13 Fevral 2026 08:40
289
SİYASƏT
A- A+
Azərbaycanın təcrübəsi yeni və real yanaşma kimi dəyərləndirilir

Azərbaycanın təcrübəsi yeni və real yanaşma kimi dəyərləndirilir


Ermənistanın 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz yalnız silahlı münaqişə ilə məhdudlaşmamış, beynəlxalq hüququn qadağan etdiyi ağır cinayətlərlə müşayiət olunmuşdur. Sözügedən cinayət işləri sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və terrorçuluq kimi ən ağır hüquqi kateqoriyaları əhatə edir ki, bu da hadisələrin miqyasını və ictimai təhlükəlilik dərəcəsini açıq şəkildə göstərir.

Beynəlxalq hüququn formalaşdırdığı mexanizmlərdən və mövcud təcrübədən yararlanmaqla 1987-ci ilin sonlarından başlayaraq 2023-cü ilə qədər davam etmiş Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin əsas təşkilatçıları və icraçıları hüquqi məsuliyyətə cəlb edilmişdir. Bu proses sistemli və ardıcıl hüquq siyasətinin nəticəsidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 2020-ci il Vətən müharibəsindən əvvəl dəfələrlə bəyan etmişdir ki, Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin icraçıları və təşkilatçıları mütləq şəkildə ədalət mühakiməsinə cəlb olunacaq, günahsız qurbanların qanı yerdə qalmayacaqdır. Bu qətiyyətli mövqe dövlət siyasətinin əsas prioritetlərindən biri olmuş və bu gün praktiki nəticəsini tapmışdır.

Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi vasitələrlə təmin etdikdən, sülhə xidmət edən yeni reallıqların beynəlxalq diplomatik müstəvidə təsdiqinə nail olduqdan sonra hüquqi müstəvidə - məhkəmə çərçivəsində ədalətin bərpası istiqamətində mühüm addımlar atmışdır. Belə ki, xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasını təmin etmişdir. Bu, dövlətimizin ədalətin bərpası istiqamətində ardıcıl və prinsipial siyasətinin real nəticəsidir.

Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, bütün siyasi və informasiya təzyiqlərinə baxmayaraq, müharibə cinayətlərində təqsirləndirilən şəxsləri məhkəmə qarşısına çıxarmışdır. Bununla ölkəmiz göstərmişdir ki, ədalət yalnız hərbi qələbə ilə deyil, hüquqi müstəvidə də təmin olunmalıdır. Eyni yanaşma keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın (ICTY) fəaliyyətində də tətbiq olunub. Bosniya müharibəsi zamanı Srebrenitsa soyqırımına görə mühakimə edilən şəxslər əhalinin məhv edilməsi, məcburi köçürmə, işgəncə və müharibə qanunlarının pozulmasına görə məsuliyyətə cəlb ediliblər. Tribunal bu cinayətləri beynəlxalq humanitar hüququn kobud pozuntusu kimi qiymətləndirib. Ruanda üzrə Beynəlxalq Tribunal isə terror xarakterli zorakılıq, soyqırımı və mülki əhaliyə qarşı sistemli hücumların dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirildiyi hallarda cinayət məsuliyyətinin qaçılmaz olduğunu təsdiqləyib. Burada da təşkilatlanmış silahlı qrupların yaradılması və maliyyələşdirilməsi ayrıca ağırlaşdırıcı hal kimi qiymətləndirilib.

Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı Azərbaycana qarşı xaricdən ayrı-ayrı dairələr bu prosesə təsir göstərməyə və ədalətin bərqərar edilməsinə mane olmağa cəhd göstərmişlər. Lakin Prezident İlham Əliyevin prinsipial mövqeyi və siyasi iradəsi bu təzyiqlərin heç birinin nəticə verməməsini təmin etmişdir. Nəticədə hər hansı kənar müdaxilə olmadan Bakı Hərbi Məhkəməsi tam obyektiv şəraitdə işini ədalətli hökmün elanı ilə yekunlaşdırmışdır. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insanlıq əleyhinə və müharibə cinayətləri, terrorçuluq, soyqırımı, təcavüzkar müharibənin aparılması, mülki əhaliyə qarşı ağır zorakılıq əməlləri, habelə dövlətin konstitusiya quruluşuna qarşı yönəlmiş cinayətlərə dair maddələri ilə ittiham olundular. Onlara qarşı irəli sürülən ittihamlar arasında soyqırımı, əhalinin məhvi və məcburi köçürülməsi, işgəncə, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, muzdlu döyüşçülərin cəlb edilməsi, müharibə qanun və qaydalarının, eləcə də beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması xüsusi yer tutur.

İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi ədalətin təntənəsi olmaqla yanaşı, münaqişə və müharibələrin ədalətli və davamlı həlli üçün nümunəvi modeldir. Dünya təcrübəsi göstərir ki, münaqişələrin natamam həlli və müharibə cinayətkarlarının cəzasız qalması gələcəkdə yeni gərginliklərə və münaqişələrə zəmin yaradır. Keçmiş Yuqoslaviya münaqişəsindən sonra müharibə cinayətkarlarının bir qisminin məhkəmə qarşısına çıxarılması beynəlxalq ictimaiyyətin birgə səyləri nəticəsində mümkün olmuşdur. Azərbaycan isə bu istiqamətdə milli hüquq mexanizmlərinə əsaslanaraq, müstəqil və qətiyyətli mövqe nümayiş etdirmişdir.

Eyni zamanda hüquqi dəlillərlə sübut edilmişdir ki, Ermənistan işğalçılıq siyasətini gizlətmək məqsədilə Qarabağ ərazisində qondarma rejim yaratmış, həmin rejimin rəhbər şəxsləri isə Ermənistan dövlətinin işğalçılıq, təcavüzkar müharibə siyasətinin əsas icraçılarından olmuşdur. Məhkəmə prosesində səsləndirilən ifadələr və təqdim olunan faktlar bir daha təsdiq etmişdir ki, Ermənistan hakimiyyəti Azərbaycan xalqına qarşı törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərində həmiştirakçı olmuş və bu cinayətlərə görə Ermənistan dövlətinin məsuliyyət daşıdığı bir daha aydın olmuşdur. Təqsirləndirilən şəxslər sırasında keçmiş qondarma rejimin siyasi və hərbi rəhbərliyində təmsil olunan şəxslərin yer alması onu deməyə əsas verir ki, törədilmiş cinayətlər fərdi deyil, planlı və sistemli xarakter daşımış, təcavüzkar müharibənin hazırlanması və aparılması dövlət səviyyəsində təşkil olunmuşdur. Xüsusilə soyqırımı, müharibə qanun və qaydalarının kobud şəkildə pozulması, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi kimi ittihamlar bu cinayətlərin məqsədli və təşkilatlanmış formada həyata keçirildiyini göstərir.

Levon Mnatsakanyanın etirafları qondarma rejim ordusunun müstəqil olmadığını, Ermənistan ordusunun tərkib hissəsi kimi fəaliyyət göstərdiyini, yüksək siyasi və hərbi vəzifələrə təyinatların İrəvanda təsdiqləndiyini göstərdi. Məhkəmədə Arkadi Arutyunyanın hərbi xidmətdə olması, Bako Saakyanın Şuşanın işğalında iştirakı ilə bağlı faktların da yayıldığı bildirilib. İkinci Dünya müharibəsindən sonra qurulan Nürnberq Tribunalı zamanı nasist Almaniyasının siyasi və hərbi rəhbərləri məhz təcavüzkar müharibənin planlaşdırılması və aparılmasına, mülki əhaliyə qarşı kütləvi zorakılıq aktlarına görə mühakimə olunmuşdular. Bu presedent göstərdi ki, hər hansı siyasi status bu cür cinayətlərə görə kimisə məsuliyyətdən azad etmir.

