-sursatın videolarını təkrar nümayiş etdirmək mümkündür. 

Hazırda da Fransa, Hindistan Ermənistana hərbi dəstək göstərməkdə davam edirlər. Maliyyə resursları olmayan Ermənistan Hindistanla milyardlarla dollar həcmində silah alışı müqavilələrini hansı mənbələr hesabına bağlayır? 

İndi Ermənistanla Azərbaycan arasında sülh danışıqları gedir. Əgər Ermənistan bir daha yolundan azıb sülhü pozarsa və müqavilə imzalamaqdan imtina edərsə, yeni aldığı hərbi texnikalar, silah-sursatlar və havadarlarının siyasi dəstəyi belə, bu ölkəyə yardım etməyəcək. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müasir Azərbaycan və Liderlik Amili  

11:01
26 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:52
26 Dekabr

Pambıq yığımı başa çatır - sahələrdən 360 min tondan çox məhsul yığılıb  

10:51
26 Dekabr

Dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür  

10:25
26 Dekabr

Qusar, Quba və Xızı rayonlarına qar yağıb

10:16
26 Dekabr

Qaxın İlisu kəndinə mövsümün ilk qarı yağıb

10:15
26 Dekabr

Dağlıq və dağətəyi rayonlarda qar yağır – FAKTİKİ HAVA  

10:14
26 Dekabr

COP31-in Prezidenti elan edilib  

09:56
26 Dekabr

Tramp ABŞ-ın Nigeriyadakı İŞİD terrorçularına qarşı hücum təşkil etdiyini açıqlayıb  

09:43
26 Dekabr

Moskva Bakı ilə İrəvan arasında dialoqda müsbət dinamika görür  

09:35
26 Dekabr

Qidalanma vərdişləri sağlamlığın əsas şərtidir

09:20
26 Dekabr

Azərbaycan Dövlət Aqrar Universiteti bu ili də uğurla başa vurur 

09:15
26 Dekabr

Qeyri-neft sənaye məhsulları istehsalının həcmi 5 faizə yaxın artıb

09:10
26 Dekabr

Azərbaycan memarlığı: dünənin və bu günün sabaha daşınan daş yaddaşı

09:05
26 Dekabr

Bir millət, iki dövlət və bir-birinə güvənən iqtisadiyyat

09:00
26 Dekabr

Yurd sevgisi sərhəd tanımır

08:55
26 Dekabr

Qərbi Azərbaycanın geosiyasi tədqiqinə dair dəyərli elmi əsər 

08:50
26 Dekabr

Naxçıvan elektroenergetikasının inkişaf mərhələləri

08:45
26 Dekabr

Fəxr etdiyimiz Lider, qürur duyduğumuz Sərkərdə

08:40
26 Dekabr

Dünyanın şahidlik etdiyi həqiqətə göz yumanlar

08:35
26 Dekabr

Avropa Parlamentindən növbəti saxta qətnamə

08:30
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!