17 Sentyabr 2026 08:10
218
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları


Prezident İlham Əliyevin müsəlman dünyasında ayrı-seçkilik yaradılması cəhdləri ilə bağlı mesajları, ATƏT, Avropa Parlamenti və Avropa Şurasına yönələn haqlı tənqidləri geosiyasətin mənəviyyatdan ayrı olmadığını göstərir.


İslam dünyasının vahid cəbhədə birləşdirilməsi ideyası


Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə XII əsrdən XVI əsrə qədər (Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli) uzanan böyük bir irsi sadalayıb. Bununla da Azərbaycanın əsrlər boyu elmə, mədəniyyətə, ədəbiyyata fasiləsiz töhfə verdiyi barədə dərin məzmunu bölüşüb.

Dövlətimizin başçısından sitat: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün islam aləmi üçün çox böyük dəyərdir".

Deməli, Prezident İlham Əliyev Azərbaycanın dünyaya bəxş etdiyi tarixi şəxsiyyətlər və onların irsi üzərindən formalaşmış dəyərləri gələcəyə baxışda vacib nüans hesab edir.

Bu anlayışlarla geosiyasi səbəb-nəticə əlaqələrinin qurulmasına baxmaq lazımdır. Prezident İlham Əliyevin tezislərinin dərin geosiyasi məzmunu həmin strukturda iki əsas məqamı nəzərə çatdırır:

- Geosiyasi maraqlar ədalətə əsaslananda onun nəticələrinin uğurlu qalması dayanıqlı və davamlı olur. Azərbaycanın xarici siyasətdəki yanaşmaları məhz bu formula əsaslanır;

- Azərbaycanın qazandığı geosiyasi nailiyyətlərin arxasında güclü genetik və mənəvi kodlar, dərin tarixi miras dayanması həqiqətdir.

Prezident İlham Əliyevin irəli sürdüyü konsepsiya regionlararası sivilizasiya modelinə fundamental tərəflərdən yanaşır. Bu cəhətdən müsəlman-türk dünyasının bir parçası olan Azərbaycan üçün ortaq irs əsasında multiregional mənəvi bağlantılar ön planda dayanır.

Bunun qarşısında dayanan maneələri aradan qaldırmaq üçün Azərbaycanın səyləri diqqətəlayiqdir. Prezident İlham Əliyevin çağırışlar barədəki formulunu belə xarakterizə etmək olar:

- Müsəlman dünyasındakı gərginliklərdən narahat olan Azərbaycan islam həmrəyliyini idman və mədəniyyət platformaları vasitəsilə praktiki müstəviyə daşıyır;

- İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək növbəti zirvə görüşü ölkəmizin qlobal arenadakı birləşdirici və barışdırıcı vasitəçi rolunun növbəti təsdiqi olacaq;

- Azərbaycanın əsas hədəfi müsəlman ölkələri arasındakı ixtilafları müştərək səylərlə bitirmək və islam dünyasını parçalamaq istəyən xarici təhdidlərə qarşı vahid cəbhə formalaşdırmaqdır. Burada digər məqsəd islam dininə zərbə vurmaq istəyən qüvvələri yerində oturtmaqdır.

Bu mövqe müsəlman coğrafiyasına ünvanlanan çağırış olmaqla, iki əsas məqamı geosiyasətin sərhədlərində müəyyənləşdirir. Birincisi, Azərbaycan geosiyasi ambisiyaların mənəvi dəyərləri üstələdiyi müasir dünya nizamında tarixə, onun mirasına və cəmiyyətlərdəki inanclara dərin hörmətlə yanaşır. Bu, beynəlxalq hüququn praktiki olaraq icrasına dair yaxşı presedentdir.

İkincisi, müsəlman dünyasına qarşı qlobal məkanda nümayiş etdirilən selektiv yanaşmalara qarşı birlik nümayiş etdirilməsi vacibdir. Azərbaycan bu məsələyə dair böyük məsuliyyəti üzərinə götürür.


Avropa Parlamentinin ifşası


Azərbaycan beynəlxalq hüquqda ayrı-seçkiliyə məruz qalan ölkə olub. Ermənistan-Azərbaycan münaqişəsi zamanında nə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilib, nə də rəsmi İrəvana qarşı sanksiyalar tətbiq edilib.

Bunlar yetmirmiş kimi, Avropa Şurası, Avropa Parlamenti kimi qurumlar Ermənistanın və erməni lobbisinin maraqları çərçivəsində Azərbaycana qarşı mövqe tutublar. Qarayaxma kampaniyası əsasında strukturlaşdırılan qərəzli mövqe Azərbaycan ərazi bütövlüyü və suverenliyini təmin etdikdən sonra daha açıq müstəviyə keçib.

