26 Dekabr 2025 08:10
161
SİYASƏT
A- A+
Böyük qayıdış proqramının icrası institusional inkişaf üçün zəmin yaradıb

Böyük qayıdış proqramının icrası institusional inkişaf üçün zəmin yaradıb


Azərbaycanın işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işləri, şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsi nümunə kimi təqdir olunur. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də əks olunan 5 ümummilli məqsədlərdən biri kimi qeyd olunub. Son 5 ildə bu proses plan üzrə davam edir, insanlar böyük qürur hissi ilə doğma yurdlarına qayıdırlar.

Artıq 30-dan çox yaşayış məntəqəsinə köç həyata keçirilib. İlkin mərhələdə ayrılmış vəsaitlərlə infrastrukturun təməli qoyulub, növbəti illərdə isə daha geniş sosial və iqtisadi layihələrin reallaşdırılması planlaşdırılıb.

Bu günlərdə Xankəndinin Kərkicahan qəsəbəsinə, həmçinin Ağdamda 2-ci yaşayış kompleksinə köç oldu. Prezident İlham Əliyev Qarabağa səfəri çərçivəsində yeni köç edən sakinlərlə görüşdü. Sevindirici haldır ki, Ağdamda üç kənddə artıq yaşayış var. Ağdam sakinlərinin də təhlükəsiz yaşayışı üçün hər cür şərait yaradılıb. Dövlət başçımız həmçinin Qarabağa budəfəki səfəri zamanı da yeni infrastruktur obyektlərinin açılışında iştirak etdi. Antiterror əməliyyatlarından sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzura tam nəzarət edir. Təbii ki, böyük abadlıq məkanı kimi Qarabağ və Şərqi Zəngəzurun mənzərəsi Azərbaycanın gücünü göstərir. İşğaldan azad olunan ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması əsl nümunə kimi qiymətləndirilməlidir.

Cənab Prezident Ağdam sakinləri ilə görüşdə bir daha münaqişənin tarixindən bəhs edərək bildirdi ki, 30 illik işğal dövründə erməni işğalçıları Qarabağda şəhər və kəndlərimizi dağıtmış, urbisid siyasəti həyata keçirmişdir. Burada hətta tarixi və dini abidələr də məqsədli şəkildə viran qoyulmuşdur. Böyük Zəfərdən dərhal sonra öz daxili imkanları hesabına bərpa-quruculuq işlərinə başlayan Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurun yeni siması fonunda uğurlu şəhərsalma siyasəti reallaşdırır. İşğaldan azad olunmuş ərazilərin bərpası fonunda Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, qarşıya qoyulmuş strateji prioritetlər, kompleks və inteqrasiya olunmuş yanaşmalar da sosial rifaha, iqtisadi dayanıqlılığa töhfə verməkdədir.

Ermənistanın işğal dövründə xarabazara çevirdiyi torpaqlarda son 5 ildə yeni şəhərlər və kəndlər inşa olunur. Böyük qayıdış proqramı uğurla icra edilir. Hazırda azad edilmiş ərazilərdə 60 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Böyük qayıdış proqramının icrası ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Ümumilikdə, 2020-ci ildən bəri işğaldan azad olunmuş ərazilərdə inşa olunan infrastruktur layihələrinin iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir.

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin sakinləri ilə görüşdə də bəyan etdi ki, bütün xalqımız, o cümlədən keçmiş məcburi köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək. Dövlət başçımız bir daha beynəlxalq birliyin ikili standartlar siyasətini xatırlatdı. Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan, beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumların işğalçı, talançı dövlətlə həmrəy olduqlarını bildirdi.

"Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə isə Azərbaycan idi" - deyən dövlətimizin başçısı 30 il ərzində işğalçıya qarşı heç bir sanksiyanın tətbiq olunmadığını təəssüflə qeyd etdi. Cənab Prezidentin də söylədiyi kimi, "Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Beynəlxalq təşkilatlar, böyük nüfuzlu ölkələr dərhal sanksiyalar tətbiq edirlər. Çünki sanksiyaların da böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, işğala son qoyardı". Lakin beynəlxalq ictimaiyyət ədalət hissini itirməklə Azərbaycan xalqının hüquqlarının kobud şəkildə pozulmasına, işğala, separatizmə göz yumdu.

Azərbaycan belə mürəkkəb şəraitdə öz qələbəsini məhz öz gücü hesabına təmin etdi. Bu isə bir daha cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində mümkün oldu. Azərbaycan işğalın nəticələrini aradan qaldırır, amma keçmişi heç vaxt unutmayacaq. Dövlətimizin başçısının da söylədiyi kimi, "bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq".


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib YENİLƏNƏCƏK  

11:19
26 Dekabr

Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir  

11:18
26 Dekabr

Qış mövsümündə Heydər Əliyev Beynəlxalq Aeroportundan 70-dən çox istiqamətə uçuşlar həyata keçirilir  

11:17
26 Dekabr

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub  

11:15
26 Dekabr

Dünya bazarında qızıl 39 dollaradək bahalaşıb

11:11
26 Dekabr

Müasir Azərbaycan və Liderlik Amili  

11:01
26 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:52
26 Dekabr

Pambıq yığımı başa çatır - sahələrdən 360 min tondan çox məhsul yığılıb  

10:51
26 Dekabr

Dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür  

10:25
26 Dekabr

Qusar, Quba və Xızı rayonlarına qar yağıb

10:16
26 Dekabr

Qaxın İlisu kəndinə mövsümün ilk qarı yağıb

10:15
26 Dekabr

Dağlıq və dağətəyi rayonlarda qar yağır – FAKTİKİ HAVA  

10:14
26 Dekabr

COP31-in Prezidenti elan edilib  

09:56
26 Dekabr

Tramp ABŞ-ın Nigeriyadakı İŞİD terrorçularına qarşı hücum təşkil etdiyini açıqlayıb  

09:43
26 Dekabr

Moskva Bakı ilə İrəvan arasında dialoqda müsbət dinamika görür  

09:35
26 Dekabr

Qidalanma vərdişləri sağlamlığın əsas şərtidir

09:20
26 Dekabr

Azərbaycan Dövlət Aqrar Universiteti bu ili də uğurla başa vurur 

09:15
26 Dekabr

Qeyri-neft sənaye məhsulları istehsalının həcmi 5 faizə yaxın artıb

09:10
26 Dekabr

Azərbaycan memarlığı: dünənin və bu günün sabaha daşınan daş yaddaşı

09:05
26 Dekabr

Bir millət, iki dövlət və bir-birinə güvənən iqtisadiyyat

09:00
26 Dekabr

Yurd sevgisi sərhəd tanımır

08:55
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!