24 Dekabr 2025 09:00
351
SİYASƏT
A- A+
Qətiyyətdən Qələbəyə

Qətiyyətdən Qələbəyə


"Qələbəyə hamı sahib çıxır, amma məğlubiyyət həmişə yetim olur". ABŞ-nin 35-ci prezidenti Con Kennedinin Kubaya uğursuz desant çıxarılması ilə bağlı söylədiyi nitqdən sonra geniş yayılan, amma, əslində, qədim Roma tarixçisi Tasitə aid olan bu fikir  təkcə siyasi məntiqlə deyil, insan təbiətinin psixoloji həqiqəti ilə bağlıdır. 

Bu, bəşər psixologiyasının dəyişməz qanunudur: uğur bölünür, məsuliyyət isə təklənir. Zaman dəyişir, dövrlər bir-birini əvəz edir, texnologiyalar təzələnir, amma bu instinkt eyni qalır. 

2020-ci il Azərbaycan tarixinə məhz bu həqiqəti təsdiqləyən bir dönəm kimi daxil oldu. Qələbənin arxasında bir xalq dayanırdı, lakin həmin qələbəyə aparan yolun qərarını və məsuliyyətini Prezident İlham Əliyev tək daşıyırdı. Bu mübarizə  Azərbaycan xalqının zəfəri ilə bitəndən sonra da davam etdi. 

2020-ci ilin payızı İlham Əliyevin liderlik modelini tarix səhnəsinə çıxardı. Dünyanın böyük gücləri, beynəlxalq təzyiqlər, diplomatik çağırışlar qarşısında o, bütün riskləri öz üzərinə götürdü. Bu, rasional qərar olmaqla yanaşı, tarixi instinkt idi. O bilirdi ki, bu fürsət bir daha gəlməyə bilər. Və o uzaqgörən qərar Azərbaycanın tarixini dəyişdi. Çünki nəyi nə vaxt etməli olduğunu o yaxşı bilir!

 2020-ci ilin Vətən müharibəsi təkcə hərbi əməliyyatlar toplusu deyildi. Bu, bir xalqın psixoloji dönüş nöqtəsi idi. O dövrdə dünyanın ən nüfuzlu dövlətləri Azərbaycanın hər addımını izləyir, müxtəlif təzyiqlərlə prosesə müdaxilə etməyə çalışırdılar. Lakin İlham Əliyev riskin məğzini anlayan lider idi. O bilirdi ki, bəzən tarix lideri sınağa çəkir və bu sınaqda tərəddüd məğlubiyyətə bərabərdir. Bu risk onun üçün təkcə siyasi məsələ deyildi - bu, milli yaddaşın dirçəlişi idi. O, diplomatik təzyiqlərin, saxta humanizm çağırışlarının içindən keçərək qərarlarını dəyişmədi. Hərbi əməliyyatların gedişində dünya mətbuatı onun qarşısında cəmlənəndə İlham Əliyev yalnız suallara cavab vermirdi, ona təzyiq göstərənlərə də misilsiz ustad dərsi keçirdi.  Sual verən jurnalistlər sadəcə bir dövlət başçısı ilə deyil, tarix yazan bir şəxsiyyətlə üz-üzə olduqlarını hiss edirdilər. Həmin vaxt İlham Əliyevin hər bir cavabında analitik düşüncə, siyasi uzaqgörənlik,  təmkin və intellektual güc vardı. O, təkcə hərbi güclə yox, həm də  arqumentlərlə qalib gəlirdi. Æurnalist sual verirdi, o, faktla, hüquqi əsasla cavablandırırdı. Bu, təkcə siyasət deyil, həm də düşüncə üstünlüyü idi.

Zəfərimizdən sonra çoxları bu qələbəni "paylaşmaq" istədi. Qələbəyə hamı sahiblənmək istəyir - bu, insan təbiətidir. Amma o günlərdə bu qələbəyə gətirən missiyanın ağrısını, məsuliyyətini, hər addımının yükünü daşıyan tək İlham Əliyev idi! O, təkcə ordunun Ali Baş Komandanı deyildi xalqın inamının, səbrinin, ümidinin komandanı idi.

Məhz onun qətiyyətli və bütün riskləri nəzərə alaraq addım atmasından sonra vaxtilə ona müxtəlif yollarla, fərqli üsullarla təsir göstərməyə çalışan dünya liderlərinin gözü önündə beynəlxalq güc mərkəzlərinin hesablaşdığı, amma eyni zamanda təəccüb və heyranlıqla izlədiyi lider obrazı formalaşdı. Çünki o, balansı ustalıqla qoruya bilirdi:  qərarları həm cəsarətli, həm ölçülü; ritorikası həm milli, həm universal; baxış bucağı həm strateji, həm də insani idi.

O, hadisələri idarə etmir, onları qabaqlayır; gedişatın içində deyil, fövqündə dayanır. 

İlham Əliyevin liderlik xarizmasında bir xalqın min illik mədəniyyətinin əksi toplanıb: Qobustanın daş yazılarından tutmuş Şuşanın bərpa olunan küçələrinə qədər. 

Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın azad olunması sadəcə coğrafi deyil, mənəvi sərhədlərin də, tarixi ədalətsizliyin bərpası idi. 

Zəfər yalnız silahla qazanılmır, həm də inam, iradə, ağılla əldə olunur. Prezident İlham Əliyevin qələbə konsepsiyası məhz bu üç amilə söykənirdi. O bilirdi ki, müharibə təkcə silahların deyil, beyinlərin və uzun illərin stereotiplərinin toqquşmasıdır. 

İlham Əliyev həm də neçə illik məğlubiyyət stereotiplərini sındırmağı bacardı.  Onun rəhbərliyi ilə müharibə dövründə hər bir addım həm hərbi, həm diplomatik, həm də informasiya müstəvisində hesablanmışdı.

Ali Baş Komandan bir tərəfdən cəbhədə əməliyyatlara şəxsən nəzarət və idarə  edir, digər tərəfdən dünyanın liderləri ilə danışıqlar aparır, üçüncü tərəfdən isə beynəlxalq ictimaiyyətin fikrini dəyişirdi. Bu, çoxqatlı və sistemli liderliyin ən parlaq nümunəsidir.

Vətən müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində də yeni reallıq yarandı. Əvvəllər Azərbaycanın ucaltdığı haqq səsini "eşitməyən", bunu "kiçik regional məsələ" kimi görən dövlətlər artıq bu ölkə ilə hesablaşmalı oldular. 

İlham Əliyev artıq sadəcə regionun lideri deyil, yeni dünya düzənində söz sahibi olan nəhəng siyasətçidir. Onunla görüşmək, əməkdaşlıq etmək, eyni masa arxasına oturmaq indi beynəlxalq strateji dəyər sayılır. Bu da onu göstərir ki, Azərbaycan lideri vasitəsilə öz qələbəsini təkcə torpaq üzərində yox, siyasi məkanda da qazandı. 

Qələbədən sonra dünya liderlərinin, beynəlxalq təşkilatların, regional güclərin onunla münasibətlərini dəyişməsi təsadüfi deyil bu, qalibin qarşısında yaranan təbii hörmətdir.

44 gün ərzində İlham Əliyevin hər çıxışı xalqın ruhuna bir istiqamət kimi hopurdu. "Biz haqq yolundayıq, biz qalib gələcəyik" - bu, sadəcə bir bəyanat deyildi; bu, milli ruhun ritmini tənzimləyən psixoloji kod idi. Hər kəlməsində ölçü, hər fikrində strateji məqsəd, hər duruşunda inam vardı.

İlham Əliyevin liderlik xarizması daxili tükənməz enerjidən qaynaqlanır. O, güvən hissi yaradır, bu güvən təkcə xalqda deyil, beynəlxalq münasibətlərdə də psixoloji sabitlik effekti doğurur.

Müharibənin gedişində İlham Əliyev təkcə Ali Baş Komandan deyil, həm də milli ruhun rejissoru idi. Cəbhə ilə xalq arasında görünməz bir psixoloji körpü yaradırdı. Onun hər cümləsi həm taktiki siqnal, həm də strateji mesaj idi. 

Zəfərdən sonrakı hər çıxışı ilə İlham Əliyev qələbəyə əxlaqi ölçü qazandırdı. O, dövlət idarəçiliyinə bir mühəndis dəqiqliyi ilə, xalqın taleyinə isə mənəvi borc hissi ilə yanaşır. Bu, ağıl, duyğu, intellekt, dünyagörüşü və xarizmanın elə bir tarazlığıdır ki, dünyada nadir liderdə rast gəlinər. 

Zəfərdən sonra İlham Əliyevin beynəlxalq imici yeni mərhələyə qədəm qoydu. Əvvəllər regionda balanslı siyasətçi kimi tanınan lider indi qalib dövlət başçısı, müstəqil siyasi məktəbin müəllifi kimi qəbul edilir. Azərbaycan artıq təkcə enerji resursları ilə deyil, siyasi ağlı və nəticə modeli ilə tanınır. Bu modelin mərkəzində İlham Əliyevin təfəkkür sistemi dayanır - prinsipiallıq, milli marağa sədaqət və diplomatik çeviklik. O, qalib olmasına baxmayaraq, qlobal diplomatiyanın diktə üslubunu deyil, qarşılıqlı hörmət dilini seçdi. Dünya nizamının dəyişkənliyində o, milli sabitlik modeli yaratdı.

Bu gün onun adı yalnız bir dövlətin rəhbərini deyil, bir epoxanı təmsil edir. O, xalqın qorxuya çevrilmiş inamsızlığını "mümkündür" inamına çevirdi. 

Bu, hərbi-siyasi zəfərlə yanaşı, həm də psixoloji qələbə idi. 

Liderlik onun üçün ambisiya deyil, xidmət formasıdır. Dövlətçilik onun xarakterinin anatomiyasına hopub. 

İlham Əliyev təkcə torpaqları azad edən komandan deyil, həm də bir milləti məğlubiyyət psixologiyasından qurtaran liderdir. 

