20 Noyabr 2026 08:15
270
SİYASƏT
A- A+
Paris anti-Azərbaycan ritorikasına yox, öz problemlərinə köklənməlidir

Paris anti-Azərbaycan ritorikasına yox, öz problemlərinə köklənməlidir


Beynəlxalq siyasətdə dövlətin dəyişən reallıqları obyektiv qiymətləndirmək bacarığı onun diplomatiyasının səmərəliliyini müəyyən edən başlıca göstəricilərdən biridir. Lakin Fransa Azərbaycana münasibətdə hələ də Qarabağ münaqişəsi dövründə formalaşmış siyasi mövqeyindən çıxış etməkdə davam edir. Fransanın xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli naziri Nikola Forissyenin, eləcə də bu ölkənin Xarici İşlər Nazirliyinin son bəyanatları Parisin Bakıya qarşı konfrontasiya ritorikasının yenidən gücləndiyini göstərir. 

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA "Azərbaycan" qəzetinə açıqlamasında dedi ki, 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərini Fransanın beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri haqlı sual doğurur: "Nə üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa onilliklər ərzində Azərbaycan ərazilərinin işğalı məsələsində eyni prinsipiallığı nümayiş etdirməyib? 1993-cü ildə BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan dörd qətnamə qəbul edib. Beynəlxalq mexanizmlər bu münaqişənin həllini təmin edə bilmədiyindən Azərbaycan öz ərazi bütövlüyünü və konstitusiya quruluşunu müstəqil şəkildə bərpa etmək məcburiyyətində qalıb".

Deputatın sözlərinə görə, Fransa diplomatiyasının ikili standartlar mövqeyindən çıxış etməsi özünü humanitar sahədə də büruzə verir: "Qarabağın erməni əhalisinin taleyinə diqqət yönəldən Paris doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış yüz minlərlə azərbaycanlının hüquqlarını, itkin düşmüş şəxslərin problemlərini, mina təhlükəsini, Azərbaycanın mədəni və dini irsinin məruz qaldığı dağıntıların miqyasını çox vaxt öz siyasi gündəliyindən kənarda saxlayır. Halbuki humanitar prinsiplər zərərçəkmiş insanların milli mənsubiyyətindən və ayrı-ayrı dövlətlərin siyasi seçimlərindən asılı olmamalıdır".

S.Fətəliyeva qeyd etdi ki, Nikola Forissyenin bu günlərdə erməni məhbusların azadlığa buraxılmasının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ilkin şərt olması barədə bəyanatı xüsusi diqqət çəkib. Onun fikrincə, əslində, Paris Bakı ilə İrəvan arasında razılaşdırılmış sülh gündəliyinə öz tələblərini daxil etməyə çalışır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulandığı kimi, barələrində məhkəmə icraatı aparılan şəxslər arasında hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və terrorçuluq da daxil olmaqla, ağır cinayətlər törətməkdə ittiham olunan və məhkum edilmiş şəxslər var. Onların cinayət işlərinə milli qanunvericilik çərçivəsində baxılıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, noyabrın 18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özü belə bir şərtin irəli sürülməsinin sülh sazişinin imzalanmasını gecikdirə biləcəyini etiraf edib. Beləliklə, ayrı-ayrı məsələlərdə Fransanın mövqeyi hətta rəsmi İrəvanın mövqeyindən daha az konstruktiv görünür. "Son aylarda Parisin anti-Azərbaycan ritorikasının intensivləşməsi sistemli xarakter alır. Sentyabr ayında Fransanın Xarici İşlər Nazirliyi Azərbaycanın məhkəmə sistemi ilə bağlı ittihamlar irəli sürüb, oktyabrda isə bu ölkənin xarici işlər naziri Jan-Noel Barro Fransanın dənizaşırı ərazilərində baş verən hadisələr kontekstində Bakıya qarşı yenidən iddialar səsləndirib. Noyabr ayındakı bəyanatlar həmin siyasi xəttin davamıdır. Bütün bunlar ikitərəfli münasibətlərdə müəyyən müsbət siqnalların müşahidə olunmasına, o cümlədən sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşünə baxmayaraq baş verir", - deyə deputat əlavə edib.

