16 Sentyabr 2026 08:10
191
SİYASƏT
A- A+
Örnək liderlik nümunəsi

Örnək liderlik nümunəsi


Prezident İlham Əliyevin fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir


Bu gün Azərbaycan regionda davamlı sülhün və sabitliyin əsas təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uzaqgörən siyasət nəticəsində Cənubi Qafqaz onilliklər boyu davam edən münaqişə zonasından  əməkdaşlıq və inkişaf məkanına çevrilib.

Bu tarixi fəaliyyətin və sülh quruculuğu missiyasının beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin bariz nümunələrindən biri dövlətimizin başçısının nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsidir. Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam tərəfindən bu mükafatın sertifikatının Prezident İlham Əliyevə təqdim olunması ölkəmizin sülh gündəliyinin qlobal səviyyədə təqdir edildiyini bir daha göstərdi. 

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində göstərdiyi yorulmaz səylərə və qlobal sülh missiyasına görə bu nüfuzlu mükafata layiq görülüb. Mükafatın şərtlərinə əsasən təqdim edilən 500 min dollar məbləğində pul vəsaitinin Prezident İlham Əliyev tərəfindən tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi barədə qərar qəbul edilməsi isə böyük dövlət xadiminin xalqına, öz torpağına və quruculuq ideallarına sadiqliyinin növbəti parlaq və nümunəvi təzahürüdür.


Əbu-Dabi görüşündən Vaşinqtona


Azərbaycanın irəli sürdüyü sülh gündəliyi addım-addım real nəticələrə çevrilərək regionda de-fakto sülhü bərqərar edib. Ötən ilin 10 iyul tarixində Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi şəhərində keçirilən görüşü Bakının təşəbbüskar rolu ilə prosesdə əsl dönüş nöqtəsi oldu. Heç bir vasitəçi olmadan, ikitərəfli formatda aparılan bu səmərəli dialoq göstərdi ki, iki dövlət arasında normallaşmanın ən etibarlı platforması məhz birbaşa danışıqlardır. Əbu-Dabi görüşündə sərhədlərin delimitasiyası və etimad quruculuğu istiqamətində əldə olunan mühüm razılaşmalar tarixi Vaşinqton Zirvəsi üçün möhkəm zəmin yaratdı.

Nəticədə, ötən il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması ilə üç onillikdən artıq davam edən qanlı münaqişəyə son qoyuldu. Azərbaycanın nümayiş etdirdiyi sülh  iradəsi nəticəsində Ermənistana təkcə tranzit məhdudiyyətləri aradan qaldırılmadı, həm də neft məhsullarının ixracı və ticarət əlaqələrinin qurulması kimi əməli əməkdaşlıq addımları atıldı.

Bir sözlə, üç onillik boyu davam edən işğala son qoyan Azərbaycan, qalib tərəf olmasına baxmayaraq, qarşı tərəfə sülh əli uzadan nadir ölkələrdəndir. Bakının səyləri ilə Cənubi Qafqazda gerçəkləşən normallaşma böyük bir coğrafiyada əməkdaşlığa da geniş qapı açıb. 

Bu mənada Azərbaycanın yanvar ayında Davosda "Sülh Şurasının Nizamnaməsi"ni ("Board of Peace Charter") imzalayan ölkələr sırasında yer alması təsadüfi deyildi. Prezident İlham Əliyevin tədbirdə iştirak edərək sənədin imzalanma mərasimində yer alması dövlətimizin sülh gündəliyinin qlobal müstəvidə əhəmiyyətli rol oynadığının göstəricisi idi. 

Bəli, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi yüksək inkişaf, 2020-ci və 2023-cü illərdə əldə olunan hərbi-siyasi nəticələr və postmünaqişə dövründə irəli sürülən sülh təşəbbüsləri Azərbaycanın yeni dünya nizamının qurulmasında rolunu və mövqeyini gücləndirib. 

Dövlətimizin başçısına "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdim edilməsi, eyni zamanda bu ilin aprelində "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi Bakının yaratdığı sülh nümunəsinin beynəlxalq səviyyədə qəbulunu göstərdi. 

