03 Oktyabr 2026 13:50
91
DÜNYA
A- A+
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

Sentyabrın 30-da Dubay Beynəlxalq Hava Limanından (DXB) Ben-Qurion Beynəlxalq Hava Limanına (TLV) FZ 1073 nömrəli reysi yerinə yetirən hava gəmisində uçuş zamanı baş vermiş insidentin səbəbi açıqlanıb. Araşdırmalar nəticəsində aydın olub ki, köməkçi pilot terror aktına cəhd edib.

AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həmd Seyf əl-Şəmsi bildirib.

Rəsmi açıqlamaya görə, uçuş zamanı köməkçi pilot kabinədə kapitana fövqəladə vəziyyət baltası ilə hücum edib və təyyarənin idarəetmə vasitələrinə nəzarəti ələ keçirməyə çalışıb.

Baş prokuror bildirib ki, istintaq davam edir. Araşdırma çərçivəsində hadisənin bütün təfərrüatları, mümkün motivlər və əlaqələr, həmçinin maddi və rəqəmsal sübutlar araşdırılır. Yekun nəticələrin araşdırma başa çatdıqdan sonra açıqlanacağı qeyd olunub.

Bundan əvvəl mediada yayılan məlumatlarda isə köməkçi pilotun vaxtilə Suriyada olduğu və radikal fikirlərdən təsirləndiyi iddia edilmişdi. Həmçinin onun radikal fikirlərə malik olduğu səbəbindən Oman tərəfindən uçuşlardan uzaqlaşdırıldığı bildirilib. Bu məlumatlar hələlik rəsmi istintaqın yekun nəticəsi kimi təqdim edilməyib.

Xatırladaq ki, hadisə nəticəsində Dubay–Təl-Əviv marşrutu üzrə uçuş həyata keçirən “flydubai” aviaşirkətinin sərnişin təyyarəsi Səudiyyə Ərəbistanına enmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yağışlı hava şəraiti sabah da davam edəcək

13:52
03 Oktyabr

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

13:50
03 Oktyabr

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

13:49
03 Oktyabr

İqtisadi gücün iki dayağı: investisiya və maliyyə sabitliyi

13:43
03 Oktyabr

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

13:38
03 Oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

13:29
03 Oktyabr

Azərbaycan-Cənubi Koreya tərəfdaşlığı Avrasiya ölkələri üçün nümunədir  

13:22
03 Oktyabr

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

12:27
03 Oktyabr

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

12:18
03 Oktyabr

Qubada ilk qar

12:09
03 Oktyabr

Ötən gün 63 cinayətin açılması təmin olunub

12:01
03 Oktyabr

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

11:23
03 Oktyabr

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

11:16
03 Oktyabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

11:14
03 Oktyabr

Heydər Əliyevin siyasi irsi: xilaskarlıqdan Zəfərə uzanan yol

11:12
03 Oktyabr

Azərbaycan nefti 124 dollara satılır

11:08
03 Oktyabr

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

10:11
03 Oktyabr

Yeni mərhələnin strateji prioritetləri: YAP-ın VIII Qurultayından əsas mesajlar

10:10
03 Oktyabr

Hörmüz boğazında neft tankerinə atəş açılıb

10:05
03 Oktyabr

Azərbaycan dövlətinin tarixində şanlı gün - 3 oktyabr 1993  

10:03
03 Oktyabr

Bilmək istəyirəm

09:25
03 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!