13 Fevral 2026 09:42
638
SİYASƏT
A- A+
Rəqəmsal iqtisadiyyatın genişlənməsi əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq

Rəqəmsal iqtisadiyyatın genişlənməsi əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq

 

2030-cu ilə qədər qlobal iqtisadiyyatın 70%-nin rəqəmsal texnologiyalardan ibarət olacağı gözlənilir.  Bu reallıq fonunda Azərbaycan son illərdə rəqəmsallaşma istiqamətində mühüm addımlar atmaqdadır. Dövlət xidmətləri, maliyyə sektoru, modern infrastruktur kimi geniş spektri əhatə edən rəqəmsal transformasiya artıq ölkənin inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Cənab Prezidentin də söylədiyi kimi, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı ölkəmizə strateji istiqamətdə real üstünlüklər qazandıracaq. Bu konsepsiya dövlət informasiya sistemlərinin inteqrasiyasını, məlumatların vahid platformada idarə olunmasını və süni intellekt həllərinin tətbiqini nəzərdə tutur. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi, makroiqtisadi və siyasi sabitlik, texnologiyaya açıq əhali, dövlət səviyyəsində rəqəmsallaşmanın  prioritet olması bu sahədə böyük potensial yaradır. Ölkənin regional tranzit mərkəzinə çevrilməsi planları da rəqəmsal logistika və məlumat axınının inkişafını zəruri edir. Rəqəmsal transformasiya yalnız proqram təminatı ilə məhdudlaşmır. Fiber-optik internet şəbəkəsinin genişləndirilməsi, mobil rabitə texnologiyalarının inkişafı ölkənin texnoloji infrastrukturunu möhkəmləndirir. Prezident İlham Əliyev də bildirib ki, “Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edili. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik”.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri isə rəqəmsal idarəetmənin real tətbiq nümunələridir. Enerji, nəqliyyat və kommunal xidmətlərin rəqəmsal platformalar üzərindən idarə olunması yeni şəhər modelinin əsasını qoyur.

Bununla yanaşı, kibertəhlükəsizlik, rəqəmsal savadlılığın artırılması və innovasiya mühitinin daha da genişləndirilməsi əsas hədəflər sırasındadır. Vahid fəaliyyət planı dövlət idarəçiliyində yeni keyfiyyət dəyişiklikləri yaradacaq, inteqrasiya olunmuş sistemlər qərarverməni daha sürətli edəcək. Həmçinin dövlət qurumları arasında informasiya təkrarlanması azalacaq, kağız sənəd dövriyyəsi minimuma enəcək, şəffaflıq və hesabatlılıq artacaq. Nəticə etibarı ilə daha çevik və effektiv dövlət modeli formalaşacaq. Bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının şirkətlərinin ölkəmizə maraq göstərməsi, həmçinin İsraillə bu yaxınlarda imzalanan Anlaşma Memorandumu beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır.

İqtisadi səmərəlilik və rəqəmsal iqtisadiyyatın genişlənməsi yüksək əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq.

Beləliklə, Azərbaycan regionda rəqəmsal mərkəzə çevrilə, Transxəzər və Orta Dəhliz layihələrində rəqəmsal logistika üstünlüyü yaranar.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!