13 Fevral 2026 08:15
328
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin qətiyyəti ilə dəyişən reallıqlar

Prezident İlham Əliyevin qətiyyəti ilə dəyişən reallıqlar


Sorosçuları artıq investorlar əvəzləyib


Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə geniş tərkibli görüşdə əvvəlki Vaşinqton administrasiyasının xarici siyasət kursunu ciddi tənqid etməsi, xüsusən ölkəmizə münasibətdə səhvlərə yol verildiyi və sərsəm siyasət yürütdüyünü bəyan etməsi ABŞ və Azərbaycan arasında xalqların və dövlətlərin maraqlarının və mənafelərinin tam şəkildə təmin olunduğunun yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərməkdədir. 

Demokratların hakimiyyəti dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər tarixinin ən mürəkkəb dövrünü yaşamış, Prezident İlham Əliyevin təbirincə desək, Bakı və Vaşinqton arasında əlaqələr tamamilə sıfırlanmışdı. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, xüsusən Bayden-Blinken administrasiyasının ölkəmizlə münasibətlərini Azərbaycan-Ermənistan və ABŞ-Ermənistan prizmasından dəyərləndirməsi, Azərbaycan və Ermənistan arasında gərginliyə özünün maraqlarının təmini üsulu kimi baxaraq açıq şəkildə İrəvanın işğal və təcavüzə əsaslanan siyasətini müdafiə etməsi, habelə hər vəchlə separatizmin ayaqda saxlanılmasına çalışması gərginliyi son həddə çatdırmış, nəticə etibarilə ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına tarixin heç bir dövründə olmadığı qədər mənfi təsir göstərmişdi. Lakin demokratlar iqtidarı proseslərin gedişindən nəticə çıxarmamış, hətta antiterror əməliyyatları zamanı Dövlət Departamenti və aidiyyəti strukturlar, o cümlədən Amerikanın hökumət strukturlarına bağlı ayrı-ayrı institutları separatizmin dəstəkçisi qismində Azərbaycan üzərinə total hücumlar təşkil etmiş, xüsusən insan haqları pərdəsi altında çalışan müxtəlif təsisatlar ölkəmizin qlobal imicinin korlanması istiqamətində sistemli fəaliyyətə baş vurmuşdular. "Azərbaycanda hakimiyyətdə milli iradənin təmsil olunması, o cümlədən hərbi-siyasi qələbələrlə yaranan yeni reallığın situasiyanı nəinki bu coğrafiyada, bütövlükdə regionda ölkəmizin lehinə dəyişməsi ABŞ-dən, daha konkret desək, Soros iqtidarından Azərbaycana yönəlik çoxsaylı və sistemli hücumları neytrallaşdıra bildi. ABŞ-də prezident seçkilərində respublikaçıların iqtidara gəlməsi və Prezident Trampın prosesləri, o cümlədən də Vaşinqtonun Cənubi Qafqazdakı real durumunu praqmatik formada təhlil etməyi bacarması Cey.Di.Vensin də Bakıdan tənqid etdiyi ABŞ xarici siyasət kursunun köklü şəkildə dəyişilməsi ilə nəticələndi. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin Cənubi Qafqaz siyasətinə xüsusi diqqət yetirməyə, ələlxüsus Azərbaycanla ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsinə haqlı olaraq ehtiyac duydu. Proseslərin təhlili və Amerikanın Cənubi Qafqazdakı maraqlarının yalnız Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq şəraitində daha effektiv formada təmin olunacağını proqnozlaşdırmaq üçün isə cənab Trampa uzun bir dövr lazım olmadı. Nəticə etibarilə qarşılıqlı olaraq arzuolunan ritorikaya üstünlük verilməsi, xüsusən Trampın özünün sosial media hesablarında və müxtəlif platformalardakı çıxışlarında Azərbaycan liderinin ünvanına müsbət fikirlərini bölüşməsi Vaşinqtonla Bakı arasında münasibətləri 8 avqust mərhələsinə daşıdı", - deyə o əlavə edib.