Bu gün Azərbaycanın özünü qalib xalq kimi hiss etməsi duyğusunun müəllifi İlham Əliyevdir. 

Onun liderliyi nə Qərb tipli texnokratik praqmatizmdir, nə də Şərq tipli emosional romantizm. Bu liderlik - Azərbaycan tipli modernizmdir: milli dəyərlərlə beynəlxalq baxışın birləşdiyi unikal bir modeldir.

Bu məqamda Ulu Öndər Heydər Əliyevi dərin minnətdarlıq hissi ilə yad etmək yerinə düşər. 2005-cı ildə Moskvada məşhur "Görkəmli adamların həyatı" ("ÆZL") seriyasında nəşr edilən "Heydər Əliyev" kitabımdakı "Son borc, son xidmət" fəslindən bəzi fikirləri xatırlatmaq istərdim. 

İlham Əliyevi yüksək intellektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət kimi səciyyələndirən Ulu Öndər Heydər Əliyev xalqa xitabən inamla bildirmişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu sözlər zamanın sınağından keçdi. Bu gün həmin inamın doğrulduğu, uzaqgörənliyin reallığa çevrildiyi bir dövrdə yaşayırıq. İlham Əliyevin uğurlarında, Azərbaycanın bugünkü gücündə, qələbənin parıltısında Heydər Əliyevin uzaqgörən zəkasının izi var. Bu, dövlətçilik məktəbinin iki mərhələsi, düşüncənin və iradənin təbii varisliyidir. Heydər Əliyevə ürəkdən minnətdarıq - çünki o, həm bu dövləti yaratdı, həm də onun gələcəyini etibarlı əllərə əmanət etdi. İlham Əliyev isə həmin etimadı şərəflə doğruldaraq Azərbaycanın müasir tarixini möhtəşəm Zəfərlə tamamladı.

Hazırkı güclü, müstəqil, qalib Azərbaycan - Heydər Əliyevin uzaqgörənliyinin və İlham Əliyevin liderliyinin birgə əsəridir.

Heydər Əliyevin yaratdığı dövlətçilik konsepsiyası İlham Əliyevin idarəçilik fəlsəfəsində yeni reallıq və dinamika qazandı. Bu, sadəcə siyasi ardıcıllıq deyil, ideyanın zaman içində yetkinləşməsi, dövlətçilik düşüncəsinin nəsillər arasında keçididir.

Uzun illər əvvəl bayaq adını çəkdiyim "ÆZL" seriyasında - 2007-ci ildə həm də "Bioqrafiya davam edir: İlham Əliyev" kitabım da nəşr edilmişdi. Üzərindən 20 ilə yaxın tarix keçib. "Bioqrafiya davam edir" ifadəsi bu mənada yalnız bir ad deyil - bir dövlətin tarix fəlsəfəsidir. Çünki bu bioqrafiya bir şəxsin yox, bütöv bir xalqın iradəsinin, qələbəsinin və yenilənən milli kimliyinin hekayəsidir.

Heydər Əliyev dövlətin başlanğıcını yazdı, İlham Əliyev isə o başlanğıcı qalibiyyətlə yekunlaşdırdı və yeni mərhələyə daşıdı. 

Onun dövrü müstəqilliyin qorunmasının və möhkəmlənməsinin dönəmidir; dövlətin qalibiyyət fəlsəfəsinə çevrilməsinin mərhələsidir.

Mən hazırda həmin kitabın düzəlişlər və əlavələr edilmiş yenilənmiş nəşri üzərində işləyirəm. Həmin kitabda Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi cahanşümul işlər yazıçı təxəyyülü və salnaməçi sədaqəti  ilə birləşərək öz əksini tapacaq.


Hüseynbala MİRƏLƏMOV,

yazıçı-publisist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Azərbaycan vasitəsilə Ermənistana ixracı genişləndirməyi planlaşdırır  

14:56
24 Dekabr

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:56
24 Dekabr

Sos kəndində daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB  

14:55
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:49
24 Dekabr

Sabah hava bəzi yerlərdə arabir yağıntılı olacaq  

14:45
24 Dekabr

ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerdən  

14:44
24 Dekabr

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkodan  

14:43
24 Dekabr

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan  

14:42
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:41
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:39
24 Dekabr

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərovdan  

13:17
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən  

13:12
24 Dekabr

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadədən  

13:11
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNƏCƏK  

13:06
24 Dekabr

Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaş amili dayanır  

13:04
24 Dekabr

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2800-dək mənzil satmaq öhdəliyi ilə vətəndaşlara verilib

13:02
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

12:57
24 Dekabr

Bahar Muradova: Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh şəraitində birgə yaşadığı unikal məkan olub  

12:56
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

12:55
24 Dekabr

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib YENİLƏNƏCƏK  

12:51
24 Dekabr

Mərkəzi Asiya Mediatorları Konsorsiumunun sədri Gülsina Kojoyarova və həmsədri Jandilda Jakupovdan  

12:49
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!