20 Noyabr 2026 08:50
209
Mədəniyyət
A- A+
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində


ASC "Xalq" Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltaraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, iki dəfə "Stalin" mükafatı laureatı Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığına həsr olunmuş "Fuad Əbdürrəhmanov. Heykəltaraşlıq" adlı bədii albomdur.

Noyabrın 18-də görkəmli rəssamların, ziyalıların, heykəltaraşların və incəsənət ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə nəşrin təqdimat mərasimi keçirilib.

Azərbaycan monumental heykəltaraşlıq sənətinin inkişafında mühüm rol oynamış Fuad Əbdürrəhmanov 11 may 1915-ci ildə Nuxada (indiki Şəki şəhəri) anadan olub. Onun rəsmə olan istedadını ilk kəşf edən rəsm müəllimi Perov olub. Gənc Fuadın yaradıcılıq potensialını görən müəllimi onun istedadının inkişafı üçün ailəsinin Bakıya köçməsini tövsiyə edir. Beləliklə, 1929-cu ilin yayında Əbdürrəhmanovlar ailəsi Bakıya köçür və bu hadisə gələcək sənətkarın peşəkar yaradıcılıq yolunda mühüm mərhələnin başlanğıcı olur.

Fuad Əbdürrəhmanov ilk peşəkar təhsilini Azərbaycan Bədii Texnikumunda (indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi) alıb. Daha sonra müəllimlərinin tövsiyəsi ilə təhsilini Leninqradda (indiki Sankt-Peterburq) İ.Y.Repin adına Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda davam etdirib. Məhz bu illərdə onun sənətkarlıq bacarıqları formalaşmağa başlayıb.

Sənətkarın zəngin yaradıcılığında Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin görkəmli şəxsiyyətlərinin obrazları xüsusi yer tutur. Bakıda və Gəncədə ucaldılmış Nizami Gəncəvinin abidələri, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin eyvanını bəzəyən Məhəmməd Füzulinin heykəli, Səməd Vurğunun abidəsi, paytaxtın memarlıq və bədii simvollarından birinə çevrilmiş "Azad qadın" heykəli, eləcə də sənətkarın yaxın dostu, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadəyə həsr etdiyi monumental əsər onun yaradıcılığının diqqətəlayiq nümunələrindəndir.

Fuad Əbdürrəhmanovun sənət irsi Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Onun əsərləri dünyanın müxtəlif şəhərlərinin ictimai məkanlarını bəzəyərək milli heykəltaraşlıq məktəbimizin beynəlxalq miqyasda tanınmasına töhfə verib. Monqolustanın paytaxtı Ulan-Batorda dövlət xadimləri Suxe Bator və marşal Çoybalsanın monumental abidələri, Tacikistanın Düşənbə şəhərində farsdilli poeziyanın görkəmli nümayəndəsi Rudəkinin, Özbəkistanın Buxara şəhərində isə dünya elminin ən parlaq simalarından biri İbn Sinanın abidələri sənətkarın xarici ölkələrdə ucaldılmış əsərləri sırasındadır.

2026-cı il noyabrın 24-dək ASC "Xalq" Bankın əsas binasında yerləşən rəsm qalereyasında Fuad Əbdürrəhmanovun  əsərlərindən ibarət ekspozisiyanı həftəiçi 5 gün saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir. Ünvan: İnşaatçılar pr., 22 L.

"Xalq Əmanəti" layihəsi ASC "Xalq" Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına və sənətsevərlərə hədiyyə olunur. Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Tağı Tağıyev, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, əməkdar rəssam Cahid Camal, Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, eləcə də əməkdar incəsənət xadimi Vəcihə Səmədova, Kamal Əhmədlə yanaşı, Mirzə Qədim İrəvani, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hökumə Billuri, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Güney azərbaycan şairlərinin əsərlərindən ibarət antologiya, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşıq ədəbiyyatı antologiyası" üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində "Bütün əsərləri" işıq üzü görüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

20 noyabr – Ağdam Şəhəri Günü: dağıntılardan dirçəlişə, zəfərdən böyük qayıdışa doğru  

09:11
20 Noyabr

Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib

08:55
20 Noyabr

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

08:50
20 Noyabr

"Paylaşın ki, çox adam xəbərdar olsun…"

08:45
20 Noyabr

Kiyevdə bir neçə körpü ballistik raketlərlə vurulub - YENİLƏNİB

08:44
20 Noyabr

Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var  

08:42
20 Noyabr

İtkin talelər, cavabsız suallar

08:40
20 Noyabr

Ağdamın dirçəlişi: dağıntılardan quruculuğa, həsrətdən qayıdışa

08:35
20 Noyabr

Uşaq hüquqlarının təmini: müasir çağırışlar və Ombudsmanın rolu

08:30
20 Noyabr

Şərəfli alim və ziyalı ömrü

08:25
20 Noyabr

Çoxvektorlu və strateji tərəfdaşlıq diplomatiyası

08:20
20 Noyabr

Paris anti-Azərbaycan ritorikasına yox, öz problemlərinə köklənməlidir

08:15
20 Noyabr

Milli iradənin və dövlətçilik ənənələrinin daşıyıcısı

08:10
20 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya, yaxın münasibət

08:05
20 Noyabr

Ədalətin Zəfər təntənəsi

08:00
20 Noyabr

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd edilib  

23:50
19 Noyabr

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub  

23:16
19 Noyabr

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb 

23:00
19 Noyabr

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

22:48
19 Noyabr

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir  

22:29
19 Noyabr

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

21:23
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!