26 Dekabr 2025 08:45
130
CƏMİYYƏT
A- A+
Naxçıvan elektroenergetikasının inkişaf mərhələləri

Naxçıvan elektroenergetikasının inkişaf mərhələləri


Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində böyük dönüş


Fiziki-coğrafi mövqeyi, mürəkkəb relyefi və unikal təbii şəraiti ilə fərqlənən Naxçıvan Muxtar Respublikası ölkəmizin strateji əhəmiyyətə malik regionlarından biridir. Bu coğrafi xüsusiyyətlər regionun sosial-iqtisadi inkişafı ilə yanaşı, elektroenergetika sahəsində də spesifik yanaşmalar və dayanıqlı həllər tələb edən çağırışlar formalaşdırmışdır.

Azərbaycanın əsas enerji mərkəzlərindən kənarda yerləşən və uzun müddət enerji təchizatı məhdud imkanlar daxilində olan Naxçıvan üçün enerji təhlükəsizliyinin təmin edilməsi mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuş və bu səbəbdən muxtar respublikanın dayanıqlı və etibarlı elektrik enerjisi təminatı məqsədilə müasir enerji infrastrukturunun yaradılması dövlət səviyyəsində strateji prioritetlərdən biri kimi müəyyən edilmişdir. 

Müəyyən dövr Naxçıvanın enerji təminatı regional bazarlardan asılı vəziyyətdə idi və elektrik enerjisi tələbatı daha çox mövcud lokal potensiala söykənirdi. Həmin dövr Naxçıvan elektrik enerjisi ilə təminatda çətinliklərlə üzləşmiş, çox məhdud istehsal imkanları ilə qismən təmin olunan sistemdə fasilələr müşahidə olunmuşdur. Bu isə elektrik stansiyalarının gücünün artırılması, yarımstansiyaların modernləşdirilməsi və yüksəkgərginlikli xətt infrastrukturlarının yenilənməsi kimi məsələlərin strateji əhəmiyyətini gündəmə gətirmişdir. Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində Naxçıvan MR təkcə iqtisadi və nəqliyyat blokadası ilə deyil, enerji blokadası ilə də üz-üzə qalmışdır. 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən, Cənubi Qafqazın vahid enerji sistemindən qidalandırıcı enerji xətlərinin kəsilməsi nəticəsində muxtar respublikada müəyyən bir dövr enerji böhranı yaşanmışdır. Bu, regionun iqtisadiyyatına ciddi təsir göstərən amil olmuşdur.

Həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli addımları sayəsində Naxçıvan üçün müstəqil enerji strategiyasının əsası qoyulmuş, ilk növbədə daxili enerji istehsalına başlanılması üçün tədbirlər görülmüşdür. Sonrakı illərdə bu istiqamətdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün mühüm hüquqi və institusional baza formalaşdırılmışdır. Nəticədə muxtar respublikada enerji təhlükəsizliyinin təmin edilməsi, enerji sisteminin dayanıqlılığı və etibarlılığı ilə bağlı məsələlər yeni mərhələyə qədəm qoymuşdur. Sonrakı dövr elektroenergetikanın inkişafı mərhələsində muxtar respublikada yeni enerji güc mərkəzləri - elektrik stansiyaları tikilib-quraşdırılıb istismara verilmiş, enerji tələbatı tam həcmdə daxili imkanlar hesabına təmin olunmuşdur. 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da elektroenergetika sahəsində mühüm islahatlar və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Həmin  təşəbbüslər muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması, alternativ və bərpaolunan enerji potensialının səmərəli istifadəsi, həmçinin rəqəmsal idarəetmə sistemlərinin tətbiqi ilə enerji sektorunun modernləşdirilməsinə yönəlib.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti ilə Naxçıvan MR-də aparılan islahatlar təkcə struktur və idarəetmə səviyyəsində deyil, həm də strateji planlaşdırma və ekoloji davamlılıq baxımından mühüm mərhələyə qədəm qoymuşdur. Bu baxımdan Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli fərmanı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" regionda elektrik enerjisi infrastrukturunun yenilənməsi, "yaşıl enerji" potensialının reallaşdırılması üçün hüquqi və iqtisadi baza yaratmışdır. 2023-cü ilin dekabr ayında dövlət başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji zonası" elan olunması isə ölkənin enerji siyasətində mühüm dönüş nöqtəsi olmuşdur. Bu qərar Naxçıvanın alternativ və bərpaolunan enerji resurslarının - günəş, külək və hidroenerji potensialının sistemli şəkildə istismarı və inkişaf etdirilməsi məqsədi daşıyır. Regionun coğrafi şəraiti və günəşli günlərin sayı bu sahədə böyük perspektivlər vəd edir. Naxçıvanın "yaşıl enerji zonası"na çevrilməsi regionun enerji müstəqilliyinə, ixrac potensialına və ekoloji təhlükəsizliyinə ciddi töhfə verəcək. Eyni zamanda bu qərar ümumilikdə Azərbaycanın "yaşıl iqtisadiyyat"a keçid strategiyasının regional modelinin formalaşdırılması baxımından da mühüm nümunədir.

