19 Avqust 2026 18:10
148
İQTİSADİYYAT
A- A+
Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  


Son illərdə Naxçıvanın geosiyasi və geoiqtisadi əhəmiyyəti xeyli artıb. Uzun illər blokada şəraitində olan Naxçıvanın Azərbaycan–Türkiyə–İran üçbucağında yerləşməsi, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”(TRIPP) və digər nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi muxtar respublikanı təkcə Azərbaycanın əsas hissəsi ilə bağlantısı baxımından deyil, daha geniş Avrasiya nəqliyyat xəritəsi baxımından da mühüm mərkəzə çevirir. Qarşıdakı dövrdə bu imkanların istehsal, logistika, enerji və ticarət infrastrukturu ilə dəstəklənməsi Naxçıvanın regionun iqtisadi, siyasi həyatında daha böyük rol oynamasına imkan yarada bilər.

Bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Aqil müəllim, TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycanın Cənubi Qafqazda geosiyasi və geoiqtisadi mövqeyinə, xüsusilə də ölkəmizin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarında roluna necə təsir göstərə bilər?

- TRIPP bütün region ölkələrinin inkişafına təkan verəcək bir layihə olmaqla, həm də Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi çəkisini artırmaq potensialına malikdir. Layihənin həyata keçirilməsi Azərbaycanın nəqliyyat xəritəsində mövqeyini dəyişərək ölkəni yalnız Şərq–Qərb tranzit marşrutunun iştirakçısından Şərq–Qərb, Şimal–Cənub və Türkiyə istiqamətlərinin kəsişdiyi çoxfunksiyalı regional logistika qovşağına çevirə bilər. Ən mühüm strateji nəticə isə Azərbaycanın tranzit ölkədən regional nəqliyyat-tranzit-logistika mərkəzinə keçid imkanının yaranmasıdır. Təbii ki, TRIPP layihəsi - Zəngəzur dəhlizinin açılması sosial-iqtisadi və siyasi-strateji baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının sözləri ilə desək: “Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək”.

Beləliklə də, Şimal-Cənub nəqliyyat dəhlizinin Astara (Azərbaycan)-Astara (İran) keçidindən başqa yeni bir istiqaməti Culfa (Azərbaycan)-Culfa(İran) keçidi də mümkün olacaq ki, bu da regionun və dəhlizin imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, bütün bu layihələrin icrası Naxçıvan üzərindən Körfəzə, Pakistanadək daşımalara imkan yarada bilər ki, bu da TRIPP layihəsinin əhəmiyyətini bir daha ifadə edir. Dövlət başçısı İlham Əliyevin təşəbbüs olan Zəngəzur dəhlizi (TRIPP) Orta dəhlizin əsas arteriyasına çevrilərək Azərbaycandan daha irihəcmli beynəlxalq daşımaların yerinə yetirilməsinə təkan verəcəkdir. Yekun olaraq, TRIPP layihəsinin icrası dünyanın əsas yük mərkəzi olan Çindən Avropaya daşımaların əlverişli marşrutu olan Orta Dəhlizin cəlbediciliyini daha da yüksəldərək, Azərbaycanın iştirakı ilə tranzit daşınmaların həcmini daha da artıracaq və ölkəmizin şərqində, qərbində, şimalında, cənubunda yerləşən yaxın və uzaq qonşularımızın hamısı üçün faydalı olacaqdır.

- Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz bağlantının yaradılması muxtar respublikanın strateji əhəmiyyətini artırmaqla yanaşı, ölkəmizin regional nəqliyyat və logistika siyasətində mövqelərini daha da gücləndirə bilərmi?

