24 Dekabr 2025 09:05
281
SİYASƏT
A- A+
Hər bir azərbaycanlının Prezidentindən dünyanın liderləri sırasına

Hər bir azərbaycanlının Prezidentindən dünyanın liderləri sırasına


Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak etdilər.

Paradda nümayiş olunan yeni silah sistemləri, hərbi texnika, aviasiya və bir də qalib Azərbaycan Silahlı Qüvvələrinin hər bir üzvünün simasındakı məğrurluq və məmnunluq ölkəmizin təhlükəsizliyinin etibarlı əllərdə olduğunu göstərirdi.

Bəs biz bu möhtəşəmliyi necə əldə etmişik?

Xalqımıza yaxşı məlumdur ki, Ali Baş Komandan İlham Əliyev 3 oktyabr 2019-cu ildə Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərkən N.Paşinyanın irrasional, qeyri-adekvat hərəkətlərinə və səsləndirdiyi məsuliyyətsiz bəyanata tutarlı cavab vermişdir: "... Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. ...Bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə". Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

"Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" şüarı altında Ali Baş Komandan İlham Əliyev sülh yolu ilə torpaqlarımızı qaytarmaq üçün bütün tədbirləri görmüşdü. Lakin Ermənistanın rəhbərləri doğma Qarabağ torpağımızın işğalını davam etdirmək üçün müharibə yolunu seçdilər və layiq olduqları cavabı aldılar. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində, 5 il sonra - 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatında Azərbaycan Ordusu misli görünməmiş şücaət göstərərək Qarabağ və Şərqi Zəngəzuru erməni işğalından azad etdi. Bununla ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olundu.  Üstəlik, Prezident, Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı.

İndi başlıca vəzifə erməni daşnakları tərəfindən viran qoyulmuş doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarını bərpa edərək soydaşlarımızı yurdlarına qaytarmaqdır. Bu günləri 30 il məcburi köçkün həyatı ata-analarımız, bacı-qardaşlarımız böyük səbirsizliklə gözləyirdilər. Dövlət başçısı bu ülvi arzunu həyata keçirmək üçün 2022-ci il 22 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nı təsdiqlədi. Bu sənəddə nəzərdə tutulan genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Ardınca Prezident 2021-ci il 3 may tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sənədi təsdiqlədi. Bu sərəncamla təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl texnologiya"ların və enerji səmərəliliyi tələblərinin tətbiqi üzrə dövlət və özəl təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulurdu. Həmin tədbirlər elektrik enerjisi və qaz təchizatı məqsədilə nəql və paylayıcı şəbəkələrin qurulmasını, Naxçıvandan keçməklə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılmasını, bərpaolunan enerji mənbələrinin potensialının ölçülməsini, Xudafərin və Qız Qalası su-elektrik stansiyalarının, habelə Cəbrayıl rayonunda günəş, Laçın-Kəlbəcər rayonlarında külək-elektrik stansiyalarının tikintisini, "yaşıl texnologiya"ların tətbiqi istiqamətində damüstü günəş enerji sistemlərinin quraşdırılmasını, küçə və yolların işıqlandırılmasında enerji səmərəli "yaşıl texnologiya"ların tətbiqini, nəqliyyat vasitələri üçün elektrikdoldurma məntəqələrinin quraşdırılmasını və s. əhatə edir.

Bu proqramın həyata keçirilməsi tikinti sektorunun qarşısında böyük vəzifələr qoyur. Nəzərə alsaq ki, tikinti sektorunda fəaliyyət göstərən təşkilatların 85 faizi özəl şirkət və səhmdar cəmiyyətlərdir, proqramla onların uğurlu fəaliyyətini tənzimləmək dövlət qurumlarından tələb olunur. İnşaat sektorunda fəaliyyət göstərən tikinti-quraşdırma idarələri və onun maddi-texniki bazasını təşkil edən müəssisələrin kollektivləri də öz növbələrində poqramda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi üçün əllərindən gələni əsirgəmirlər. Onlar yaxşı bilirlər ki, bu möhtəşəm quruculuq işlərinin həyata keçirilməsi işğaldan azad olunmuş ərazilərin - doğma diyarımızın çiçəklənməsinə, əhalinin maddi rifahının yüksəlməsinə gətirib çıxarır. Prezident İlham Əliyevin sözü ilə desək: "Bu ərazilər cənnətə çevriləcəkdir".

