03 Oktyabr 2026 15:09
172
SİYASƏT
A- A+
Zəfərdən suverenliyə, suverenlikdən yeni hədəflərə: VIII Qurultayın siyasi mesajları

Zəfərdən suverenliyə, suverenlikdən yeni hədəflərə: VIII Qurultayın siyasi mesajları


Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm mərhələni ifadə edən hadisə olmaqla yanaşı, ölkəmizin keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin və qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin geniş siyasi müzakirə platformasına çevrildi. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı dövlətçilik tariximizin son onilliklərində formalaşmış siyasi xəttin nəticələrinə və Azərbaycanın yeni mərhələdə qarşısında dayanan vəzifələrə konseptual baxış təqdim etdi. 

VIII Qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu qurultay Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqlar şəraitində keçirilir. Əgər VII Qurultay Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən qısa müddət sonra keçirilərək postmüharibə dövrünün ilkin konturlarını müəyyənləşdirirdisə, VIII Qurultay artıq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Bu baxımdan Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər yalnız ötən dövrün siyasi yekunlarının ifadəsi deyil, eyni zamanda gələcək fəaliyyətin əsas istiqamətlərini müəyyən edən mühüm proqram xarakterli mesajlardır. Dövlət başçısının çıxışında təhlükəsizlik, hərbi qüdrət, ideoloji dayanıqlıq, iqtisadi inkişaf, xarici siyasət, enerji təhlükəsizliyi, nəqliyyat imkanları, Böyük Qayıdış və sosial rifah məsələlərinin bir-biri ilə əlaqəli şəkildə təqdim olunması Azərbaycanın inkişaf strategiyasının kompleks xarakter daşıdığını göstərir.

Azərbaycanın əldə etdiyi Zəfərin mahiyyətini düzgün dərk etmək üçün onun hansı tarixi-siyasi şəraitdə qazanıldığını xatırlamaq vacibdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə yalnız hərbi üstünlüyün nəticəsi deyildi. Bu Zəfərin arxasında uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyat, hərbi potensialın ardıcıl şəkildə artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və ən əsası, xalq-dövlət birliyi dayanırdı.

Prezident İlham Əliyevin VIII Qurultayda çıxışının mühüm məqamlarından biri də Zəfərin tarixi başlanğıclarının Yeni Azərbaycan Partiyasının yaradılması və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə əlaqələndirilməsidir. Bu yanaşma Azərbaycanın müasir dövlətçilik tarixində siyasi varislik və strateji davamlılıq məsələsinin əhəmiyyətini bir daha ön plana çıxarır. 1992-ci ildə YAP-ın yaradılması ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində milli dövlətçilik ideyalarını, sabitlik və inkişaf məqsədlərini özündə birləşdirən siyasi təşkilatlanmanın formalaşmasına səbəb oldu. Prezident İlham Əliyev də qurultayda YAP-ın yaradılmasını xalqın tələbi kimi xarakterizə edib və Ulu Öndərin siyasi xəttinin bu gün də davam etdirildiyini vurğulayıb. 

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş mərhələsi oldu. Ölkənin parçalanma təhlükəsi, iqtisadi böhran, hərbi-siyasi qeyri-sabitlik və Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri fonunda dövlətçiliyin qorunması və möhkəmləndirilməsi həyati əhəmiyyət daşıyırdı. Məhz həmin dövrdə milli dövlətçilik institutlarının möhkəmləndirilməsi, iqtisadi strategiyanın müəyyənləşdirilməsi, xarici siyasətin sistemli şəkildə qurulması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi gələcək inkişaf üçün möhkəm təməl yaratdı.

Bu siyasətin mühüm istiqamətlərindən biri iqtisadi müstəqilliyin təmin olunması idi. “Əsrin müqaviləsi” ilə başlayan yeni iqtisadi mərhələ Azərbaycanın enerji potensialının ölkənin uzunmüddətli inkişafına, maliyyə imkanlarının genişlənməsinə və dövlətçilik gücünün artmasına xidmət etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiya yeni mərhələdə davam etdirilərək qeyri-neft sektorunun inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, enerji layihələrinin şaxələndirilməsi və investisiya mühitinin gücləndirilməsi ilə tamamlandı.

Bu gün Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi nəticələr onun müstəqil qərarlar qəbul etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Prezident İlham Əliyev VIII Qurultayda Azərbaycanın beynəlxalq müstəvidə böyük hörmətə layiq ölkə olduğunu və iqtisadi müstəqilliyin təmin edildiyini qeyd edib. 

 Bu reallıq Azərbaycanın regional proseslərdə fəal iştirak edən, müxtəlif beynəlxalq platformalarda öz mövqeyini ortaya qoyan və milli maraqlarını ardıcıl müdafiə edən dövlət kimi mövqeyinin möhkəmlənməsində özünü göstərir.

