17 Noyabr 2026 08:00
671
SİYASƏT
A- A+
Milli dirçəlişdən tarixi Zəfərə

Milli dirçəlişdən tarixi Zəfərə


17 Noyabr Azərbaycanın istiqlal və oyanış tarixinin ən qürurlu, şərəfli səhifələrindən biridir. Həm 1988-ci ilin soyuq noyabr günlərində Bakının Azadlıq meydanında coşan xalq hərəkatı, həm də 1990-cı ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyev tərəfindən atılan tarixi addım Azərbaycanın milli dirçəlişinin, azadlıq mübarizəsinin və müstəqillik salnaməsinin təməl daşına çevrildi.

17 noyabr 1988-ci ildən başlayan milli mücadilə yolunun gerçək hədəfinə çatması məhz Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, dəmir iradəsi və şəxsi şücaəti sayəsində mümkün oldu. Əgər meydanlarda alovlanan xalq etirazı azadlıq eşqinin böyük qığılcımı idisə, onu sönməyə qoymayan və müstəqil dövlət məşəlinə çevirən məhz dahi liderin uzaqgörənliyi idi. Dahi şəxsiyyət imperiya qorxusunun hökm sürdüyü bir vaxtda şəxsi həyatını riskə ataraq milli ruhu konkret hüquqi-siyasi qərara çevirdi, müstəqilliyimizi əbədi və dönməz etdi.


İmperiya buxovları qırıldı


Ötən əsrin axırlarında Sovet İttifaqının təməlləri sarsılmağa başlayanda, imperiya mərkəzinin xalqımıza qarşı yürütdüyü ayrı-seçkilik siyasəti və ermənilərin haqsız ərazi iddiaları səbir kasamızı daşırdı. Topxana meşəsində törədilən vəhşiliklər və günahsız soydaşlarımızın qətlə yetirilməsi Bakıda milli hissləri alovlandırdı.

1988-ci il noyabrın 17-dən etibarən paytaxtın baş meydanına axışan yüz minlərlə insan 18 gün boyunca fasiləsiz etiraz aksiyaları keçirdi. Keçmiş SSRİ məkanında ən böyükmiqyaslı kütləvi xalq hərəkatı olan bu proses zamanı azadlıq və müstəqillik tələbləri səsləndi. İttifaq rəhbərliyi Bakıya qoşun yeridərək mitinqi dağıtsa da və fövqəladə vəziyyət elan etsə də, xalqın azadlıq eşqini söndürmək mümkün olmadı. Lakin həmin dövrdə hakimiyyətdə olan qüvvələrin səbatsızlığı və vahid siyasi xəttin olmaması ucbatından 20 Yanvar faciəsi yaşandı. Belə ağır və taleyüklü bir məqamda xalqın istiqlal ruhunu yaşadan və dövlətçilik məcrasına yönəldən qüdrətli liderə ehtiyac var idi.

Danılmaz gerçəklikdir ki, milli dirçəliş hərəkatının məntiqi davamı və dövlətçilik müstəvisinə keçidi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Hələ sovet ordusunun, xüsusi xidmət orqanlarının və Kommunist Partiyasının tam gücü ilə fəaliyyət göstərdiyi, hər bir müstəqil addımın böyük təhlükə doğurduğu o gərgin dövrdə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə tarixi qərarlar qəbul olundu. Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarıldı və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli milli bayrağımız Naxçıvanın dövlət bayrağı elan olundu.

"90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq", - deyə Ulu Öndər Heydər Əliyev atılan tarixi addım barədə demişdi. 

Bəli, bu hadisə Azərbaycanın gələcək müstəqilliyinin ilk hüquqi bəyanı idi. 

1990-cı il noyabrın 17-də Azərbaycan milli bayrağının Naxçıvan Muxtar Respublikasında dalğalandırılması ölkəmizin, xalqımızın tarixinə yazılmış müstəsna əhəmiyyətə malik hadisələrdən biri oldu. Bu hadisəni əlahiddə edən Azərbaycanın ozamankı real vəziyyəti idi. Həm dövr, həm də baş verən siyasi proseslər Azərbaycanın müstəqillik simvolu olan üçrəngli bayrağının açıq-aydın ölkəmizin ərazisində qaldırılmasını mümkünsüz edirdi. Ancaq Ulu Öndər Heydər Əliyevin nümayiş etdirdiyi şəxsi şücaət və qətiyyət bu mümkünsüzü gerçəyə çevirdi. Tiran rejimin gözü qarşısında cümhuriyyətin yadigarı olan bayraq əzəmətlə dalğalandırıldı. 

