19 Noyabr 2026 23:50
212
CƏMİYYƏT
A- A+
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd edilib  

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd edilib  


2026-cı il noyabrın 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası – 34 il: sabitlik, tərəqqi və tarixi Zəfər yolu” mövzusunda təntənəli mərasim keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin üzvü Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatı və Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin binası qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülməklə əziz xatirəsi yad olunub.

Sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən və müstəqil Azərbaycanın uğurlarından bəhs edən fotosərgi və məktəblilərin əl işlərindən ibarət eksponatlarla tanış olublar.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib. 

Sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini və müasir Azərbaycan dövlətçiliyinin formalaşması prosesində mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya qısa müddətdə xalqın böyük inam və etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsindən sonra isə YAP öz inkişafının yeni mərhələsinə qədəm qoyub, təşkilati və siyasi baxımdan daha da güclənib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər dövlətimizin qüdrətini və xalqımızın birliyini nümayiş etdirməklə yanaşı, Yeni Azərbaycan Partiyasının nüfuzunu daha da artırıb.

YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək partiyanın 34 il ərzində keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib. O, Ulu öndər Heydər Əliyevin ideyalarından, onun fəaliyyət prinsiplərindən formalaşan partiyanın tarixi zərurətdən yaranmasından, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən geniş bəhs edib. O, partiyanın yaranmasını Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi yüksək qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını xüsusi vurğulayıb. İlqar İlyasov qeyd edib ki, oktyabrın 2-də keçirilmiş YAP-ın VIII qurultayında partiyanın Sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışından irəli gələn vəzifələr Qaradağ rayonunda da ardıcıl şəkildə yerinə yetirilir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu 1990-1993-cü illərdə Azərbaycanda baş verən ictimai-siyasi prosesləri təhlil edib, o vaxtkı hakimiyyətlərin səriştəsiz idarəçiliyindən, xalqı uçuruma aparan, vətəndaş qarşıdurması yaradan siyasətindən bəhs edib. O, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyasının 34 il müddətində zəngin və şərəfli yol keçdiyini və bunun hər bir YAP üzvünün qəlbində qürur hissi doğurduğunu bildirib. YAP-ın yarandığı çətin günlər barədə danışan deputat bu siyasi təşkilatın qısa zaman kəsiyində Azərbaycanın və regionun ən güclü, mütəşəkkil siyasi qüvvəsinə çevrildiyini, bu partiyanın xalqımızın milli maraqlarının ifadəçisi olduğunu qeyd edib. YAP-ın yarandığı ilk gündən xalqımızın ən fəal və mübariz nümayəndələrinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu vurğulayan YAP İdarə Heyətinin üzvü onun yaranmasının həm də xalqımızın mütəşəkkilliyinin və yüksək siyasi təfəkkürünün göstəricisi olduğunu deyib. O, bu gün YAP-ın öz sıralarında ölkəmizin qabaqcıl gənclərini toplayaraq yetkin siyasi qüvvəyə çevrildiyini bildirib.

Tədbirdə digər çıxış edənlər – YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı Səbinə Xasayeva, “91-lər”in nümayəndəsi Munis Bayramov, YAP fəalı, gənc yazıçı Rəna Feyzi, Aprel döyüşlərinin iştirakçısı, Silahlı Qüvvələr veteranı polkovnik-leytenant Vüsal Dərgahov Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd ediblər ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi və siyasi qüdrəti, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Onlar həmçinin qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının milli qürurunun və dövlətimizin gücünün təntənəsi olduğunu vurğulayıblar. Bildiriblər ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdışın təmin olunması və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində Yeni Azərbaycan Partiyası bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallığı və səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Eyni zamanda, partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd edilib  

23:50
19 Noyabr

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub  

23:16
19 Noyabr

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb 

23:00
19 Noyabr

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

22:48
19 Noyabr

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir  

22:29
19 Noyabr

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

21:23
19 Noyabr

Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb  - VİDEO

21:15
19 Noyabr

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib  

20:31
19 Noyabr

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

19:58
19 Noyabr

“Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib  

19:47
19 Noyabr

Mütəxəssislər mamontların və qılıncdişli pələnglərin “dirildilməsi” imkanlarını qiymətləndiriblər  

19:47
19 Noyabr

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib  

19:39
19 Noyabr

ABŞ-nin büdcə kəsiri 2 trilyon dollara çata bilər - dövlət borcu artır  

19:28
19 Noyabr

Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb  

19:23
19 Noyabr

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb  

19:18
19 Noyabr

ABŞ-də ilk dəfə Ay torpağının tam analoqunda kartof yetişdirilib  

19:13
19 Noyabr

İspaniyada 2 min il yaşı olan qablarda süd və şərab izləri aşkarlanıb  

18:58
19 Noyabr

Dövlət satınalmalarında rəqabət güclənir

18:50
19 Noyabr

YAP Mərkəzi Aparatında görüş keçirilib  

18:49
19 Noyabr

Gülüş terapiyası ağciyər xəstəliklərinin müalicəsində təsirli ola bilər  

18:47
19 Noyabr

NATO yeni nəsil hərbi rabitə strategiyasını açıqlayıb  

18:46
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!