12 Fevral 2026 08:35
780
SİYASƏT
A- A+
Bakı-Vaşinqton münasibətlərində yeni səhifə

Bakı-Vaşinqton münasibətlərində yeni səhifə


Tramp administrasiyası keçmişin yanlışlarını aradan qaldırdı 


Cənubi Qafqazda güclər nisbəti yenidən formalaşır. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana tarixi səfəri və Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi mühüm fikirlər regionda yeni bir eranın başlanğıcı sayılır. Vens fevralın 10-da dövlət başçısı İlham Əliyevlə görüşündə diplomatiya tarixində az rast gəlinən önəmli bir etirafı dilə gətirdi. ABŞ-nin ikinci şəxsi köhnə rəhbərliyin siyasətini "sərsəmlik" adlandırdı və "biz bunu düzəltdik" mesajını verdi.

Əvvəlki hökumətin kobud xətalarını açıq şəkildə bəyan edən vitse-prezident sonuncu administrasiyanın bir çox səhvlərə yol verməsindən təəssüfləndiyini qeyd etdi: "Onların yol verdikləri səhvlərdən biri də Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik". Bu, həm də ABŞ-nin xarici siyasətində, xüsusən Azərbaycanla ikitərəfli münasibətlərdə baş verən ciddi diplomatik dəyişikliyin elanı, yeni kursun tamamilə fərqli, daha konstruktiv olacağının bəyanı idi. Azərbaycanın regiondakı əvəzolunmaz rolunu qəbul edən ABŞ administrasiyası keçmiş yanlışların üzərindən qırmızı xətt çəkdi.

Vensin keçmiş administrasiyanın Azərbaycana yönəlik aşkar qərəzini "sərsəmlik" adlandırması heç də təsadüfi deyildi. 2020-ci il 44 günlük Vətən müharibəsinin Azərbaycanın mütləq qələbəsi ilə başa çatması regionda tamamilə yeni geosiyasi konfiqurasiya formalaşdırdı. Lakin Bayden-Blinken administrasiyası dönəmində Vaşinqtonun münaqişə sonrası proseslərə aşkar formada qərəzli yanaşma sərgiləməsi ikitərəfli münasibətlərdə ciddi gərginliyə səbəb oldu. Ağ Ev münaqişənin tamamilə həll olunmadığını iddia edərək, fəaliyyəti faktiki iflic olmuş ATƏT-in Minsk qrupunu yenidən canlandırmağa cəhd göstərdi. Həmin vaxt Ağ Ev Ermənistanın mövqelərini üstün tutan, balansı İrəvanın xeyrinə pozan davranış nümayiş etdirdi. 2022-ci ilin avqustunda şərti sərhədlər boyu və Qarabağda baş verən hərbi toqquşmalar zamanı Dövlət Departamenti Azərbaycanı hədəf alan birtərəfli bəyanatlarla çıxış etdi. 

Konqresdə də bənzər ritorika müşahidə olundu. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbərliyi Azərbaycanın hərbi addımlarını kəskin şəkildə pisləyən bəyanatlar yaydı. 2022-ci ilin sentyabrında ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri bu qərəzli yanaşmanın kulminasiya nöqtəsi oldu. Bakı tam haqlı olaraq Vaşinqtonu neytrallıq statusunu itirməkdə ittiham edirdi. 

Bayden-Blinken cütlüyünün həyata keçirdiyi kursun kökündə daxili siyasi məqamlar da yer alırdı. Demokratlar Partiyasının xarici siyasətində erməni diasporunun və lobbi qruplarının təsir imkanları xeyli artmışdı. Məhz bu qüvvələr onilliklər ərzində "907-ci düzəliş" adlı diskriminativ sanksiyanın qüvvədə qalması üçün ciddi fəliyyət göstərir, Vaşinqton-Bakı münasibətlərinin normallaşmasına imkan vermirdilər.  

Azərbaycan Prezidenti İlham Əliyev ötən il bir neçə dəfə bu məsələyə diqqət çəkmişdi. Dövlətimizin başçısı Bayden-Blinken dövründə ABŞ-nin Azərbaycana qarşı qərəzli olduğunu vurğulamış, bunun nəticəsində ikitərəfli əlaqələrin böhrana sürükləndiyini söyləmişdi. Prezident "907-ci düzəliş"in yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirmişdi. 

2025-ci ildə Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi Vaşinqton-Bakı əlaqələrində həlledici dönüş nöqtəsinə çevrildi. Tramp administrasiyası hələ ilk rəhbərlik dönəmində (2017-2021) Azərbaycanla daha realist və qarşılıqlı mənfəətlərə söykənən siyasət yeritdi. Onun yenidən iqtidara gəlişindən sonra iki dövlət arasında normallaşma meyilləri sürətləndi. 2025-ci ilin avqustunda Prezident İlham Əliyevin Vaşinqton səfəri və Ağ Evdə Donald Tramp ilə səmimi görüşü ikitərəfli münasibətlərdə yeni mərhələnin rəsmi başlanğıcı kimi xarakterizə olundu. Vaşinqton görüşündə liderlər bir sıra mühüm sənədlərə imza atdılar. Tramp görüş əsnasında "907-ci düzəliş"in tətbiqinin dondurulması haqqında rəsmi fərman imzaladı. 