Yeri gəlmişkən qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quraşdırma işlərinin bir mərkəzdən idarə və nəzarət edilməsi üçün Prezident İlham Əliyev 24 noyabr 2020-ci ildə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı ilə Əlaqələndirmə Qərargahının yaradılması haqqında sərəncam imzalamışdır. Həmin tarixdən Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər haqqında məlumatları bir qayda olaraq Əlaqələndirmə Qərargahının iclaslarında dinlənilir və müvafiq qərarlar qəbul olunur.  Məlumdur ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bütün quruculuq işlərində yaxından iştirak edir. O da bəllidir ki, bütün şəhərlər və kəndlərin layihələri, baş planların hazırlanmasında dövlət başçısının təklifləri və göstərişləri nəzərə alınmışdır. Şuşa şəhərində, Ağdamda, Zəngilanda, Laçında, Füzulidə, Xocalıda və s. şəhər və kəndlərimizdə istifadəyə verilən sosial xidmət və digər obyektlərin tikintisi Prezidentin müəllifliyi və göstərişləri nəticəsində həyata keçirilmişdir. "Ağıllı" yaşayış məntəqələri ideyasının müəllifi də Prezident İlham Əliyevdir. 

İşğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında çox mühüm sosial-infrastruktur layihələri həyata keçirilir. Bu layihələrdən biri də Laçın kanat yoludur. Bu yolun da təməli mayın 27-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Kanat yolu şəhərin bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Hündürlüyü 300, uzunluğu 1720 metr olacaq 17 kabinəli kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Bu, Qarabağ və Şərqi Zəngəzurda Prezidentin növbəti dəfə təməlini qoyduğu kiçik bir layihədir. 2021-ci il oktyabrın 4-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə isə demişdir: "Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək". 

Ümumiyyətlə, prezidentlik fəaliyyəti dövründə İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə qazandığı uğurlar hər birimizin gözü qarşısında baş verib və baş verməkdə də davam edir. Bu onu sübut edir ki, 2003-cü ildə xalqımız doğru və müdrik qərar verib. Cənab İlham Əliyevin o zaman seçki marafonunda söylədiyi "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" sözləri ötən illər ərzində dəfələrlə özünün əməli təsdiqini tapıb. Bunun isə təməli var. Heydər Əliyev kursunun  davamçısı Prezident İlham Əliyev demişdir: "Bizim bütün uğurlarımızın təməlində Heydər Əliyev siyasəti dayanır və bu gün hamımızın borcudur ki, bu siyasəti daha da gücləndirək, onu yeni formalarla zənginləşdirək və Azərbaycan xalqının xoşbəxt gələcəyini əbədi, dönməz edək. Heydər Əliyev siyasəti yaşayır".  

30 il öncə Azərbaycan başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və gözlənilməz hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, Azərbaycanda yaranmış siyasi, ictimai, iqtisadi vəziyyət, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Üstəlik, 1969-1982-ci illər ərzində respublikada Heydər Əliyevin rəhbərliyi altında yaradılmış yüksək elmi-texniki, iqtisadi və insan potensialı məhv edildi.

 Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkə iqtisadiyyatında milli inkişaf tempi hər gün aşağı düşür və ümumi daxili məhsulun (ÜDM) kəskin azalması baş verirdi. Vaxtilə keçmiş ittifaqda aparıcı sənaye respublikası kimi tanınan Azərbaycanın sənaye sektoru yeni müstəqil dövlətlər sırasında ən ağır durumu ilə fərqlənirdi. Ölkə üzrə istehsal sahələrinin böyük bir hissəsi sıradan çıxmış, digərlərinin isə xammal qıtlığı və satış bazarları problemi ilə üzləşmiş, iqtisadiyyat həddindən artıq geriləmiş, işsizlik səviyyəsi artmışdı. Ölkədə qiymət indeksinə və bazara nəzarət tamamilə itmişdi və maliyyə sistemi, demək olar ki, sıradan çıxmışdı. 