Beynəlxalq təcrübə göstərir ki, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi əksər hallarda ayrı-ayrı dövlətlərin imkanlarını aşan mürəkkəb hüquqi və siyasi proses olmuşdur. Bu səbəbdən belə cinayətlərin araşdırılması və cəzalandırılması əsasən beynəlxalq mexanizmlər, xüsusi yaradılmış tribunal və məhkəmə strukturları vasitəsilə həyata keçirilmişdir. Tarixdə formalaşmış presedentlər göstərir ki, milli məhkəmə sistemləri təkbaşına bu cür cinayətlərin tam araşdırılmasında həmişə yetərli olmamışdır. Bu baxımdan İkinci Dünya müharibəsindən sonra təsis edilmiş Nürnberq Tribunalı və Tokio Beynəlxalq Hərbi Tribunalı, eləcə də 1993-cü ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın (ICTY) və 1994-cü ildə Ruanda üzrə beynəlxalq cinayət tribunalı beynəlxalq birliyin müharibə cinayətlərinə qarşı kollektiv hüquqi reaksiyasının bariz nümunələridir. Bütün bu məhkəmə institutları göstərir ki, beynəlxalq cinayətlərin cəzasız qalmasına yol verilməməsi qlobal hüquqi nizamın əsas tələblərindən biridir.

Keçmiş Yuqoslaviya münaqişələri zamanı hərbi cinayətkarların yalnız müəyyən hissəsinin məhkəmə qarşısına çıxarılması beynəlxalq ictimaiyyətin siyasi, hüquqi və maliyyə dəstəyi sayəsində mümkün olmuşdur. Tarixdə buna bənzər çoxsaylı nümunələr mövcuddur. Bu kontekstdə Azərbaycan Respublikasının seçdiyi yol tamamilə fərqli və nadir presedent kimi çıxış edir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini heç bir xarici hərbi müdaxilə olmadan, yalnız milli resurslara və xalqın iradəsinə əsaslanaraq bərpa etmiş, münaqişəyə son qoymuşdur. Bununla yanaşı, həm Birinci, həm də İkinci Qarabağ müharibələri dövründə Azərbaycan xalqına qarşı ağır cinayətlər törətməkdə ittiham olunan şəxslər məhz milli məhkəmələr çərçivəsində ədalət mühakiməsinə cəlb edilmişdir.

Beynəlxalq cinayətlərlə mübarizə beynəlxalq hüququn fundamental prinsiplərinin tətbiqinə əsaslanır, dövlətlərin suveren bərabərliyi və beynəlxalq məsuliyyət öhdəliyi ilə sıx bağlıdır. Bu baxımdan, Azərbaycanın atdığı hüquqi addımlar milli dövləti maraqlarla yanaşı, beynəlxalq birliyin maraqlarına da xidmət edir. Belə ki, beynəlxalq cinayətlərin cəzasız qalması bütövlükdə qlobal təhlükəsizlik və hüquq nizamı üçün ciddi təhdid yaradır.

Məhkəmə prosesinin beynəlxalq cinayət hüququnun əsas prinsiplərindən biri olan universal yurisdiksiya prinsipi əsasında aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu prinsipə görə, insanlıq əleyhinə və müharibə cinayətləri kimi ağır hüquq pozuntuları törətmiş şəxslər cinayətin harada baş verməsindən asılı olmayaraq məsuliyyətə cəlb edilə bilər. Eyni zamanda aparılan məhkəmə prosesi insan hüquqları və ədalətli məhkəmə araşdırması ilə bağlı bütün beynəlxalq standartlara tam uyğun şəkildə təşkil olunmuşdur.

Azərbaycan məhkəmələrinin həyata keçirdiyi bu fəaliyyət mahiyyət etibarilə beynəlxalq məsuliyyət mexanizmlərinin reallaşdırılmasına xidmət edir. Beynəlxalq hüquqda mövcud olan universal yurisdiksiya prinsipi dövlətlərə belə cinayətləri araşdırmaq və günahkarları cəzalandırmaq üçün tam hüquqi əsas verir. Bu, dövlətlərin üzərinə düşən əsas öhdəliklərdən biridir. Azərbaycan Respublikası bu addımları atmaqla təkcə milli ədalətin bərpasını deyil, eyni zamanda üzərinə götürdüyü beynəlxalq öhdəlikləri də vicdanla və prinsipial şəkildə yerinə yetirdiyini nümayiş etdirdi.

