19 Avqust 2026 13:35
527
İQTİSADİYYAT
A- A+
Məşğulluq Strategiyasının Tədbirlər Planının icrası ilə bağlı görüş baş tutub 

Məşğulluq Strategiyasının Tədbirlər Planının icrası ilə bağlı görüş baş tutub 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı görüş keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Tədbirlər Planında nəzərdə tutulan tədbirlər üzrə nəticə indikatorlarının və illər üzrə hədəf göstəricilərinin müəyyənləşdirilməsi, monitorinq və qiymətləndirmənin təşkili, eləcə də icraçı qurumlar arasında koordinasiya məsələləri müzakirə olunub.

İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxış edərək Tədbirlər Planının monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının əhəmiyyətini vurğulayıb. O, Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn vəzifələr və nəticə indikatorları üzrə hədəflərin müəyyənləşdirilməsi barədə məlumat verib. Qeyd olunub ki, 2027-ci ildən monitorinq və qiymətləndirmə “e-monitorinq” portalında yaradılacaq müvafiq modul vasitəsilə həyata keçiriləcək.

İİTKM-in İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov Tədbirlər Planının strukturu, prioritet istiqamətləri və yeni monitorinq yanaşması ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda əvvəlki dövrdə tətbiq olunan monitorinq yanaşmasından nəticələrə əsaslanan monitorinq modelinə keçid, Məşğulluq Strategiyasının 2030-cu il üzrə hədəfləri ilə Tədbirlər Planı arasındakı əlaqə, həmçinin tədbirlərin və əsas icraçı qurumların bölgüsü barədə məlumat verilib. Bildirilib ki, indikatorlar tədbirlər üzrə nəzərdə tutulan nəticələrlə birbaşa əlaqəli, ölçülə bilən olmalıdır. Təqdimatda kəmiyyət və keyfiyyət xarakterli tədbirlər üzrə nümunəvi indikatorlar da iştirakçıların diqqətinə çatdırılıb.

Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Simrah İsmayılova “Layihə idarəetməsi” modulu barədə məlumat verərək Tədbirlər Planı çərçivəsində müəyyən ediləcək layihələr üzrə məlumatların sistemə daxil edilməsi, icra vəziyyətinin izlənilməsi və nəticələrin monitorinqi imkanlarını təqdim edib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil, İqtisadiyyat, Kənd Təsərrüfatı, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, həmçinin Dövlət Miqrasiya Xidməti və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!