13 Noyabr 2026 09:50
96
Oxucu məktubları
A- A+
Küçəmizi yaman günə qoyub gediblər

Küçəmizi yaman günə qoyub gediblər


İki il əvvələ qədər Qasım bəy Zakir küçəsi Bərdə şəhərinin ən abad məkanlarından biri sayılırdı. Hər şey Heydər Əliyev prospektindən bizim küçəyə dönən yolun kənarında tikilən çoxmərtəbəli yaşayış binası istifadəyə veriləndən sonra başladı. 

Binanın kanalizasiya xəttini çəkib xeyli aralıdakı əraziyə aparmaq üçün küçəni yol boyu qazdılar. Beləcə rahat asfalt yolumuz bərbad günə düşdü. Qazılmış dərin xəndək torpaqla örtüldü. İndi yağışlı günlərdə palçıqdan, quraqlıq günlərdə maşınların qaldırdığı tozdan küçədən keçib getmək olmur. Küçədə isə 4 nömrəli yeni məktəb, çox sayda idarə-müəssisə, ticarət və iaşə obyektləri var. Şəhərə bitişik olan Türkmən kəndinə də yol buradan keçir.

Əlaqədar qurumlara etdiyimiz çoxsaylı müraciətlərimizə baxan yoxdur. Dövlətin vəsaiti ilə salınan asfalt yolu qazıb dağıdan şirkətdən niyə tələb olunmur ki, bərbad günə qoyduğu yolu təmir etsin.

Hörmətli redaksiya, küçə sakinləri, eləcə də Türkmən kənd camaatı adından xahiş edirik ki, bizim haqlı etirazımızı əlaqədar qurumlara çatdırasınız.


Faiq QARAŞOV,

Bərdə şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!