Qurultay nitqində təhlükəsizlik məsələsinin xüsusi yer tutması da təsadüfi deyil. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişməsi, müxtəlif regionlarda münaqişələrin davam etməsi dövlətlərin müdafiə qabiliyyətinin və təhlükəsizlik potensialının daim gücləndirilməsini zəruri edir. Azərbaycan Zəfər qazanmış ölkə olsa da, təhlükəsizlik məsələsinə strateji yanaşmanı davam etdirir. Dövlət başçısının hərbi gücün artırılmasını qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirməsi məhz bu reallıqdan irəli gəlir. 

Prezidentin çıxışında ideoloji təhlükəsizlik məsələsinə ayrıca diqqət yetirməsi də mühüm məna daşıyır. Müasir informasiya məkanında dövlətlərin təhlükəsizliyi yalnız fiziki sərhədlərin qorunması ilə məhdudlaşmır. İnformasiya texnologiyalarının, sosial medianın, süni intellektin və rəqəmsal kommunikasiya imkanlarının sürətlə genişləndiyi bir dövrdə milli informasiya məkanının qorunması, cəmiyyətin maarifləndirilməsi və gənc nəslin sağlam milli düşüncə ilə formalaşdırılması strateji əhəmiyyət kəsb edir.

Bu baxımdan Prezidentin ideoloji işin yeni və müasir üsullarla qurulmasına dair fikirləri xüsusilə diqqətəlayiqdir. Azərbaycanın reallıqlarının cəmiyyətə düzgün və dolğun çatdırılması, tarixi həqiqətlərin qorunması, milli dəyərlərin təbliği, vətənpərvərlik hisslərinin gücləndirilməsi yeni dövrün mühüm vəzifələrindəndir. Dövlət başçısının bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzvlərinin üzərinə xüsusi məsuliyyət qoyması partiyanın ictimai-siyasi fəaliyyətinin məzmununun yeni mərhələdə daha da zənginləşdirilməsini tələb edir.

YAP üçün VIII Qurultayın əsas mesajlarından biri də məhz budur: yeni dövr yeni yanaşmalar tələb edir. Partiyanın fəaliyyəti yalnız ənənəvi siyasi təşkilati işlə məhdudlaşmamalı, müasir informasiya mühitinin imkanlarından səmərəli istifadə etməklə cəmiyyətlə daha fəal kommunikasiya qurulmalıdır. Azərbaycan reallıqları, ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa prosesi, sosial-iqtisadi inkişaf və Azərbaycanın beynəlxalq mövqeləri cəmiyyətə faktlara əsaslanan, müasir və anlaşıqlı formada təqdim edilməlidir.

Xarici siyasət məsələləri də Prezident İlham Əliyevin çıxışında geniş yer aldı. Azərbaycanın çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursunun davam etdirilməsi ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinin mühüm amillərindən biri kimi diqqətə çatdırıldı. Azərbaycanın müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətlər qurması, beynəlxalq təşkilatlarda fəal iştirak etməsi və yeni əməkdaşlıq formatlarında yer alması ölkəmizin diplomatik imkanlarının genişləndiyini göstərir.

Azərbaycanın enerji və nəqliyyat imkanlarının genişlənməsi də ölkənin geosiyasi əhəmiyyətini artıran mühüm amillərdəndir. Enerji resurslarının istehsalı və ixracı ilə yanaşı, Azərbaycanın Avropanın və region ölkələrinin enerji təhlükəsizliyinə verdiyi töhfə ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunu gücləndirir. Prezident İlham Əliyevin qurultayda enerji resurslarının ölkənin milli təhlükəsizliyi baxımından əhəmiyyətinə diqqət çəkməsi bu məsələnin strateji xarakterini bir daha göstərdi. 

Nəqliyyat sahəsində həyata keçirilən layihələr də Azərbaycanın regional bağlantıların mühüm həlqəsinə çevrilməsinə imkan yaradır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə imkanların genişləndirilməsi ölkənin iqtisadi potensialının artırılması ilə yanaşı, Azərbaycanın regional iqtisadi əməkdaşlıqda rolunu da gücləndirir.

Qurultayda sosial siyasət məsələsinin diqqətdə saxlanılması isə inkişaf strategiyasının əsas məqsədinin insan amili olduğunu bir daha təsdiqləyir. İqtisadi inkişafın nəticələrinin vətəndaşların rifahına təsir göstərməsi dövlət siyasətinin mühüm istiqamətidir. Əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması ilə bağlı qarşıya qoyulan vəzifələr sosial siyasətin davamlı xarakter daşıdığını göstərir.