30 illik işğaldan sonra regionda barışığı təmin edən bu siyasət BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini öz gücü ilə icra edən liderin beynəlxalq nüfuzunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatındakı çıxışı müharibə və etimadsızlıqdan əziyyət çəkən bütün xalqlar üçün yol xəritəsi xarakteri daşıyırdı: "Hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür".


Vətən quruculuğuna töhfə 


Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"nın 500 min dollar məbləğindəki pul vəsaitinin tam şəkildə Qarabağ Dirçəliş Fonduna bağışlanması ilə bağlı qərarı dərin mənəvi, siyasi və ideoloji məzmuna malikdir.

Sülh missiyasına görə qazanılan beynəlxalq mükafata görə verilən pul vəsaitinin birbaşa müharibədən zərərgörmüş torpaqların dirçəlişinə yönəldilməsi sülhün ən ali, əməli nəticəsidir. Prezident İlham Əliyev bu qərarı ilə onun üçün Qarabağın bərpasının prioritet olduğunu bu şəxsi nümunəsində bir daha nümayiş etdirdi.

Prezidentin 4 yanvar 2021-ci il tarixli fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini özündə ehtiva edir. Həmçinin bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirir.

Prezident İlham Əliyevin bu ianəsi fondun resurslarını artırmaqla yanaşı, həmrəylik mədəniyyətinə yeni təkan verir. Həmçinin dövlətin strateji xəttinin quruculuğa, insan amilinə və parlaq gələcəyə inamının təzahürüdür. 

Vurğulandığı kimi, ölkəmizin rəhbərinin nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi və sentyabrın 14-də mükafat sertifikatının Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam tərəfindən təqdim edilməsi regional zəfərin qlobal sülh modelinə çevrildiyinin bəyanıdır. Bu hadisə uzun illər davam edən münaqişədən sonra Azərbaycanın bölgədə yaratdığı yeni ədalətli reallığın beynəlxalq miqyasda ən ali səviyyədə təsdiqidir. 

Həmçinin sülh missiyasına görə qazanılan beynəlxalq mükafatın pul vəsaitinin tam şəkildə məhz müharibənin yaralarının sarınmasına və azad olunmuş yurdlarımızın bərpasına yönəldilməsi bütün dünya üçün nadir humanizm və örnək liderlik davranışı kimi tarixdə qalacaq.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

09:10
16 Sentyabr

Masallıda Bilik Günü qeyd olunub

09:00
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

08:54
16 Sentyabr

Azərbaycanın innovasiya vizyonu

08:50
16 Sentyabr

Pekində 13-cü Syanşan Forumu keçirilir

08:45
16 Sentyabr

ABŞ kosmosdan hərbi istifadəni normallaşdırmağa çalışır

08:42
16 Sentyabr

Dağların qoynunda yenidən boy atan Kəlbəcər

08:40
16 Sentyabr

"Azərbaycan-Özbəkistan biznes-barometri" təqdim edilib

08:30
16 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələri genişlənir

08:20
16 Sentyabr

Örnək liderlik nümunəsi

08:10
16 Sentyabr

Tarixi zəfər və Qərbin ikili standartları: qlobal ədalətsizliklərə qarşı Azərbaycan reallığı

08:00
16 Sentyabr

Vens: ABŞ-nin İranla münaqişəsi yaxın aylarda “başqa bir mərhələyə” qədəm qoyacaq

07:58
16 Sentyabr

A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

01:42
16 Sentyabr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb

23:37
15 Sentyabr

Pentaqon: İranla müharibə ABŞ-yə 42 milyard dollara başa gəlib

23:01
15 Sentyabr

“Brent” markalı neftin qiyməti 109 dolları ötüb

22:34
15 Sentyabr

Ermənistanın revanşist yanaşmaları sülh yoluna kölgə salır

21:30
15 Sentyabr

Psixoloq yeniyetmələrdə payız təşvişinin öhdəsindən gəlməyin yollarını açıqlayıb  

21:21
15 Sentyabr

Gürcüstan mediası Azərbaycan Prezidentinin bəyanatlarını geniş işıqlandırıb

21:17
15 Sentyabr

İlon Mask kosmosa süni intellekt kompüterləri çıxarmağı planlaşdırır

20:20
15 Sentyabr

Nazir: Azərbaycanın yaşıl enerji potensialı İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır

20:09
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!