03 Oktyabr 2026 15:59
1644
SİYASƏT
A- A+
Prezident İlham Əliyev yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı vacib mesajlar verdi

Prezident İlham Əliyev yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı vacib mesajlar verdi


 Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Azərbaycanın əldə etdiyi strateji nəticələr, həm də dəyişən beynəlxalq mühitdə qarşıda duran vəzifələr bir daha bəyan olundu.  Bu, eyni zamanda, son otuz ildən artıq müddətin siyasi yekunlarına verilən qiymət idi. Dövlət başçımız xüsusilə Zəfərdən sonrakı mərhələnin və yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı vacib mesajlar verdi.

Milli Məclisin deputatı Könül Nurullayeva qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyev 2003-cü ildə prezident seçilərkən qarşıya qoyulan əsas vəzifələrdən birinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu xatırladaraq, bu məqsədə nail olunduğunu bəyan etdi: "Dövlət başçısı bildirdi ki, uzun illər Azərbaycanın siyasi gündəliyində xüsusi yer tutan ərazi bütövlüyü məsələsinin artıq yeni reallıqda qiymətləndirilməsi üçün zəmin yaranıb. Belə ki, 44 günlük müharibədə əldə etdiyimiz Zəfər yeni mərhələnin başlanğıcıdır. Əsas məsələ budur ki, İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Təbii ki, bu, asan başa gəlməyib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir".

Deputat qeyd edib ki, ərazi bütövlüyü və suverenliyin bərpası ilə yeni vəzifələr yaranıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin qayıdışı, regionun iqtisadi potensialının reallaşdırılması, Azərbaycanın nəqliyyat və enerji layihələrində rolunun artırılması bu yeni mərhələnin mühüm istiqamətlərini təşkil edir.

K.Nurullayeva vurğulayıb ki, Prezidentin çıxışında digər mühüm istiqamət milli təhlükəsizlik və hərbi gücün davamlı şəkildə möhkəmləndirilməsi ilə bağlı idi: "Dövlət başçısı qarşıda duran əsas vəzifələrdən birinin hərbi gücün artırılması olduğunu bildirdi. Xüsusilə dəyişkən beynəlxalq təhlükəsizlik mühiti fonunda bu mesaj xüsusi əhəmiyyət kəsb edir.  Dövlət başçımızın da söylədiyi kimi, perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Bu xüsusda yeni mərhələ yeni məsuliyyət tələb edir. Ərazi bütövlüyü və suverenlik bərpa edildikdən sonra qarşıda daha güclü iqtisadiyyat, daha dayanıqlı təhlükəsizlik sistemi, daha fəal xarici siyasət və yeni regional əməkdaşlıq imkanları üzərində qurulan inkişaf gündəliyi dayanır".

Deputat dövlət başçısının, həmçinin ideoloji risklərin sərhəd tanımadığını da bəyan etdiyini xatırladıb: ""İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq” deyən Prezident İlham Əliyev diqqəti müasir dövrdə təhlükəsizlik anlayışının transformasiyasına yönəltdi. Bu günün reallığı ondan ibarətdir ki, XXI əsrdə dövlətin sərhədini qorumaq qədər, onun vətəndaşının düşüncə müstəqilliyini, informasiya təhlükəsizliyini və milli kimliyini qorumaq da strateji əhəmiyyət daşıyır. Bu mübarizənin ən güclü vasitələri isə keyfiyyətli təhsil, sağlam informasiya mühiti, milli dəyərlərə bağlılıq və müasir texnologiyalardan məsuliyyətli istifadədir".

 

Əsmər QARDAŞXANOVA,

" Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

19:39
11 Oktyabr

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

19:37
11 Oktyabr

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

18:51
11 Oktyabr

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

18:13
11 Oktyabr

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

17:38
11 Oktyabr

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

16:57
11 Oktyabr

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

16:46
11 Oktyabr

Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb

16:30
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb  

15:53
11 Oktyabr

Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək

15:00
11 Oktyabr

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb  

14:54
11 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:07
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

12:05
11 Oktyabr

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

11:33
11 Oktyabr

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub  

09:46
11 Oktyabr

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb  

09:43
11 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib  

09:38
11 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlıqdan ortaq inkişafa doğru  

09:35
11 Oktyabr

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib  

08:42
11 Oktyabr

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

21:12
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

17:01
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!