26 Dekabr 2025 10:25
188
CƏMİYYƏT
A- A+
Dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür  

Dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür  


Dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür. 107 il əvvəl, 1918-ci il dekabrın 26-da Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayan nazirlik həmin dövrdə işçilərin əmək haqlarının, müavinətlərin ödənilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və digər sahələrdə bir sıra tədbirlər həyata keçirib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin sosial müdafiə sahəsinə xüsusi diqqət və qayğısı nəticəsində müstəqil Azərbaycan dövlətinin güclü sosial siyasəti formalaşıb, sosial müdafiə sistemi ildən-ilə gücləndirilib. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir, vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlər əldə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi və digər fəaliyyət sahələrində məqsədyönlü işlər aparır.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq 2018-2025-ci illərdə 5 sosial islahat paketi həyata keçirilib. 4 milyondan çox vətəndaşı əhatə edən, illik əsasda əlavə olaraq 7,6 milyard manat vəsaitin ayrıldığı bu sosial islahatlar nəticəsində 2018-ci ildən ötən dövrdə minimum pensiya 3 dəfəyə yaxın artırılaraq 110 manatdan 320 manata, minimum əməkhaqqı 3,1 dəfə artırılaraq 130 manatdan 400 manata çatdırılıb. Əməkhaqqı fondunda 3,2 dəfə artım baş verib. Sosial müavinət, təqaüd ödənişləri üçün illik vəsaitdə 5 dəfə artım özünü göstərib.

Nazirlik tərəfindən aktiv məşğulluq proqramları da ildən-ilə genişləndirilir. Bu ilin 11 ayında da 530 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb edilib, o cümlədən, 16,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra edilən, özünüməşğulluq proqramının genişlənməsinə, həssas əhali qruplarının kiçik biznesə çıxışına mühüm dəstək olan “Məşğulluğa Dəstək Layihəsi”nə də artıq 26,7 min nəfər cəlb edilib. Layihənin 2026 – 2029-cu illər üzrə II fazası üzrə daha 30 min şəxs avadanlıqlarla təmin edilərək onlar üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılacaq. “Böyük Qayıdış” Proqramına uyğun olaraq doğma yurdlarına köçürülən vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində də işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində aktiv məşğulluq proqramları icra olunur.

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında nazirliyin tabeliyində DOST Agentliyi, bundan sonra Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 1 DOST filialı, 1 “Smart DOST” və 2 DOST məntəqəsi açılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf şəkildə təqdim edilir. DOST mərkəzlərində 4 milyondan çox şəxsə xidmətlər göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,7 faizdir.

Möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı dövlətimizin başçısının göstərişi ilə genişmiqyaslı sosial dəstək paketi həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sosial dəstək paketi çərçivəsində 2025-ci il noyabrın 1-nə 132 min unikal şəxsə 406 min xidmət göstərib. O cümlədən postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara 6,9 min mənzil, müharibə ilə əlaqədar əlilliyi olanlara 567 avtomobil verilib və növbədə olanların avtomobillə təminatı başa çatıb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ümumilikdə ötən dövrdə 16 minə yaxın mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7,7 min avtomobil verilib.

Son illər geniş elektronlaşma proqramını həyata keçirən nazirliyin təqdim etdiyi xidmətlərdən 90 faizdən çoxu elektron qaydada, o cümlədən bir sıra xidmətlər proaktiv şəkildə həyata keçirilir. Həmçinin 2019-cu ildə qurumun “e-sosial” internet portalı istifadəyə verilib. Ölkənin sosial reyestri olan portal vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır. 2022-ci ildə istifadəyə verilən “Əmək və Məşğulluq” altsistemi isə işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması olmaqla, əmək münasibətlərinin tam elektronlaşmasına, rəqəmsal kadr uçotuna keçilməsinə imkan verib.

Ölkəmizdə son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar beynəlxalq səviyyədə də yüksək qiymələndirilir. Təkcə bu ilin 11 ayında nazirlik daha 70-dən çox beynəlxalq mükafat və sertifikata layiq görülüb. Eyni zamanda, dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq 3 ildir birinci yeri tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri Azər Kərimovdan  

12:39
26 Dekabr

Hadrut qəsəbəsinə 13 ailə yola salınıb  

12:38
26 Dekabr

İsrailli iş adamı Aaron Frenkeldən  

12:37
26 Dekabr

Sosial Xidmət Xəritəsi istifadəyə verilib  

12:36
26 Dekabr

Mina qurbanları ilə bağlı sorğular aparılıb  

12:34
26 Dekabr

BMTM azad olunmuş ərazilərdə mina problemi ilə mübarizəyə dair hesabat hazırlayıb  

12:26
26 Dekabr

Media: Tramp dekabrın 28-də Zelenski ilə görüşə bilər  

12:11
26 Dekabr

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən  

11:57
26 Dekabr

BMTM əlaqələrini genişləndirir

11:52
26 Dekabr

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynovadan  

11:41
26 Dekabr

Rusiya Uşaq Fondunun sədri, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti Dmitri Lixanovdan  

11:32
26 Dekabr

Azərbaycan Britaniya Peşəkarları Assosiasiyasının təşkilat komitəsindən  

11:28
26 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilir  

11:23
26 Dekabr

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib YENİLƏNƏCƏK  

11:19
26 Dekabr

Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayılovdan

11:18
26 Dekabr

Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir  

11:18
26 Dekabr

Qış mövsümündə Heydər Əliyev Beynəlxalq Aeroportundan 70-dən çox istiqamətə uçuşlar həyata keçirilir  

11:17
26 Dekabr

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub  

11:15
26 Dekabr

Dünya bazarında qızıl 39 dollaradək bahalaşıb

11:11
26 Dekabr

Müasir Azərbaycan və liderlik amili  

11:01
26 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:52
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!