Ulu Öndər Heydər Əliyev yeni müstəqil Azərbaycanın ilk təməlini elə həmin gün - 17 noyabr 1990-cı ildə qədim yurdumuz Naxçıvanda atdı, milli dirçəlişdən milli zəfərə uzanan tarixi yolun bünövrəsi qoyuldu.

Naxçıvan Ali Məclisinin qəbul etdiyi bu cəsur qərar bütün respublikaya güclü təsir göstərdi. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul edərək onu yenidən dövlət bayrağı elan etdi. Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikrini belə ifadə etmişdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında  qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı".

1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı isə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanın xilası oldu. 


Tarixi ədalət bərpa olundu


Ulu Öndər Heydər Əliyevin Naxçıvanda qoyduğu və müstəqillik illərində inkişaf etdirdiyi müdrik strateji xətt ölkəmizin gələcək taleyini müəyyənləşdirən təməl daşı oldu. Həmin təməl üzərində ucalan müasir Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır.

1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılan, illər boyu xalqımızı müstəqil ideallar ətrafında birləşdirən üçrəngli müqəddəs bayrağımız bu gün artıq işğaldan azad edilmiş bütün torpaqlarımızda - Xankəndidə, Şuşada, Laçında və digər ata-baba yurdlarımızda əzəmətlə dalğalanır.

Xalqımızın dahi liderin ideyalarına sadiq qalaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında "dəmir yumruq" kimi birləşməsi 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfəri təmin etdi. 

2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə isə ölkəmizin suverenliyi tam bərpa olundu. 

Tarixin qəribə və simvolik ironiyası onda idi ki, ötən əsrin sonlarında - 1988-ci il fevralın 20-də şovinist ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsinin binasında Azərbaycanın əleyhinə bədnam qərar qəbul etmiş və həmin binanın qarşısındakı meydanı "dirçəliş meydanı" adlandırmışdılar. Lakin əsl tarixi və ilahi ədalət illər sonra öz yerini tapdı. Üzərindən illər keçdikdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin məhz həmin meydanda - Xankəndinin mərkəzində Azərbaycan Bayrağını ucaltması Zəfər nöqtəsi oldu.

2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını dalğalandıran Prezident İlham Əliyevin dediyi kimi: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

36 il əvvəl noyabrın 17-də Naxçıvan sessiyası zamanı qaldırılan üçrəngli müqəddəs bayrağımız bu gün bütöv və suveren Azərbaycanın hər qarışında əzəmətlə dalğalanır. Azərbaycan öz müqəddəratını özü həll edən, sərhədləri toxunulmaz, müstəqilliyi əbədi və dönməz olan qüdrətli dövlətdir. Milli dirçəlişdən başlanan bu şanlı yol xalqımızın əbədi Zəfər salnaməsidir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalqımız müstəqillik uğrunda çətin, keşməkeşli və şərəfli yol keçib

14:27
17 Noyabr

DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub

12:07
17 Noyabr

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir

11:37
17 Noyabr

Rəsədxana: Geomaqnit qasırğası gözlənilir

11:11
17 Noyabr

Okeanlar karbon emissiyalarının daha böyük hissəsini udur - yeni tədqiqat

11:09
17 Noyabr

FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın

11:06
17 Noyabr

Qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsindədir

11:05
17 Noyabr

Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib

11:02
17 Noyabr

Qızıl və gümüş bahalaşıb

11:00
17 Noyabr

Neft ucuzlaşır

10:59
17 Noyabr

Dünya Bankı Azərbaycanda torpaqların konsolidasiyasına maliyyə dəstəyi göstərəcək

10:58
17 Noyabr

Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər

10:57
17 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:55
17 Noyabr

Monqolustan Prezidenti istefa verdiyini açıqlayıb

10:44
17 Noyabr

Keçmiş məcburi köçkün: Doğma torpaqlarımıza böyük sevinclə qayıdırıq

10:37
17 Noyabr

Cəbrayıl sakini: Doğma yurda qayıdandan sonra arzularımızı həyata keçirəcəyik

10:37
17 Noyabr

“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb

10:35
17 Noyabr

Bakı-Xankəndi Azərbaycan velosiped yarışına hazırlıq məsələləri müzakirə edilib

08:35
17 Noyabr

"Şəhərsalma və Memarlıq İli" Lənkəran üçün düşərli olub 

08:30
17 Noyabr

Şəfa görmək istəyən Naftalana gəlsin

08:25
17 Noyabr

Enerji əməkdaşlığı, yeni investisiya imkanları və dünya bazarlarında qiymət dəyişiklikləri

08:20
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!