Prezident İlham Əliyev keçirdiyi qəbulda Qərb geosiyasətində təzyiq alətinə çevrilən Avropa Şurası və Avropa Parlamentinin "fəlsəfəsi" ifşa edilib.

Dövlətimizin başçısı bununla beynəlxalq münasibətlər sisteminin ən ağrılı nöqtəsini - geosiyasətin mənəviyyatdan təcrid edilməsini Avropa Şurası və Avropa Parlamentinin timsalında aşağıdakı faktlarla göstərir:

- Avropa Şurasının Azərbaycan öz suverenliyini və beynəlxalq hüququ bərpa etdikdən cəmi dörd ay sonra Bakıya qarşı sanksiya mexanizmini işə salması qlobal ədalətsizliyin bariz nümunəsidir;

- Başqalarına şəffaflıq və demokratiya dərsi keçməyə çalışan Avropa Parlamentinin özü rüşvətxorlar yuvasıdır.

Xatırladaq ki, 2022-ci ildəki "Qatargate" kimi irimiqyaslı korrupsiya qalmaqalı (məsələn, AP-nin vitse-prezidenti Eva Kailinin evindən nağd pul kisələrinin tapılması) Avropa Parlamentinin daxilindəki çirkli maliyyə və lobbi mexanizmlərini açıq şəkildə üzə çıxarır. O, 2022-ci il dekabrın 13-də Avropa Parlamentində keçirilən səsvermə nəticəsində (625 lehinə, 1 əleyhinə səslə) bu vəzifədən azad edilib. Bu faktlar Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələrin arxa planını və ikili standartlarını aydın nümayiş etdirir.

- Avropa Parlamenti islamofoblardan ibarət bir təşkilatdır. Bu, Şərqə və müsəlman-türk dünyasına baxışdakı ayrı-seçkilik xəttini həyata keçirir.


Nəticə

Müasir beynəlxalq münasibətlər sistemində güc mərkəzlərinin geosiyasi maraqları tez-tez ədalət və beynəlxalq hüquq prinsiplərinin üstündən xətt çəkir. Belə mürəkkəb qlobal mühitdə Azərbaycan milli maraqlarını, mənəvi dəyərlərini qorumaqla sivilizasiyalararası dialoqa əsaslanan müstəqil siyasət nümunəsi ortaya qoyur.

Prezident İlham Əliyev çıxışında qeyd olunan prizmalardan uğurlu geosiyasətin mənəvi dəyərlərdən və tarixi köklərdən ayrı təsəvvür edilmədiyini göstərir. Dövlətimizin başçısı bununla da geosiyasətin etikası barədə mühüm yanaşmalar sərgiləyir.

Azərbaycan müsəlman coğrafiyasında mövcud olan gərginlikləri aradan qaldırmağa, islam həmrəyliyini gücləndirməyə və ortaq maraqlar ətrafında vahid cəbhə yaratmağa çalışır.

Ermənistan-Azərbaycan münaqişəsi dövründə səssiz qalan beynəlxalq qurumlar ölkəmiz suverenliyini bərpa etdikdən sonra açıq təzyiq və sanksiya siyasətinə keçiblər. Bu, onların ikili standartlarına aid təkzibedilməz faktdır.

Avropa Parlamenti və Avropa Şurasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qərarlar bu təşkilatların islamofob mahiyyətini və maliyyə-lobbi maraqlarından asılılığını açıq şəkildə nümayiş etdirir. Azərbaycana qarşı kampaniyaları icra edən qurumların özləri isə indi institusional böhran keçirirlər.

Beləliklə, Azərbaycan zəngin tarixi-mədəni irsinə güvənərək, qlobal müstəvidə ədalətsizliklərə qarşı barışdırıcı və prinsipial mövqeyini qətiyyətlə qoruyur.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sahibkarlığın inkişafı: yeni imkanlar və müasir çağırışlar

09:00
17 Sentyabr

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

08:50
17 Sentyabr

Çobankərəli Saleh kişi

08:40
17 Sentyabr

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

08:30
17 Sentyabr

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

08:20
17 Sentyabr

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

08:10
17 Sentyabr

Diplomatların səfərinə revanşistlərin reaksiyası

08:00
17 Sentyabr

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

07:53
17 Sentyabr

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

07:52
17 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

07:46
17 Sentyabr

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Ü.Z.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:13
17 Sentyabr

Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonasının təsdiq edilməsi haqqında

03:12
17 Sentyabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

03:11
17 Sentyabr

Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub  

23:47
16 Sentyabr

2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz artım proqnozlaşdırılır

23:37
16 Sentyabr

Azərbaycanda zəlzələ baş verib

23:28
16 Sentyabr

FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

23:16
16 Sentyabr

Manatın məzənnəsi gələn il də sabit qalacaq

23:01
16 Sentyabr

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

22:44
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!