Ulu Öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmağa başlayan Azərbaycanın inkişaf strategiyası müəyyən edildi. Bu strateji konsepsiya hazırlanarkən ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alındı. Heydər Əliyev həmin illər keçid dövrü ilə əlaqədar islahatlar həyata keçirilməsinin olduqca çətin və mürəkkəb olduğunu yaxşı bilirdi: "Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını, öz milli mənafelərini əsas tutaraq demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar olaraq Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strategiyasını elan etmişdir və bu yolla gedir. Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur".

Heydər Əliyevin gərgin və əvəzolunmaz fəaliyyəti nəticəsində qısa vaxtda ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Lakin bu möhtəşəm başlanğıcı davam etdirmək üçün zaman lazım idi. Bunu nəzərə alan Heydər Əliyevi Azərbaycanın gələcək inkişafı düşündürməyə bilməzdi. Ulu Öndər 2003-cü il 1 oktyabr tarixində xalqa müraciətində demişdir: 

"Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

15 oktyabr 2003-cü ildə böyük səsçoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev isə andiçmə mərasimində demişdir: "Mən öz fəaliyyətimdə Heydər Əliyevin qoyduğu yolu davam etdirərək onun ideyalarını həyata keçirəcəyəm... Hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam... Neftdən gələn gəliri insan kapitalına çevirəcəyəm".

Çox çəkmədi. Ulu Öndərin əsasını qoyduğu üç mühüm beynəlxalq layihə  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2006-cı ildə Azərbaycan xalqının tarixində böyük hadisə baş vermişdir. "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri  istismara verildi. Bu boru kəmərinin köməyi ilə Xəzərin "qara qızıl"ı Aralıq dənizinin sahillərinə çatdı və dünya bazarlarına çıxarıldı. Sonrakı dövrlərdə mühüm qaz layihələri  - Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında başlıca rol oynamaq qabiliyyətinə malik "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr həyata keçirildi. 2007-ci il iyulun 3-də "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Bununla da Azərbaycan öz neft strategiyasının əsas mərhələsini həyata keçirdi. 

Bu gün artıq Azərbaycan regionun aparıcı iqtisadi gücüdür. Ölkəmizin təşəbbüskarı olduğu və tərəfdaşları ilə birgə həyata keçirdiyi qlobal layihələr təkcə Azərbaycanın deyil, qonşu regionların da inkişafına mühüm töhfələr verir. 

Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlayıb. 2017-ci il sentyabrın 14-də Bakıda - Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirilmiş və Azərbaycanın payı 11,6 faizdən 25 faizə yüksəlmişdir. Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün bu müqavilənin çox böyük əhəmiyyəti var. 2020-ci il dekabrın 31-də "Cənub qaz dəhlizi"nin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi isə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına yol açmışdır.

Amma bunlar da hələ hamısı deyil. 2020-ci il dekabrın 15-də Naxçıvanın enerji müstəqilliyini təmin edəcək İğdır-Naxçıvan qaz kəmərinin tikintisi haqqında Ankarada razılaşma imzalanmış, 2023-cü il sentyabrın 25-də isə qaz kəmərinin təməlqoyma mərasimi keçirilmişdir. 2025-ci il martın 5-də Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi olmuşdur. İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var. 

2025-ci il 16 noyabr, Özbəkistanın paytaxtı Daşkənd. Mərkəzi Asiya Dövlət Başçılarının burada keçirilən 7-ci Məşvərət Görüşünə Prezident İlham Əliyev də dəvət olunmuşdur. Dövlətimizin başçısı həmin tədbirdəki çıxışında demişdir: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir. Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk".

Azərbaycanda sosial və mədəni proqramların həllinə xüsusi diqqət göstərilir. İldən-ilə mənzil, mədəni-məişət obyektlərinin  tikintisinə, ümumtəhsil məktəblərinə və səhiyyə obyektlərinə sərmayə qoyuluşu artırılır. Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Qısa vaxtda paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunmuşdur. Bütün regionlarda - şəhərlərdə, kəndlərdə yeni yollar salınmış, dəmir yolları çəkilmiş və ya əsaslı təmir olunmuş, müasir tipli yeni hava limanları inşa edilmişdir. 

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü isə 8320,8 MVt, o cümlədən iri su-elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dir ki, bu da ümumi gücün 20,3 faizini təşkil edir.

2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. 