O dedi ki, Parisin bu mövqeyinin səbəblərini daha geniş geosiyasi kontekstdə axtarmaq lazımdır. Qarabağ münaqişəsinə son qoyulması, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması, Bakı ilə İrəvan arasında birbaşa dialoqa keçid Fransanın regional proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Belə şəraitdə Parisin tərəflərdən birini dəstəkləməklə Cənubi Qafqazda öz siyasi mövcudluğunu qoruyub saxlamaq cəhdi regional sabitliyin obyektiv maraqları ilə ziddiyyət təşkil edə bilər. 

S.Fətəliyevanın fikrincə, bütün bunlarla yanaşı, daxili siyasi amillərin təsirini də istisna etmək olmaz: "Sosial-iqtisadi çətinliklər, kütləvi etirazlar və ictimai etimad böhranı fonunda Fransa rəhbərliyi beynəlxalq siyasətdə öz varlığını nümayiş etdirməkdə maraqlıdır. Lakin daxili problemləri xarici siyasi fəallıq hesabına kompensasiya etmək cəhdlərinin Fransanın beynəlxalq nüfuzunu gücləndirəcəyi inandırıcı görünmür".

Deputat qeyd etdi ki, Azərbaycan Avropa dövlətləri ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirir, bu, qitənin enerji təhlükəsizliyinin təmin olunmasında və yeni beynəlxalq nəqliyyat marşrutlarının formalaşdırılmasında öz rolunu möhkəmləndirir. Belə bir şəraitdə Parisin qarşıdurma siyasəti Azərbaycanın imkanlarını məhdudlaşdırmaqdan daha çox Fransanın özünün Cənubi Qafqazdakı perspektivlərini daraldır. Fransa rəhbərliyi anlamalıdır ki, Cənubi Qafqaz artıq xarici aktorların həll olunmamış münaqişələrdən təsir vasitəsi kimi istifadə edərək siyasi gündəliyi müəyyənləşdirə bildikləri məkan deyil. "Bu gün regionda suverenliyə, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və birbaşa dövlətlərarası dialoqa əsaslanan yeni münasibətlər modeli formalaşır. Əgər Fransa həqiqətən Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlıdırsa, ədalətə seçici yanaşma siyasətindən imtina etməlidir. Regionda sülh Parisin geosiyasi ambisiyalarının reallaşdırılması vasitəsi deyil, özlüyündə bir dəyər olmalıdır", - deyə o vurğulayıb.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

20 noyabr – Ağdam Şəhəri Günü: dağıntılardan dirçəlişə, zəfərdən böyük qayıdışa doğru  

09:11
20 Noyabr

Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib

08:55
20 Noyabr

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

08:50
20 Noyabr

"Paylaşın ki, çox adam xəbərdar olsun…"

08:45
20 Noyabr

Kiyevdə bir neçə körpü ballistik raketlərlə vurulub - YENİLƏNİB

08:44
20 Noyabr

Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var  

08:42
20 Noyabr

İtkin talelər, cavabsız suallar

08:40
20 Noyabr

Ağdamın dirçəlişi: dağıntılardan quruculuğa, həsrətdən qayıdışa

08:35
20 Noyabr

Uşaq hüquqlarının təmini: müasir çağırışlar və Ombudsmanın rolu

08:30
20 Noyabr

Şərəfli alim və ziyalı ömrü

08:25
20 Noyabr

Çoxvektorlu və strateji tərəfdaşlıq diplomatiyası

08:20
20 Noyabr

Paris anti-Azərbaycan ritorikasına yox, öz problemlərinə köklənməlidir

08:15
20 Noyabr

Milli iradənin və dövlətçilik ənənələrinin daşıyıcısı

08:10
20 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya, yaxın münasibət

08:05
20 Noyabr

Ədalətin Zəfər təntənəsi

08:00
20 Noyabr

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd edilib  

23:50
19 Noyabr

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub  

23:16
19 Noyabr

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb 

23:00
19 Noyabr

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

22:48
19 Noyabr

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir  

22:29
19 Noyabr

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

21:23
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!