Deputat xatırladıb ki, ötən il avqustun 8-də Prezident İlham Əliyevin Trampın dəvəti ilə Vaşinqtona səfəri çərçivəsində iki ölkə arasında əldə olunan razılaşma və imzalanan Bəyanat uzunmüddətli boşluqdan və dövlət başçımızın təbirincə desək, sıfırlanan münasibətdən intensiv inkişaf edən səviyyəyə qədəm qoydu. Vaşinqton təmasları çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıqla bağlı niyyətin ifadə olunması, aidiyyəti sənədin mətninin və konseptual istiqamətlərin hazırlanması üçün işçi qrupunun yaradılması, əslində, yeni dövrdə ABŞ-Azərbaycan münasibətlərinin yol xəritəsinin müəyyənləşməsi üçün önəmli niyyət ifadəsi oldu. ABŞ vitse-prezidentinin Bakıya səfəri və Prezident İlham Əliyevlə məhdud və geniş tərkibli görüşlərdə, həmçinin mətbuat üçün bəyanatda ifadə etdiyi mövqeyi, əslində, ötən ilin avqustundan Bakı və Vaşinqton arasında başlanan marafonun məntiqi sonu və münasibətlər üçün yeni dövrün başlaması hesab edilə bilər.

B.Məhərrəmov qeyd edib ki, səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması, tərəflərin münasibətlərin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəklədiklərini bir daha bəyan etməsi, əməkdaşlığın yalnız və yalnız qarşılıqlı hörmət, maraq və ortaq fayda doğuran sahələrdə davam etdirilməsinin zərurətinə istinad olunması münasibətlərin bütün dövründə Bakının öz arqumentlərində nə qədər haqlı olduğunu bir daha ortaya çıxardı: "Heç şübhəsiz ki, Vaşinqtonun Strateji Tərəfdaşlıq haqqında Xartiyanı imzalaması, üstəlik, bu sənədin işləkliyinin təmin olunması istiqamətində dayanıqlı mexanizm axtarması, o cümlədən strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də iki ölkənin özəl sektorlarının cəlb edilməsinin əhəmiyyətinə diqqət ayırması, sənədin bazisinin və praktik imkanlarının gücləndirilməsi Azərbaycanın öz mövqeyində haqlı olduğunun Vaşinqtonda da qəbul edildiyini göstərdi. Proseslərin gedişində bir daha şahidlik etməkdəyik ki, əhali sayı və ərazi ölçüsü ilə dünyada xüsusi bir göstəriciyə malik olmayan Azərbaycanın ən böyük üstünlüyü onun Liderinin vizyonudur", - deyə o əlavə edib.

Deputat bildirib ki, beynəlxalq hüququn işlək olmadığı bir dövrdə hərbi-siyasi zəfərimizlə yaranan yeni konfiqurasiya da, çoxvektorlu xarici siyasət kursunun uğurları da bunu bir daha sübut edir: "Bu məsələlərin mahiyyətinin dərk olunması üçün ən yaxşı əmsal - ABŞ-Azərbaycan münasibətlərinin inkişaf tendensiyasıdır. Sirr deyil ki, cəmi iki il əvvələ qədər Vaşinqton bölgəyə sağlam nəzərlərlə baxmırdı, Bayden-Blinken administrasiyasının Azərbaycanla bağlı siyasəti daha çox insan haqları pərdəsi altında rəngli inqilabların dəstəklənməsi, Ermənistanla münaqişənin yenidən alovlanması, separatizmin ömrünün uzadılması kimi məsələləri əhatələyirdi. Prezident İlham Əliyev nəinki bu proseslərdə geri çəkilmədi, üstəlik, separatizmə son qoymaqla, zəfərin nəticələrini qlobal miqyasda qəbul etdirməklə tam yeni bir dövrün başlanması üçün zəmin yaratdı. Demokratları hakimiyyətdə əvəzləyən Tramp isə kifayət qədər praqmatik baxışlı lider kimi bu reallıqların fərqinə vardı, xüsusən ötən ilin avqustunda cənab İlham Əliyevin Vaşinqtona tarixi səfərinin ardınca ABŞ-Azərbaycan münasibətləri tarixinin ən uğurlu mərhələsinə qədəm qoydu. Nəticə isə göz önündədir".

Dünyanın birnömrəli gücünün Azərbaycanın yaratdığı reallıqlara regionun təhlükəsizliyinin formulu kimi baxdığını deyən B.Məhərrəmov qeyd edib ki, Donald Tramp son yarım ildə 15 dəfə istər sosial media, istərsə də müxtəlif platformalarda çıxışlarında Prezident İlham Əliyevin liderlik məziyyətlərindən və uğurlarından xüsusi bəhs edib: "Münasibətlərin çox fəal inkişaf etdiyi vacib bir vaxtda ABŞ vitse-prezidentinin Bakıya səfəri, o cümlədən iki gün öncə möhtərəm Prezidentin ABŞ Ticarət Palatasının vitse-prezidentinin başçılıq etdiyi və 30-dan artıq şirkətin nümayəndəsinin daxil olduğu geniş bir heyəti qəbul etməsi Azərbaycan liderinin təşəbbüsləri və qətiyyəti ilə dəyişən reallıqların bariz nümunəsidir. Cənab İlham Əliyev elə bir konfiqurasiya formalaşdırıb ki, bu gün artıq okeanın o tayından Bakıya gələn və Soros ideyaları ilə Azərbaycan cəmiyyətini zəhərləməyi hədəfləyən qalstuklu missionerləri enerji, texnologiya, qida məhsulları və nəqliyyat sahələrini təmsil edən böyük investorlar əvəzləyib. Laçın sərhəd keçid məntəqəsindən Azərbaycana binoklla düşməncəsinə baxan Samanta Pauerin də, rəhbərlik etdiyi USAID-in də, Senatda Azərbaycan əleyhinə tragikomediyaların baş rolunu oynayan Menendezin də izi artıq ABŞ səhnəsindən tam silinib. Bu, yalnız ABŞ-nin dəyişən siyasəti deyil, cənab İlham Əliyevin dəyişdirməyə, yaxud daha doğru desək, yenidən yaratmağa nail olduğu konfiqurasiyadır".