Prezident İlham Əliyev demişdir: "Bizim bütün uğurlarımızın təməlində Heydər Əliyev siyasəti dayanır və bu gün hamımızın borcudur ki, bu siyasəti daha da gücləndirək, onu yeni formalarla zənginləşdirək və Azərbaycan xalqının xoşbəxt gələcəyini əbədi, dönməz edək".  

Həqiqətən, Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, qurucusu və memarıdır. Ulu Öndərin davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev isə müasir Azərbaycanın Zəfər tarixini yazaraq qalib Azərbaycan xalqının və dövlətinin, eləcə də dünya azərbaycanlılarının liderinə çevrilmişdir. Bu gün 34 ildən artıq müstəqil Azərbaycanın maneələrlə dolu yolları keçərək siyasi, sosial-iqtisadi inkişafı, güclü ordusu, çoxmillətli xalqların əmin-amanlıq şəraitində yaşaması, əsrlər boyu mövcud olmayan millət və dövlət həmrəyliyi, Azərbaycanın milli kimliyi İlham Əliyevin rəhbərliyi ilə əldə edilmişdir. Odur ki, İlham Əliyev müzəffər lider, Qarabağ fatehi, siyasi sabitlik, inkişaf, daxili sabitlik və müasirlik simvolu kimi hər bir Azərbaycan vətəndaşının şüurunda və yaddaşında daim yaşayacaq. İlham Əliyev dünyada ən məşhur elm ocaqlarından sayılan beynəlxalq miqyasda nüfuza malik olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu uğurla başa vurmuş, müasir diplomatiyanın incəliklərini bilən peşəkar siyasətçi, beynəlxalq müstəvidə strateji məsələlərin həllində dərin incəlikləri bilən, müstəsna istedada malik diplomat, 5 dildə sərbəst danışmağı bacaran, böyük idarəçilik qabiliyyətinə malik müdrik şəxsiyyət, qətiyyətli, məsuliyyətli, tələbkar, çevik, qarşısında duran problemlərin həllində maksimalist, dövlətə, xalqa, torpağa sonsuz bağlı olan, milli-mənəvi və əxlaqi dəyərlərimizi, dilimizi qoruyan dövlət başçısıdır. İlham Əliyev siyasətin iqtisadiyyatını, iqtisadiyyatın siyasətini dərindən bilən, mükəmməl iqtisadi nəzəriyyə və siyasi düşüncəyə sahib Prezidentdir. İlham Əliyev Azərbaycan xalqının əsrlərlə yığılmış misilsiz qayğılarını öz üzərinə götürmüş, Qarabağın və Şərqi Zəngəzurun  xilaskarı və qurucusu olan Müzəffər Ali Baş Komandan. Ən nəhayət, İlham Əliyev unudulmaz Heydər Əliyevin əvəzedilməz davamçısı, ideyalarının daşıyıcısıdır.  


Eldar NURİYEV,

Azərbaycan İnşaat və Memarlıq ETİ-nin şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Azərbaycan vasitəsilə Ermənistana ixracı genişləndirməyi planlaşdırır  

14:56
24 Dekabr

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

14:56
24 Dekabr

Sos kəndində daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB  

14:55
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:49
24 Dekabr

Sabah hava bəzi yerlərdə arabir yağıntılı olacaq  

14:45
24 Dekabr

ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerdən  

14:44
24 Dekabr

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkodan  

14:43
24 Dekabr

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan  

14:42
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:41
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:39
24 Dekabr

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərovdan  

13:17
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən  

13:12
24 Dekabr

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadədən  

13:11
24 Dekabr

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb YENİLƏNƏCƏK  

13:06
24 Dekabr

Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaş amili dayanır  

13:04
24 Dekabr

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2800-dək mənzil satmaq öhdəliyi ilə vətəndaşlara verilib

13:02
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

12:57
24 Dekabr

Bahar Muradova: Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh şəraitində birgə yaşadığı unikal məkan olub  

12:56
24 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

12:55
24 Dekabr

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib YENİLƏNƏCƏK  

12:51
24 Dekabr

Mərkəzi Asiya Mediatorları Konsorsiumunun sədri Gülsina Kojoyarova və həmsədri Jandilda Jakupovdan  

12:49
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!