Prezidentin 2024-cü ilin noyabrında imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının elektroenergetika sisteminin "Azərenerji" ASC və "Azərişıq" ASC-yə inteqrasiya olunması təkcə institusional bir dəyişiklik deyil, eyni zamanda ölkənin enerji idarəetməsində strateji dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu qərar nəticəsində Naxçıvanın elektroenergetika sektoru müasir idarəetmə prinsiplərinə, texnoloji yeniliklərə və vahid milli enerji siyasətinə uyğun şəkildə yenidən təşkil edilməyə başlamışdır.

Mərkəzləşdirilmiş idarəetmə modeli vahid standartların tətbiqinə, enerji infrastrukturunun daha çevik və səmərəli istismarına, eləcə də texniki resursların optimal bölüşdürülməsinə şərait yaratmışdır. Bu model Naxçıvanda elektroenergetika sisteminin digər ölkə regionları ilə sinxronlaşdırılması, ehtiyat imkanların gücləndirilməsi və potensial enerji böhranlarının qarşısının alınması deməkdir.

Fərmanın icrası istiqamətində Naxçıvanda paylayıcı və ötürücü şəbəkələrin müasirləşdirilməsi, rəqəmsallaşdırılması, yeni elektrik stansiyalarının və yarımstansiyaların tikintisi istiqamətində mühüm layihələr icra olunmağa başlamışdır. Bu isə bütövlükdə muxtar respublikanın dayanıqlı enerji təminatını, sənaye və sosial sektorların davamlı inkişafını təmin edən mühüm faktor kimi çıxış edir.

Dövlət başçısının 2024-cü il 23 dekabr tarixli sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasında yeni istilik- elektrik stansiyasının (İES) tikintisi ilə bağlı tədbirlər haqqında" verilən qərar regionun enerji təhlükəsizliyi və davamlı inkişaf strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncam uzunmüddətli dövrdə muxtar respublikanın daxili istehsal gücünün artırılmasına və enerji müstəqilliyinin təmin olunmasına yönəlmiş strateji addım kimi qiymətləndirilə bilər.

Yeni İES layihəsinin reallaşdırılması təkcə generasiya güclərinin artırılması deyil, həm də Naxçıvanda elektrik enerjisinin fasiləsiz və dayanıqlı təminatı üçün mövcud infrastrukturun təkmilləşdirilməsinə, yük rejimlərinin optimallaşdırılmasına və sistem sabitliyinin qorunmasına xidmət edəcək. Eyni zamanda bu stansiya muxtar respublikanın sosial-iqtisadi inkişafını dəstəkləməklə sənaye və məişət istehlakçılarının artan enerji tələbatını qarşılamağa imkan verəcək. Bununla yanaşı, yeni İES-lə bağlı sərəncam dövlətin energetika siyasətində regional bərabərliyin qorunmasına və iqtisadi dayanıqlılığın gücləndirilməsinə verdiyi önəmin nümunəsidir. Layihənin həyata keçirilməsi həm də texniki kadr ehtiyacını artıracaq, bu sahədə yeni iş yerlərinin yaradılmasına və texniki peşə təhsilinin inkişafına təkan verəcək.