Vaşinqtonda mühüm anlaşmalardan biri də Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması üçün işçi qrupların təsis edilməsi idi. İşçi qruplar ötən altı ay ərzində xartiyanın mətni üzərində işlədilər və prioritet istiqamətləri dəqiqləşdirdilər. Nəhayət, vitse-prezident Ceyms Devid Vensin Bakıya rəsmi səfəri çərçivəsində, fevralın 10-da Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası da imzalandı. Yeni Strateji Tərəfdaşlıq Xartiyası iki dövlət arasında uzunmüddətli iş birliyinin "yol xəritəsi olacaq və dialoqun institusionallaşmasını təmin edəcək. Sənəd həm geosiyasi, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində uzunmüddətli tərəfdaşlığın çərçivəsini müəyyənləşdirir. Xartiyanın məzmunu ABŞ-nin Azərbaycanla münasibətləri sistemli və çoxşaxəli şəkildə təşkil etmək niyyətində olduğunu ortaya qoyur. Bu sənəd iki ölkənin münasibətlərini formal diplomatiyadan strateji tərəfdaşlıq müstəvisinə daşıyır. 

Köhnə administrasiyanın tətbiq etdiyi məhdudiyyətlər və qərəzli yanaşma ABŞ-Azərbaycan arasında münasibətlərə kölgə salmaqla bərabər, Vaşinqtonun regiondakı manevr imkanlarını da daraltmışdı. Hazırda ABŞ-Azərbaycan münasibətləri tamamilə yeni mərhələdə güclü təməl üzərində irəliləyir. Vitse-prezident Ceyms Devid Vensin Bakıya səfəri ABŞ-nin regiona verdiyi önəmin göstəricisi olmaqla paralel, ikitərəfli əlaqələrin strateji müttəfiqlik mərhələsinə keçidini də rəsmiləşdirdi. Bununla həm də Ağ Ev bölgədə sülh və sabitliyin, iqtisadi əməkdaşlığın əsas tərəfdaşlarından birinə çevrilmək imkanı qazandı. 

Azərbaycan-ABŞ münasibətlərində yeni parlaq səhifənin açılması həm regional sabitlik, həm də iqtisadi əməkdaşlıq baxımından çox önəmlidir. Hər iki ölkə qarşılıqlı faydaya söykənən strateji tərəfdaşlığın vacibliyini dərk edir. ABŞ fərqindədir ki, Azərbaycan Cənubi Qafqazın iqtisadi mərkəzidir və Avropanın enerji diversifikasiyasında əsas oyunçudur. Nəticə etibarilə, Bakı və Vaşinqton arasındakı münasibətlər artıq sadəcə enerji ehtiyatları və ya təhlükəsizlik maraqları naminə deyil, bərabərhüquqlu və strateji hədəflər üzərində bərqərar olur. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

23:29
12 Fevral

Emre Diner: TRIPP layihəsi Cənubi Qafqazda yeni iqtisadi imkanlar açır  

18:37
12 Fevral

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarına hazırlıq müzakirə edilib  

18:26
12 Fevral

Türk politoloq: Cənubi Qafqazda iqtisadi inteqrasiya sülhün əsas təminatına çevrilir

18:22
12 Fevral

Bakı və Əbu-Dabi arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq müzakirə olunub  

18:14
12 Fevral

Bu ay gənc əsgərlərlə görüşlər fevralın 15-i və 22-si keçiriləcək

18:02
12 Fevral

Amerikalı ekspert: Azərbaycan Cənubi Qafqazın gələcəyində həlledici rol oynayır 

17:57
12 Fevral

Azərbaycan və İran arasında həyata keçirilən layihələr, onların icra vəziyyəti müzakirə edilib  

17:51
12 Fevral

Angela Merkel Almaniya Prezidentliyinə namizəd olacağı barədə iddiaları təkzib edib  

17:39
12 Fevral

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq mərhələsində

17:03
12 Fevral

Prezident Ərdoğan: Türkiyə böhranların həllində açar dövlətə çevrilib

16:33
12 Fevral

“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub  

16:23
12 Fevral

Ötən ay dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib  

16:03
12 Fevral

Ötən il SOCAR-ın hasil etdiyi neft və qazın həcmi açıqlanıb

15:49
12 Fevral

Kinoloji taborda xüsusi təlim keçmiş itlərdən istifadə edilərək əməliyyatların icrası göstərilib  

15:49
12 Fevral

Litva səfiri: Azərbaycanda keçiriləcək WUF13 müxtəlif istiqamətlərdə əlavə imkanlar yaradır  

15:47
12 Fevral

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi fəaliyyətə başlayıb  

15:47
12 Fevral

İsrailli politoloq: Bakı artıq regionda inteqrasiya və strateji balansın əsas mərkəzidir  

15:46
12 Fevral

Ukrayna ordusu Rusiyanın kritik hərbi obyektlərinə zərbələr endirib

15:44
12 Fevral

BMT-nin humanitar yardımı Ukraynanın Dnepr bölgəsinə çatdırılıb

15:43
12 Fevral

Türkiyə MN: Ordu vilayətində Rusiyaya məxsus olduğu ehtimal edilən PUA düşüb  

14:53
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!