Bütün bunlarla yanaşı, qarşıdakı dövrün əsas strateji istiqamətlərindən biri Böyük Qayıdış prosesinin daha da sürətləndirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri artıq yeni mərhələyə daxil olub. Yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yaradılması, insanların doğma yurdlarına qayıtması Azərbaycanın Zəfərdən sonra həyata keçirdiyi ən böyük sosial və quruculuq layihələrindən biridir.

Bu proses yalnız fiziki bərpadan ibarət deyil. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın gələcək iqtisadi inkişafının, yeni yaşayış və məşğulluq imkanlarının formalaşdırılması, müasir şəhərsalma modelinin tətbiqi və tarixi torpaqlarımızda dayanıqlı həyatın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

VIII Qurultayda səsləndirilən fikirlər göstərir ki, Azərbaycan artıq özünün yeni inkişaf mərhələsini yaşayır. Bu mərhələnin əsas dayaqları güclü dövlətçilik, milli birlik, iqtisadi müstəqillik, yüksək müdafiə qabiliyyəti, fəal xarici siyasət, müasir informasiya və ideoloji yanaşma, sosial rifah və Böyük Qayıdış kimi strateji istiqamətlərdir.

Yeni Azərbaycan Partiyası isə bu proseslərin siyasi və ictimai dayaqlarından biri kimi qarşısında mühüm vəzifələr görür. Partiyanın hər bir üzvü ölkənin qazandığı nailiyyətlərin mahiyyətini cəmiyyətə düzgün çatdırmalı, dövlətçilik dəyərlərinin qorunmasına töhfə verməli, milli həmrəyliyin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsində fəal rol oynamalıdır.

VIII Qurultayın siyasi mahiyyəti də məhz burada özünü göstərir: Azərbaycan Zəfər mərhələsini geridə qoyaraq suverenliyini tam təmin etmiş dövlət kimi gələcəyə doğru inamla irəliləyir. Qarşıda isə yeni hədəflər, yeni çağırışlar və daha böyük quruculuq vəzifələri dayanır.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun şəkildə davam etdirilməsi Azərbaycanın əldə etdiyi uğurların əsas siyasi-strateji xəttini təşkil edir. Bu xəttin mahiyyətində güclü dövlət, müstəqil siyasət, milli maraqların qorunması, xalqın rifahı və Azərbaycanın gələcək inkişafının təmin edilməsi dayanır.

VIII Qurultay bu baxımdan yalnız partiyanın növbəti qurultayı deyil, Azərbaycanın Zəfərdən sonra keçdiyi yeni tarixi mərhələnin siyasi baxışlarını və qarşıdakı hədəflərini əks etdirən mühüm hadisə kimi yadda qalacaq. Qarşıda duran vəzifələrin miqyası böyükdür. Lakin Azərbaycanın son illərdə keçdiyi yol göstərir ki, milli iradə, dövlət gücü və xalq həmrəyliyi əsasında müəyyənləşdirilən məqsədlərin ardıcıl həyata keçirilməsi ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.


İlqar İlyasov 

YAP Qaradag rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı vacib mesajlar verdi

15:59
03 Oktyabr

Azərbaycanın müstəqillik tarixində mühüm siyasi mərhələnin başlanğıcı  

15:30
03 Oktyabr

Zəfərdən suverenliyə, suverenlikdən yeni hədəflərə: VIII Qurultayın siyasi mesajları

15:09
03 Oktyabr

Yağışlı hava şəraiti sabah da davam edəcək

13:52
03 Oktyabr

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

13:50
03 Oktyabr

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

13:49
03 Oktyabr

İqtisadi gücün iki dayağı: investisiya və maliyyə sabitliyi

13:43
03 Oktyabr

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

13:38
03 Oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

13:29
03 Oktyabr

Azərbaycan-Cənubi Koreya tərəfdaşlığı Avrasiya ölkələri üçün nümunədir  

13:22
03 Oktyabr

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

12:27
03 Oktyabr

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

12:18
03 Oktyabr

Qubada ilk qar

12:09
03 Oktyabr

Ötən gün 63 cinayətin açılması təmin olunub

12:01
03 Oktyabr

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

11:23
03 Oktyabr

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

11:16
03 Oktyabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

11:14
03 Oktyabr

Heydər Əliyevin siyasi irsi: xilaskarlıqdan Zəfərə uzanan yol

11:12
03 Oktyabr

Azərbaycan nefti 124 dollara satılır

11:08
03 Oktyabr

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

10:11
03 Oktyabr

Yeni mərhələnin strateji prioritetləri: YAP-ın VIII Qurultayından əsas mesajlar

10:10
03 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!