Prezidentin 2025-ci il 5 avqust tarixli "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin rekonstruksiyası və bərpası ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı da regionun enerji infrastrukturunun növbəti inkişaf mərhələsinə keçidini təmin edən mühüm strateji sənəddir. Sənədin əsas məqsədi 2026-2030-cu illəri əhatə edən dövrdə Naxçıvanın paylayıcı şəbəkəsinin müasirləşdirilməsi, səmərəliliyin artırılması və fasiləsiz enerji təchizatının təmin olunmasıdır. Fərman "Azərişıq" ASC-nin Naxçıvan üzrə paylayıcı şəbəkənin yenidən qurulması prosesində məsul tərəf olduğunu hüquqi şəkildə təsdiqləməklə yanaşı, idarəetmədə mərkəzləşmiş yanaşmanın tətbiqini gücləndirir ki, bu da sistemli və planlı inkişafın təminatına zəmin yaradır.

Azərbaycanın enerji siyasəti çərçivəsində ölkənin ayrılmaz hissəsi olan Naxçıvan MR üçün də xüsusi elektroenergetika strategiyası hazırlanmışdır. Bu baxımdan "Azərenerji" ASC tərəfindən formalaşdırılmış və 2025-2027-ci illəri əhatə edən "Reabilitasiya və Yenidənqurma Tədbirləri" Naxçıvanda enerji təhlükəsizliyinin təmin olunması, enerji təchizatının dayanıqlılığı və infrastrukturların müasir standartlara uyğun yenilənməsi baxımından böyük strateji əhəmiyyət daşıyır. Layihə çərçivəsində Naxçıvanda Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, "Naxçıvan Enerji" MMC-nin inzibati binasının tikintisi, 110/35/10 kV-luq "Naxçıvan" və "Çeşməbasar", həmçinin 154/110/10 kV-luq "Babək" yarımstansiyalarının, 110 kV-luq ötürücü hava elektrik xətlərinin yenidən qurulması, yaşayış yerlərindən keçən hava xətlərinin trassasının dəyişdirilməsi, eyni zamanda kabelləşdirilməsi və bu kimi digər işlərin icrası həyata keçirilir.

Naxçıvan MR-də həyata keçirilən bu genişmiqyaslı enerji strategiyası enerji təhlükəsizliyini və müstəqilliyini təmin edəcək, rəqəmsal idarəetmə və avtomatlaşdırma ilə effektivliyi artıracaq və bərpaolunan enerji resurslarının inkişafı ilə ekoloji dayanıqlılığa töhfə verəcək.  "Azərenerji" ASC-nin rəhbərliyi altında icra edilən bu strateji yanaşma Naxçıvanı Cənubi Qafqazın ən modern enerji regionlarından birinə çevirir və Azərbaycanın enerji siyasətində unikal model nümunəsi formalaşdırır.

Ölkə üçün strateji əhəmiyyət daşıyan əsas infrastruktur layihələrindən biri də uzun illər əsas enerji sistemindən ayrı düşmüş Naxçıvan enerji şəbəkəsinin 330 kV-luq ötürücü xətlə Cəbrayıl yarımstansiyası üzərindən ümumi respublika enerji sisteminə qoşulmasıdır. Hazırda xəttin seçilmiş trassası üzrə ərazilərin topoqrafik araşdırılması, dayaq nöqtələrinin planlaşdırılması və digər mühüm layihələndirmə işləri aparılır.

330 kV-luq Cəbrayıl-Naxçıvan ötürücü xəttinin çəkilməsi uzun illər enerji blokadasında qalan və Azərbaycanın əsas enerji sistemindən təcrid olunmuş Naxçıvan üçün tarixi əhəmiyyət daşıyan bir hadisədir. Bu layihənin reallaşdırılması nəticəsində muxtar respublika xarici enerji asılılığından tamamilə azad olur, enerji təhlükəsizliyi dayanıqlı şəkildə təmin edilir. Yeni infrastruktur Naxçıvanın həm daxili tələbatını qarşılamağa, həm də gələcəkdə istehsal etdiyi elektrik enerjisini, xüsusilə bərpaolunan mənbələrdən alınan enerjini Azərbaycanın ümumi sisteminə ötürməyə imkan yaradır. Bu isə bir zaman elektrik enerjisini idxal edən bölgəni enerji ixracatçısına çevirərək həm iqtisadi, həm də strateji baxımdan mühüm üstünlüklər qazandırır.

