26 Dekabr 2025 09:10
178
İQTİSADİYYAT
A- A+
Qeyri-neft sənaye məhsulları istehsalının həcmi 5 faizə yaxın artıb

Qeyri-neft sənaye məhsulları istehsalının həcmi 5 faizə yaxın artıb


Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 57,5 milyard manatlıq sənaye məhsulları istehsal edilib. 

Həmin dövrdə qeyri-neft-qaz sektorunda sənaye məhsulları istehsalı 5 faizə yaxın artıb. Bu, Prezident İlham Əliyev tərəfindən qeyri-neft-qaz sektoru istiqamətində aparılan islahatların real nəticəsidir. Başqa sözlə, həmin sektorda sahibkarlığın inkişafına yaradılan münbit şərait səmərəsiz qalmayıb. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 11 ayda ümumilikdə neft-qaz sektoru üzrə məhsul istehsalı 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,8 faiz artıb.

Sənaye məhsullarının 60,6 faizi mədənçıxarma, 33 faizi emal, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalsa da, əmtəəlik qaz hasilatı 1,1 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 94,9, ağacın emalı və ağacdan məmulatların istehsalı 60,9, kompüter, elektron və optik məhsulların istehsalı 49,9, toxuculuq sənayesi məhsullarının istehsalı 27,1, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,7, tütün məmulatlarının istehsalı 13,2, qida məhsullarının istehsalı 9,8, neft məhsullarının istehsalı 9,6, kimya sənayesi məhsullarının istehsalı 8,7 faiz artıb.

Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınıb, müvafiq olaraq 0,9 və 3,3 faiz.

Dövlət tərəfindən özəl sektora göstərilən dəstək sayəsində qeyri-neft sənayesi üzrə məhsul istehsalında aparıcı mövqe sahibkarlara məxsusdur. Belə ki, cari ilin 11 ayında sənaye məhsulları istehsalının 70 faizdən çoxu özəl sektorun payına düşüb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bununla bağlı demişdir: "Xüsusilə sənayenin inkişafı ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması baxımından prioritetdir". Elnur Əliyev həmçinin vurğulamışdır ki, ölkəmizdə inklüziv sahibkarlığın inkişafı, qadınların biznes təşəbbüslərinin reallaşdırılmasına şərait yaradılıb. Bunun nəticəsidir ki, cari ilin 9 ayında qadın sahibkarlarımızın sayı artaraq 339 minə yaxınlaşıb.

Azərbaycanda qeyri-neft-qaz sənayesinin inkişafında iqtisadi zonalar xüsusi çəkiyə malikdir. Həm istehsal, həm də ixracda artam statistikanın çoxu bu sahənin payına düşür. Təkcə cari ilin yanvar-sentyabr ayları sənaye zonalarında istehsal olunan məhsulların ixracında 17 faiz artım qeydə alınıb. 

Sahibkarlığa verilən dövlət dəstəyi sənaye zonalarına investisiya qoyuluşunu da artırıb. Bu ilin 9 ayında ölkə üzrə sənaye zonalarına yatırılan ümumi investisiyanın həcmi 8 milyard manatdan çox olub. Həmin dövrdə qeyri-neft-qaz məhsullarının ixracının təqribən 30 faizi sənaye zonalarının payına düşüb.

Elnur Əliyev qeyd edib ki, rəqəmsal iqtisadiyyatın dövlət tərəfindən prioritetləşdirilməsi şəraitində özəl sektorun yeni tələblərə uyğunlaşması vacib şərtdir: "Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM tərəfindən sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyasına dəstək göstərilir, "Sənaye 4.0" proqramı icra olunur. Bu stimullaşdırıcı mexanizmlərlə yanaşı, KOBİA tərəfindən sahibkarlıq subyektlərinə bazarlara çıxış, bilik və bacarıqların artırılması, qrant proqramları, innovativ sahibkarlığın dəstəklənməsi, klasterləşmə istiqamətlərində də dəstək göstərilir".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri Azər Kərimovdan  

12:39
26 Dekabr

Hadrut qəsəbəsinə 13 ailə yola salınıb  

12:38
26 Dekabr

İsrailli iş adamı Aaron Frenkeldən  

12:37
26 Dekabr

Sosial Xidmət Xəritəsi istifadəyə verilib  

12:36
26 Dekabr

Mina qurbanları ilə bağlı sorğular aparılıb  

12:34
26 Dekabr

BMTM azad olunmuş ərazilərdə mina problemi ilə mübarizəyə dair hesabat hazırlayıb  

12:26
26 Dekabr

Media: Tramp dekabrın 28-də Zelenski ilə görüşə bilər  

12:11
26 Dekabr

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən  

11:57
26 Dekabr

BMTM əlaqələrini genişləndirir

11:52
26 Dekabr

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynovadan  

11:41
26 Dekabr

Rusiya Uşaq Fondunun sədri, Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti Dmitri Lixanovdan  

11:32
26 Dekabr

Azərbaycan Britaniya Peşəkarları Assosiasiyasının təşkilat komitəsindən  

11:28
26 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilir  

11:23
26 Dekabr

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib YENİLƏNƏCƏK  

11:19
26 Dekabr

Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayılovdan

11:18
26 Dekabr

Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir  

11:18
26 Dekabr

Qış mövsümündə Heydər Əliyev Beynəlxalq Aeroportundan 70-dən çox istiqamətə uçuşlar həyata keçirilir  

11:17
26 Dekabr

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub  

11:15
26 Dekabr

Dünya bazarında qızıl 39 dollaradək bahalaşıb

11:11
26 Dekabr

Müasir Azərbaycan və liderlik amili  

11:01
26 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:52
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!