- Şübhəsiz ki, gücləndirəcək. Belə ki, həm 15 milyon tona yaxın illik əlavə yük daşımalara imkan yaranacaq, həm də daşıma marşrutlarının şaxələndirilməsi mümkündür ki, bu da həm Naxçıvanın strateji əhəmiyyətini artıracaq, həm də ümumilikdə nəqliyyat-tranzit-logistika qovşağı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Dövlət başçısının Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə də qeyd edildiyi kimi: “...Culfa dəmir yolu məntəqəsindən İrana dəmir yolu var..... Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır”. Başqa sözlə desək, TRIPP layihəsinin reallaşdırılması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz bağlantının yaradılması, Türkiyə ilə birbaşa nəqliyyat əlaqələrinin genişləndirilməsi muxtar respublikanın blokadada yerləşən ərazi statusundan regional nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində yeni imkanlar yaradır. Nəzərə alsaq ki, ötən il Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin bünövrəsi qoyulub və bu istiqamətdə intensiv işlər gedir, onda gələcəkdə Naxçıvan üzərindən keçməklə dairəvi bir marşrut formalaşır ki, bu da bütün region ölkələrində, o cümlədən Azərbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvanda iqtisadi aktivliyi artıracaq, yeni bazarlara çıxış imkanlarını genişləndirəcək, regional nəqliyyat-logistika siyasətində ölkəmizin mövqelərini daha da gücləndirəcək.

- TRIPP-in Orta Dəhlizlə inteqrasiyası Türk dünyası ilə Avropa arasında əlaqələrin genişlənməsi və Azərbaycanın regionda əsas tranzit aktorlardan biri kimi rolunun möhkəmlənməsi baxımından hansı yeni siyasi və iqtisadi imkanlar yarada bilər?

- Çox doğru qeyd edirsiz. TRIPP layihəsini – Zəngəzur dəhlizini yalnız sosial-iqtisadi baxımdan dəyərləndirmək, onun əhəmiyyətini tam ifadə etməyə bilər. TRIPP layihəsinin ən mühüm – strateji əhəmiyyətliliyi həm də onunla bağlıdır ki, türk dövlətləri arasında əlaqələri daha gücləndirir, Türk dünyasında birbaşa nəqliyyat bağlantısı yaradır. Onu da qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında nəqliyyat-logistika əlaqələri son illərdə strateji əhəmiyyət daşıyan mühüm əməkdaşlıq istiqamətlərindən birinə çevrilmişdir. TDT məkanında nəqliyyat-logistika bağlantılarının əsasını beynəlxalq nəqliyyat dəhlizləri təşkil edir. Xüsusilə, Orta Dəhliz Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa istiqamətində yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bu marşrut həm daşınma müddətini azaldır, həm də alternativ tranzit xətti kimi geosiyasi əhəmiyyət daşıyır.

TRIPP layihəsinin reallaşması isə, bu bağlantının Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Türkiyə–Avropa olmaqla yeni bir marşrutunu yaradır. Bu isə, Türk dünyası ilə Avropa arasında əlaqələrin daha da genişləndirilməsi üçün uzunmüddətli perspektivlər vəd edir. Nəqliyyat-logistika bağlantılarının güclənməsi TDT ölkələrinin iqtisadi inkişafına, ixrac imkanlarının genişlənməsinə və regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verə bilər. Eyni zamanda, bu əməkdaşlıq Avrasiya məkanında yeni iqtisadi və ticarət marşrutlarının formalaşmasına da öz bəhrəsini verəcək. Bütün bunlar,


 Orta Dəhliz boyunca logistika mərkəzlərinin sayının artırılması,

 Gömrük prosedurlarının sürətli və çevik şəkildə rəqəmsallaşdırılması,

 TDT ölkələri arasında vahid elektron tranzit platformasının yaradılması,

 Dəmir yolu və liman infrastrukturuna kompleks yanaşma və birgə investisiyaların artırılması,

 Yaşıl logistika və ekoloji nəqliyyat texnologiyalarının tətbiqi,

 Region ölkələri arasında vahid tarif siyasətinin formalaşdırılması,

 Daşıma proseslərində elektron müqavilələrin, e-CMR, e-TIR sistemlərinin tətbiqi;

 TDT üzvləri arasında, eləcə də bu ölkələri əhatə edən tranzit daşıma proseslərinin vahid mərkəzdən koordinasiyası kimi məsələlərin diqqət mərkəzində saxlanmasını zəruri edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

17:19
19 Avqust

  Rusiya və Ukrayna növbəti məhbus mübadiləsi aparıblar

17:06
19 Avqust

Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər

16:00
19 Avqust

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

15:58
19 Avqust

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

15:40
19 Avqust

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ 

15:25
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!