Deputat vurğulayıb ki, ABŞ Prezidentinin ardınca Ceyms Devid Vensin də Prezident İlham Əliyevin personasına xüsusi diqqət göstərməsi, ikitərəfli münasibətlərdə bu amilin xüsusi rol oynadığını qeyd etməsi də bunu bir daha sübut edir: "Hazırda isə ABŞ və Azərbaycan münasibətləri artıq özünün yeni dövrünü yaşamaqdadır. Məlumdur ki, imzalanan xartiyaya müvafiq olaraq, aidiyyəti işçi qrupları yaxın 3 ay ərzində qarşılıqlı enerji, nəqliyyat, rəqəmsal infrastruktur, habelə təhlükəsizlik sferalarını əhatə edəcək çoxsaylı layihələrin siyahısının, onların həyata keçirilməsi üçün yol xəritələrinin razılaşdırılması prosesinə start verib. Eyni zamanda tərəflər ildə ən azı bir dəfə müntəzəm olaraq yüksəksəviyyəli görüşlərin keçirilməsi, tərəfdaşlığın realizəsi üçün zəruri olan və qarşılıqlı surətdə müəyyən edilmiş digər dialoq platformalarının yaradılmasını hədəfləyən bir formatın üzərində işləyir ki, bu da ötən dövr ərzində itirilmiş zaman və buraxılmış imkanların bərpasını tezliklə təmin etməyə imkan verəcək".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Argentina sahillərində nəhəng meduza tapılıb

10:00
13 Fevral

Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində  

09:59
13 Fevral

Azərbaycanın göndərdiyi enerji avadanlıqları İrpen şəhərində təhvil verilib

09:48
13 Fevral

Yüksək qan təzyiqinin gözlənilməz səbəbi müəyyən edilib

09:46
13 Fevral

Rəqəmsal iqtisadiyyatın genişlənməsi əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq

09:42
13 Fevral

BMT-nin insan hüquqları üzrə Ali komissarı Ukraynanın enerji infrastrukturuna zərbələrə son qoymağa çağırıb  

09:41
13 Fevral

Moskvada Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə olunub

09:40
13 Fevral

Şimali Atlantika Alyansının yeni Arktika strategiyası

09:15
13 Fevral

Ağ xalatın məsuliyyəti

09:10
13 Fevral

"Könüllülük Akademiyası" layihəsi çərçivəsində növbəti tədbirin ünvanı Neftçala olub

09:05
13 Fevral

Biz yeniyetmələrə yaradılan şəraitə görə dövlətə borcluyuq

09:00
13 Fevral

BP 2025-ci ilin hesabatını açıqlayıb 

08:55
13 Fevral

Bakının növbəti qardaşı Əbu-Dabi olacaq

08:50
13 Fevral

Yeniyetmə zorakılığı: görünən hadisə, görünməyən səbəblər

08:45
13 Fevral

Azərbaycanın təcrübəsi yeni və real yanaşma kimi dəyərləndirilir

08:40
13 Fevral

Bu günün və gələcəyin çağırışı: rəqəmsallaşma və süni intellekt

08:35
13 Fevral

Humanitar diplomatiyada Leyla Əliyeva nümunəsi

08:30
13 Fevral

Dövlətlərin inkişafı həm də rəqəmsal infrastrukturun səviyyəsi ilə ölçülür 

08:25
13 Fevral

Azərbaycan ilə ABŞ arasında səhiyyə sahəsində əməkdaşlıq üçün geniş imkanlar var

08:20
13 Fevral

Prezident İlham Əliyevin qətiyyəti ilə dəyişən reallıqlar

08:15
13 Fevral

Etibarlı tərəfdaş

08:10
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!