Azərbaycan Respublikası bundan sonra da beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq, müharibə və insanlıq əleyhinə cinayətlərin ifşası, günahkarların məsuliyyətə cəlb edilməsi və ədalətin təmin olunması istiqamətində ardıcıl siyasətini davam etdirəcəkdir. Azərbaycanda keçirilmiş məhkəmə prosesi təkcə milli hüquq praktikası baxımından deyil, beynəlxalq hüquq müstəvisində də əhəmiyyətli nümunə kimi qəbul olunacaq. Bakı Hərbi Məhkəməsində aparılmış məhkəmə araşdırması və nəticədə elan edilmiş hökm beynəlxalq hüquq doktrinasında öz yerini tutacaq, beynəlxalq cinayət hüququ üzrə elmi araşdırmalara, hüquq ədəbiyyatına və akademik diskussiyalara daxil ediləcək. Gələcəkdə hüquqşünaslar, tədqiqatçılar və praktik hüquq mütəxəssisləri bu hökmə universal yurisdiksiya, dövlət məsuliyyəti və müharibə cinayətlərinə görə cəzasızlığın aradan qaldırılması kontekstində istinad edəcəklər.

Bu məhkəmə prosesi göstərir ki, ərazi bütövlüyü pozulmuş dövlətlər ədalətin təmin olunması üçün yalnız beynəlxalq tribunal və ya xarici mexanizmlərə bağlı qalmaq məcburiyyətində deyil, milli hüquq institutlarını gücləndirməklə beynəlxalq hüququn tələblərinə uyğun və effektiv ədalət mexanizmi yarada bilərlər. Nəticə etibarilə Azərbaycanın təcrübəsi müasir beynəlxalq hüquqda münaqişələrin hüquqi yolla həllinə dair yeni və real yanaşma kimi qiymətləndiriləcək.


Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft ucuzlaşıb

10:12
13 Fevral

Ariel Kohen: Vensin səfəri Tramp administrasiyasının Ağ Evdə bağlanmış tarixi sülh müqaviləsinin tam arxasında dayandığını göstərir  

10:11
13 Fevral

Azərbaycan nefti ucuzlaşıb

10:10
13 Fevral

Argentina sahillərində nəhəng meduza tapılıb

10:00
13 Fevral

Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində  

09:59
13 Fevral

Azərbaycanın göndərdiyi enerji avadanlıqları İrpen şəhərində təhvil verilib

09:48
13 Fevral

Yüksək qan təzyiqinin gözlənilməz səbəbi müəyyən edilib

09:46
13 Fevral

Rəqəmsal iqtisadiyyatın genişlənməsi əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq

09:42
13 Fevral

BMT-nin insan hüquqları üzrə Ali komissarı Ukraynanın enerji infrastrukturuna zərbələrə son qoymağa çağırıb  

09:41
13 Fevral

Moskvada Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə olunub

09:40
13 Fevral

Şimali Atlantika Alyansının yeni Arktika strategiyası

09:15
13 Fevral

Ağ xalatın məsuliyyəti

09:10
13 Fevral

"Könüllülük Akademiyası" layihəsi çərçivəsində növbəti tədbirin ünvanı Neftçala olub

09:05
13 Fevral

Biz yeniyetmələrə yaradılan şəraitə görə dövlətə borcluyuq

09:00
13 Fevral

BP 2025-ci ilin hesabatını açıqlayıb 

08:55
13 Fevral

Bakının növbəti qardaşı Əbu-Dabi olacaq

08:50
13 Fevral

Yeniyetmə zorakılığı: görünən hadisə, görünməyən səbəblər

08:45
13 Fevral

Azərbaycanın təcrübəsi yeni və real yanaşma kimi dəyərləndirilir

08:40
13 Fevral

Bu günün və gələcəyin çağırışı: rəqəmsallaşma və süni intellekt

08:35
13 Fevral

Humanitar diplomatiyada Leyla Əliyeva nümunəsi

08:30
13 Fevral

Dövlətlərin inkişafı həm də rəqəmsal infrastrukturun səviyyəsi ilə ölçülür 

08:25
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!