13 Fevral 2026 08:25
291
SİYASƏT
A- A+
Dövlətlərin inkişafı həm də rəqəmsal infrastrukturun səviyyəsi ilə ölçülür 

Dövlətlərin inkişafı həm də rəqəmsal infrastrukturun səviyyəsi ilə ölçülür 


Fevralın 11-də təqdim olunan "Azərbaycanın yeni rəqəmsal arxitekturası" gələcəyin idarəetmə və iqtisadi modeli kimi qiymətləndirilə bilər. Rəqəmsal transformasiya artıq strateji zərurət, rəqəmsal arxitektura isə ölkənin iqtisadi, siyasi və texnoloji gələcəyini formalaşdıracaq əsas yol xəritəsidir.

Milli Məclisin deputatı Nigar Məmmədova "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, müasir dünyada dövlətlərin gücü həm də rəqəmsal infrastrukturun səviyyəsi və innovasiya potensialı ilə müəyyən olunur. Bu baxımdan "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na ölkənin uzunmüddətli inkişaf strategiyası kimi baxa bilərik. "Plan dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və texnoloji infrastrukturun yenilənməsini hədəfləyir. Fəaliyyət planına həsr olunmuş müşavirədə cənab Prezidentin də söylədiyi kimi, bizim bir çox üstünlüyümüz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Yəni ölkəmizin Asiya ilə Avropa arasında, "Şimal-Cənub" dəhlizi üzərində yerləşməsi yaradılmış mövcud infrastruktur üstünlüyümüzü təmin edir. Burada iqtisadi baxımdan strateji üstünlüklərə nəzər salsaq, enerji asılılığının azaldılmasını və qeyri-neft sektorunun inkişafını qeyd edə bilərik. Belə ki, rəqəmsal iqtisadiyyatın genişlənməsi ilk növbədə bu məqsədə çatmaq üçün effektiv vasitə hesab olunur", - deyə o əlavə edib.

Deputat deyib ki, elektron ticarət, rəqəmsal ödəniş sistemləri, startap ekosisteminin gücləndirilməsi yeni iş yerlərinin yaranmasına və yüksək əlavə dəyər yaradan sahələrin inkişafına şərait yaradır. Bu, uzunmüddətli proses olduğundan  gələcəkdə bu sahədə milli kadrlara böyük ehtiyac duyulacaq. Bu səbəbdən orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.

N.Məmmədova qeyd edib ki, beynəlxalq təcrübəyə əsasən, proseslərin rəqəmsallaşdırılması biznes mühitini sadələşdirdiyini, prosedurları sürətləndirdiyini deyə bilərik: "Bu isə investorlar üçün daha cəlbedici mühit formalaşdırır. Yeri gəlmişkən, data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələr artıq qurulub. Prezident İlham Əliyev bu əlaqələri də Azərbaycanın əsas üstünlüklərindən biri kimi dəyərləndirib".

Deputatın fikrincə, bu fəaliyyət planı dövlət idarəçiliyində effektivliyin və şəffaflığın artırılmasına birbaşa təsir edəcək. Burada çeviklik ön plandadır. Belə ki, vahid rəqəmsal platformalar üzərindən məlumat mübadiləsi qərarvermə prosesini sürətləndirir və insan faktorundan qaynaqlanan riskləri azaldır. Milli məlumatların qorunması və kibertəhlükəsizliyin gücləndirilməsi prioritetə çevrilir. "Cənab Prezident müşavirədə qeyd etdi ki, kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Çünki bu da kritik sahələrdən biridir. Dövlət başçımız ötən il ölkəmizə qarşı çox mütəşəkkil və aqressiv kiberhücumu da xatırlatdı. Müasir dövrdə informasiya təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Yeni arxitektura əsasında süni intellekt, "smart" layihələri ölkənin texnoloji inkişafını daha da sürətləndirəcək. Vahid standartların tətbiqi və təhlükəsizlik əməliyyat mərkəzlərinin yaradılması kibertəhlükələrə qarşı dayanıqlılığı artıracaq. Bu isə həm dövlət, həm də özəl sektor üçün daha etibarlı rəqəmsal mühit deməkdir", - deyə o bildirib.

N.Məmmədova yekunda vurğulayıb ki, "Azərbaycanın yeni rəqəmsal arxitekturası" ölkəmizi regionda rəqəmsal transformasiya üzrə aparıcı gücə çevirmək potensialındadır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Argentina sahillərində nəhəng meduza tapılıb

10:00
13 Fevral

Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində  

09:59
13 Fevral

Azərbaycanın göndərdiyi enerji avadanlıqları İrpen şəhərində təhvil verilib

09:48
13 Fevral

Yüksək qan təzyiqinin gözlənilməz səbəbi müəyyən edilib

09:46
13 Fevral

Rəqəmsal iqtisadiyyatın genişlənməsi əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq

09:42
13 Fevral

BMT-nin insan hüquqları üzrə Ali komissarı Ukraynanın enerji infrastrukturuna zərbələrə son qoymağa çağırıb  

09:41
13 Fevral

Moskvada Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə olunub

09:40
13 Fevral

Şimali Atlantika Alyansının yeni Arktika strategiyası

09:15
13 Fevral

Ağ xalatın məsuliyyəti

09:10
13 Fevral

"Könüllülük Akademiyası" layihəsi çərçivəsində növbəti tədbirin ünvanı Neftçala olub

09:05
13 Fevral

Biz yeniyetmələrə yaradılan şəraitə görə dövlətə borcluyuq

09:00
13 Fevral

BP 2025-ci ilin hesabatını açıqlayıb 

08:55
13 Fevral

Bakının növbəti qardaşı Əbu-Dabi olacaq

08:50
13 Fevral

Yeniyetmə zorakılığı: görünən hadisə, görünməyən səbəblər

08:45
13 Fevral

Azərbaycanın təcrübəsi yeni və real yanaşma kimi dəyərləndirilir

08:40
13 Fevral

Bu günün və gələcəyin çağırışı: rəqəmsallaşma və süni intellekt

08:35
13 Fevral

Humanitar diplomatiyada Leyla Əliyeva nümunəsi

08:30
13 Fevral

Dövlətlərin inkişafı həm də rəqəmsal infrastrukturun səviyyəsi ilə ölçülür 

08:25
13 Fevral

Azərbaycan ilə ABŞ arasında səhiyyə sahəsində əməkdaşlıq üçün geniş imkanlar var

08:20
13 Fevral

Prezident İlham Əliyevin qətiyyəti ilə dəyişən reallıqlar

08:15
13 Fevral

Etibarlı tərəfdaş

08:10
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!