19 Noyabr 2026 19:58
69
SİYASƏT
A- A+
Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir


Ukrayna və Azərbaycanı qarşılıqlı hörmət, xalqlarımız arasında dostluq münasibətləri və beynəlxalq hüququn prinsiplərinə ümumi sadiqlik birləşdirir.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə deyib.

“Biz parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə etdik. Ölkələrimiz arasında bütün səviyyələrdə, xüsusilə parlamentlərarası müstəvidə fəal dialoqu yüksək qiymətləndirirəm. Milli Məclisin sədri Sahibə Qafarova ilə daim əlaqə saxlayırıq və əməkdaşlığımızı daha da dərinləşdirməkdə maraqlıyıq. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyinə, həmçinin enerji sistemimizin dəstəklənməsi üçün göstərdiyi mühüm humanitar yardıma görə Azərbaycana təşəkkür etdim”, – deyə Ali Radanın sədri qeyd edib.

“Əminəm ki, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn prinsipləri əsasında Kiyev və Bakı arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verəcək”, - deyə Ruslan Stefançuk əlavə edib.

Öz növbəsində, S.Mərdəliyev Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə münasibətdə dəyişməz mövqeyini, humanitar dəstəyi davam etdirmək və bu ölkənin bərpasına kömək göstərmək niyyətində olduğunu bir daha təsdiqləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

19:58
19 Noyabr

Mütəxəssislər mamontların və qılıncdişli pələnglərin “dirildilməsi” imkanlarını qiymətləndiriblər  

19:47
19 Noyabr

ABŞ-nin büdcə kəsiri 2 trilyon dollara çata bilər - dövlət borcu artır  

19:28
19 Noyabr

ABŞ-də ilk dəfə Ay torpağının tam analoqunda kartof yetişdirilib  

19:13
19 Noyabr

İspaniyada 2 min il yaşı olan qablarda süd və şərab izləri aşkarlanıb  

18:58
19 Noyabr

Dövlət satınalmalarında rəqabət güclənir

18:50
19 Noyabr

YAP Mərkəzi Aparatında görüş keçirilib  

18:49
19 Noyabr

Gülüş terapiyası ağciyər xəstəliklərinin müalicəsində təsirli ola bilər  

18:47
19 Noyabr

NATO yeni nəsil hərbi rabitə strategiyasını açıqlayıb  

18:46
19 Noyabr

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib  

18:45
19 Noyabr

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisinə Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumat verilib  

18:36
19 Noyabr

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB 

18:18
19 Noyabr

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub  

18:14
19 Noyabr

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

18:06
19 Noyabr

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb  

18:01
19 Noyabr

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər  

17:47
19 Noyabr

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib  

17:39
19 Noyabr

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib  

17:30
19 Noyabr

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib  

17:19
19 Noyabr

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib

17:16
19 Noyabr

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır  

17:12
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!