19 Avqust 2026 15:58
924
İQTİSADİYYAT
A- A+
Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq


Okeana çıxışı olan ölkələr xarici ticarətdə daha geniş imkanlara malikdir. Çünki o ölkələr başqa ölkələrin sərhədlərindən keçmədən ümumi dünya sularından istifadə edərək məhsullarını təyinat nöqtəsinə çatdıra bilirlər.

Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, daşımalarda ən ucuz nəqliyyat növü dəniz, daha sonra dəmir yolu, avtomobil və hava nəqliyyatıdır.

“Azərbaycan sahibkarlarının qeyri-neft ixrac marşrutlarına baxdıqda, əsasən MDB məkanının üstünlük təşkil etdiyini görürük. Bu istiqamətdə dəmir yolu əlaqələrinin mövcudluğu daşımaları nisbətən asanlaşdırır. Lakin digər ölkələrin bazarlarına ixrac zamanı sahibkar yüksək logistika xərcləri ilə qarşılaşır. Azərbaycanda istehsal olunan məhsulların maya dəyərinin formalaşmasında da logistika xərclərinin rolu var. Çünki bir sıra xammal və materiallar idxal olunur və onların ölkəyə gətirilməsi zamanı da logistika xərcləri yaranır. Məhsul ixrac edilərkən isə ikinci dəfə logistika xərcləri meydana çıxır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı çərçivəsində atılan addım çox vacibdir. Yeni mexanizm ixrac zamanı müəyyən edilmiş şərtlər çərçivəsində logistika xərclərinin 70 faizinin dövlət tərəfindən qarşılanmasına imkan verir. Bu, dövlətin ixracı stimullaşdırması istiqamətində mühüm addımdır”, - deyə X.Kərimli bildirib.

Ekspert qeyd edib ki, yeni dəstək mexanizminin əsas nəticələrindən biri Azərbaycanın qeyri-neft-qaz məhsullarının daha rəqabətqabiliyyətli olması və yeni xarici bazarlara çıxış imkanlarının genişlənməsi ola bilər: “Əminəm ki, gələn ildən bunun təsirini daha aydın görə biləcəyik. Belə ki, logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq və nəticədə ixracda yeni bazarların ortaya çıxmasına şərait yaradacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!