20 Noyabr 2026 08:42
72
DÜNYA
A- A+
Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var  

Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var  


Ukrayna NATO-nun 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətlərinin praktikada necə işləyəcəyini dəqiq başa düşmür. Söhbət, xüsusilə, ölkə ərazisində xarici qoşunların mümkün yerləşdirilməsindən və Rusiyanın təkrar təcavüzü halında müttəfiqlərin hansı cavab tədbirlərini görəcəyindən gedir.

AZƏRTAC-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən mətbuat konfransında bildirib.

Zelenski qeyd edib ki, ABŞ tərəfi Avropa tərəfdaşları ilə birlikdə Ukraynaya NATO-nun 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri təklif etməyə hazırdır. Lakin hələlik tərəflər bu zəmanətlərin praktikada hansı mexanizmlə həyata keçiriləcəyi barədə ortaq mövqeyə malik deyillər.

“Hamımızın 5-ci maddə ilə bağlı eyni anlayışı bölüşdüyümüzə əmin deyiləm”, – deyə Zelenski bildirib.

Dövlət başçısı izah edib ki, onun nəzərdə tutduğu təhlükəsizlik zəmanətlərinin elementlərindən biri tərəfdaş ölkələrin hərbi qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsidir. O, xüsusilə ABŞ hərbi qüvvələrinin və bazalarının mümkün yerləşdirilməsi məsələsinə toxunub.

“Mən nə bunun lehinəyəm, nə də əleyhinə. Əlbəttə, amerikalı tərəfdaşlarımız öz hərbi qüvvələrinə etibar edərək, Yaxın Şərqdə olduğu kimi, Ukraynada da hərbi bazalar yaratsaydılar, biz buna məmnun olardıq. Yeri gəlmişkən, həmin regiondakı ölkələr NATO üzvü deyillər. Lakin orada müəyyən hərbi bazalar mövcuddur”, – deyə Prezident qeyd edib.

Zelenskinin sözlərinə görə, Ukrayna tərəfdaşlarının mümkün təcavüzə hansı formada cavab verəcəyini əvvəlcədən dəqiq bilməlidir.

Ukrayna Prezidenti, həmçinin ölkəsinin NATO-ya üzv olmadan 5-ci maddəyə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinə dair ətraflı izahatlara ehtiyac duyduğunu vurğulayıb.

“Yaxşı, 5-ci maddə, amma NATO olmadan. Bunun nə demək olduğunu bizə izah edin”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, bu gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiyanın NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin Ukraynaya verilməsi konsepsiyasına razılıq verdiyini açıqlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib 

09:47
20 Noyabr

İranla müharibə ABŞ-yə 48 milyard dollardan çox vəsaitə başa gəlib

09:13
20 Noyabr

20 noyabr – Ağdam Şəhəri Günü: dağıntılardan dirçəlişə, zəfərdən böyük qayıdışa doğru  

09:11
20 Noyabr

Qızılın qiyməti ötən ilin sentyabrdan bəri ilk dəfə 3550 dollardan aşağı düşüb  

09:01
20 Noyabr

Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirilib

08:55
20 Noyabr

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

08:50
20 Noyabr

"Paylaşın ki, çox adam xəbərdar olsun…"

08:45
20 Noyabr

Kiyevdə bir neçə körpü ballistik raketlərlə vurulub - YENİLƏNİB

08:44
20 Noyabr

Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var  

08:42
20 Noyabr

İtkin talelər, cavabsız suallar

08:40
20 Noyabr

Ağdamın dirçəlişi: dağıntılardan quruculuğa, həsrətdən qayıdışa

08:35
20 Noyabr

Uşaq hüquqlarının təmini: müasir çağırışlar və Ombudsmanın rolu

08:30
20 Noyabr

Şərəfli alim və ziyalı ömrü

08:25
20 Noyabr

Çoxvektorlu və strateji tərəfdaşlıq diplomatiyası

08:20
20 Noyabr

Paris anti-Azərbaycan ritorikasına yox, öz problemlərinə köklənməlidir

08:15
20 Noyabr

Milli iradənin və dövlətçilik ənənələrinin daşıyıcısı

08:10
20 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya, yaxın münasibət

08:05
20 Noyabr

Ədalətin Zəfər təntənəsi

08:00
20 Noyabr

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd edilib  

23:50
19 Noyabr

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub  

23:16
19 Noyabr

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb 

23:00
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!