Naxçıvandan Türkiyəyə enerji ixracı strateji baxımdan mühüm perspektivlər vəd edir. Coğrafi mövqeyinə görə Naxçıvan MR Azərbaycanın Türkiyə ilə quru sərhədinə malik yeganə bölgəsidir. Bu üstünlük həm enerji istehsalı, həm də ötürülməsi baxımından Naxçıvanı regional enerji qovşağına çevirmək potensialına sahib edir.

Son illər muxtar respublikada həyata keçirilən infrastruktur layihələri - yeni elektrik stansiyalarının tikintisi, ötürücü xətlərin yenilənməsi, SCADA və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, xüsusilə 330 kV-luq Cəbrayıl-Naxçıvan xəttinin çəkilməsi ilə Naxçıvanın ümumi enerji sisteminə qoşulması bu potensialı daha da artırır. Eyni zamanda bölgədə bərpaolunan enerji mənbələri üzrə yeni layihələr - günəş və külək-elektrik stansiyalarının qurulması nəticəsində elektrik enerjisi istehsalı artacaq.

Bu şəraitdə artıq Naxçıvan təkcə öz tələbatını qarşılayan region deyil, enerji ixrac edə biləcək bir istehsalçıya çevrilir. Gələcəkdə Naxçıvandan İğdır üzərindən Türkiyə enerji sisteminə inteqrasiya imkanları texniki və siyasi baxımdan mümkün hesab olunur. Bu həm Azərbaycan-Türkiyə enerji əməkdaşlığını dərinləşdirəcək, həm də Naxçıvanın iqtisadi və regional rolunu daha da gücləndirəcək.


Sevinc RZAYEVA, 

Naxçıvan Dövlət Universitetinin Elektroenergetika mühəndisliyi  kafedrasının baş müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub  

11:15
26 Dekabr

Dünya bazarında qızıl 39 dollaradək bahalaşıb

11:11
26 Dekabr

Müasir Azərbaycan və Liderlik Amili  

11:01
26 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:52
26 Dekabr

Pambıq yığımı başa çatır - sahələrdən 360 min tondan çox məhsul yığılıb  

10:51
26 Dekabr

Dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür  

10:25
26 Dekabr

Qusar, Quba və Xızı rayonlarına qar yağıb

10:16
26 Dekabr

Qaxın İlisu kəndinə mövsümün ilk qarı yağıb

10:15
26 Dekabr

Dağlıq və dağətəyi rayonlarda qar yağır – FAKTİKİ HAVA  

10:14
26 Dekabr

COP31-in Prezidenti elan edilib  

09:56
26 Dekabr

Tramp ABŞ-ın Nigeriyadakı İŞİD terrorçularına qarşı hücum təşkil etdiyini açıqlayıb  

09:43
26 Dekabr

Moskva Bakı ilə İrəvan arasında dialoqda müsbət dinamika görür  

09:35
26 Dekabr

Qidalanma vərdişləri sağlamlığın əsas şərtidir

09:20
26 Dekabr

Azərbaycan Dövlət Aqrar Universiteti bu ili də uğurla başa vurur 

09:15
26 Dekabr

Qeyri-neft sənaye məhsulları istehsalının həcmi 5 faizə yaxın artıb

09:10
26 Dekabr

Azərbaycan memarlığı: dünənin və bu günün sabaha daşınan daş yaddaşı

09:05
26 Dekabr

Bir millət, iki dövlət və bir-birinə güvənən iqtisadiyyat

09:00
26 Dekabr

Yurd sevgisi sərhəd tanımır

08:55
26 Dekabr

Qərbi Azərbaycanın geosiyasi tədqiqinə dair dəyərli elmi əsər 

08:50
26 Dekabr

Naxçıvan elektroenergetikasının inkişaf mərhələləri

08:45
26 Dekabr

Fəxr etdiyimiz Lider, qürur duyduğumuz Sərkərdə

08:40
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!