13 Fevral 2026 09:05
672
CƏMİYYƏT
A- A+
"Könüllülük Akademiyası" layihəsi çərçivəsində növbəti tədbirin ünvanı Neftçala olub

"Könüllülük Akademiyası" layihəsi çərçivəsində növbəti tədbirin ünvanı Neftçala olub


Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində "Könüllülük Akademiyası" layihəsi çərçivəsində düşərgə təşkil olunub. Düşərgədə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 15 "Gənclər evi" sosial xidmət müəssisəsinin könüllülərindən ibarət 50 nəfərlik heyət iştirak edib.

Bu günlər iştirakçılar rayon rəhbərliyi ilə görüşmüşlər. RİH-in başçısı M.Seyidov çıxış edərək gənclərin cəmiyyətin inkişafında aparıcı qüvvə olduğunu vurğulayıb. Bildirib ki, gənclərə göstərilən dövlət dəstəyi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət və gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin göstəricisidir: "Dövlət başçısının rəhbərliyi ilə ölkədə gənclərin təhsili, sosial müdafiəsi, məşğulluğu, ictimai fəallığının artırılması, həmçinin könüllülük hərəkatının genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir". RİH-in başçısı qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin hərtərəfli inkişafına, onların intellektual, mənəvi potensialının artırılmasına göstərdiyi diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. M.Seyidov bildirib ki, könüllülük fəaliyyəti gənclərdə məsuliyyət, vətənpərvərlik, liderlik, sosial həmrəylik, ünsiyyət və komanda ilə işləmək bacarıqlarının formalaşmasında mühüm rol oynayır. O, müasir dövrdə gənclərin sosial aktivliyinin artırılmasının, kommunikasiya bacarıqlarının inkişaf etdirilməsinin və onların vaxtdan səmərəli istifadə etmələrinin xüsusi əhəmiyyəti olduğunu diqqətə çatdırıb, gənclərin süni intellekt və rəqəmsal texnologiyalardan düzgün, məqsədyönlü istifadə bacarıqlarının formalaşdırılmasının, onların rəqəmsal savadlılığının artırılmasının önəmindən bəhs edib, həmçinin peşə təhsilinin inkişafının gələcək əmək bazarına uyğun kadr hazırlığında mühüm rol oynadığını vurğulayıb. Gənclərin xaricdə təhsil dövlət proqramları çərçivəsində bilik və bacarıqlarını artırmalarının ölkənin insan kapitalının gücləndirilməsinə xidmət etdiyini deyən natiq dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində gənclərin fəal iştirakının vacibliyini qeyd edib, onların cəmiyyəti düşündürən sosial, iqtisadi və ictimai məsələlərə həssas yanaşmalarını yüksək qiymətləndirib. Neftçalada da gənclərin təşəbbüslərinin daim dəstəkləndiyini diqqətə çatdıran M.Seyidov bu kimi düşərgə və layihələrin gənclərin bilik, bacarıq və dünyagörüşünün inkişafına mühüm töhfə verdiyini bildirib.

RİH-in başçısı "Könüllülük Akademiyası" layihəsinin Neftçalada təşkil olunduğu üçün Gənclər və İdman Nazirliyinə, eləcə də göstərdikləri fəallığa görə gənclərə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Əliyev çıxış edərək "Könüllülük Akademiyası" düşərgəsinin məqsəd və vəzifələri, könüllülərin inkişafına yönəlmiş təlim proqramları və gələcək perspektivlər barədə məlumat verib.

Görüşdə könüllüləri maraqlandıran suallar cavablandırılıb, fikir və təkliflər səsləndirilib, qarşılıqlı müzakirələr aparılıb, sonda isə xatirə fotosu çəkilib.


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!