03 Oktyabr 2026 16:05
1142
SİYASƏT
A- A+
Böyük Zəfərin təməli

Böyük Zəfərin təməli


 Azərbaycan xalqının 1993-cü ilin 3 oktyabrından başlayan şanlı yolu


Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlətdir. Xalqımız illərlə arzuladığı tarixi ədalətə, torpaqlarımızın azadlığına və dövlətimizin tam suverenliyinə qovuşub. 2020-ci ildə haqq yürüşünə çıxdığımız Vətən müharibəsində qazanılan şanlı Zəfər milli qürurumuzun, sarsılmaz dövlət-xalq birliyimizin təntənəsidir.

 Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxış edən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tarixi zəfərin əhəmiyyətini bu sözlərlə xüsusi vurğuladı: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.


  “Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi”


 Yer üzərində yaşayan bütün azərbaycanlıların düz altı ildir ki, qürur, məğrurluq hissi və coşqu ilə qeyd etdiyi Böyük Zəfər təsadüfən qazanılmayıb. Bu parlaq qələbənin təməli hələ illər öncə atılan düzgün addımlara, möhkəm siyasi iradəyə və xalqın öz Liderinə olan inamına dayanır.

 O da təsadüfi deyil ki, 3 oktyabr tarixi dövlətçilik salnaməmizdə müstəsna yer tutur. Məhz 1993-cü ilin 3 oktyabrında Azərbaycan xalqı böyük müdriklik göstərərək Ulu Öndər Heydər Əliyevi Prezident seçdi və ölkənin taleyini ona əmanət etdi. Dövlətimizin rəhbəri İlham Əliyev VIII Qurultaydakı nitqində o çətin illəri xatırladaraq bildirdi ki, məhz Heydər Əliyev sovet hakimiyyətindən uzaqlaşdırılandan sonra iki həftə keçməmiş - 1987-ci ilin noyabrında erməni millətçilər Qarabağı Ermənistana birləşdirmək üçün məsələ qaldırmışdılar. Bu təklif sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik sadəcə olaraq, onların əlində bir alət idi: “Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir... …Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi”.

İnflyasiyanın 1000 faizi keçdiyi, xəzinənin boş olduğu, torpaqlarımızın işğala uğradığı və ölkənin vətəndaş müharibəsi həddinə çatdırıldığı böhranlı vaxtda Ulu Öndər Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaqdan xilas etdi. Məhz həmin zaman qoyulan sağlam təməl, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti Azərbaycanı bügünki qüdrətli çağına gətirib çıxardı.


 “Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq”


  Azərbaycanın zəfər yolu addım-addım və düşünülmüş mərhələlərdən keçdi. Ötən müddətdə bütün sahələrdə inkişaf edərək dünyanın sayılıb-seçilən ölkəsinə çevrilən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində düşməni qarşısında  diz çökdürdü, işğala son qoydu. Təcavüzkar Ermənistan məğlubiyyət- kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. 8 noyabr tarix salnamələrimizə əbədi bayram kimi yazıldı.

 Şuşa Zəfərindən sonra həm siyasi-diplomatik, həm də hərbi sahədə işlər bir gün də dayandırılmadı. Qarabağda strateji mövqelər möhkəmləndirildi, Ermənistanın 2022-ci ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasına nail olundu. Qurultaydakı çıxışında bu məqamlara toxunan Prezident İlham Əliyev dedi ki, ondan sonra o bölgəni tam nəzarətə götürmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək və tərk-silah etmək üçün artıq hüquqi zəmin daha da möhkəmləndi: “Halbuki bu, həmişə var idi. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. Ancaq biz hamımız onu da bilirik ki, sözdə bir şey deyilir, amma arxa qapılar arasında başqa şeylər edilir. Ona görə biz bu riyakarlıqla 30 il üz-üzə qalmışdıq, amma bu riyakarlığa Azərbaycan əsgərinin yumruğu son qoymuşdur”.

2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni separatçılarının mövcudluğuna son qoyuldu, suverenliyimiz tam təmin edildi. Bununla həm faktiki olaraq Ermənistan tərəf olaraq bu prosesdən tamamilə kənarda qaldı, həm də Rusiya sülhməramlılarının fəaliyyətinə bölgədə ehtiyac qalmadı və vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etdi.

 Prezident İlham Əliyevin qurultaydakı nitqi təkcə keçilən şanlı yola nəzər salmaqla məhdudlaşmadı, həm də postmünaqişə dövründə müstəqil Azərbaycanın gələcək inkişaf xəritəsini cızdı. Əslində, dövlət başçısının bu çıxışı ölkəmizin yeni milli təhlükəsizlik konsepsiyası və ideoloji doktrinası kimi dəyərləndirilməlidir.

Çünki ölkəmizin rəhbəri açıq şəkildə bildirdi ki, hərbi Zəfərdən sonra fiziki təhlükəsizliyimiz tam təmin edilsə də, yeni dünyada ideoloji risklər və kiberhücumlar sərhəd tanımır. Bu baxımdan xalqın savadlanması, güclü təhsil və sarsılmaz vətənpərvərlik ruhu yeni ideoloji müdafiə qalxanımızın əsas sütunlarıdır. Şanlı Qələbədən sonra suverenliyimizi daimi etmək, xarici ideoloji təxribatlardan qorunmaq və milli maraqlarımızı qlobal səviyyədə qorumaq məhz bu proqram xarakterli strateji baxışın ana xəttini təşkil edir: “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”.

  Prezident onu da əlavə etdi ki, risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək.

Azərbaycan qazandığı bu qələbələrlə beynəlxalq münasibətlərdə yeni bir nümunə yaratdı. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövrdə ölkəmizə böyük güclər tərəfindən ciddi təzyiqlər olunurdu. Azərbaycana qarşı yalan kampaniyaları aparılır, sanksiya hədələri səsləndirilirdi. Lakin dövlətimizin qətiyyəti, xalqımızın birliyi və Azərbaycan Ordusunun “dəmir yumruğu” bütün bu riyakarlığa son qoydu.

 Bu gün müstəqil, bütöv və suveren Azərbaycan öz gücünə və Ulu Öndərin müəyyən etdiyi sarsılmaz siyasi xəttə söykənərək gələcəyə doğru inamla addımlayır. Haqlı olaraq Azərbaycan xalqı öz ölkəsi, dövləti, qazandığı bu möhtəşəm qələbələrlə qürur duyur.

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında dediyi kimi: “Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq”.

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

19:39
11 Oktyabr

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

19:37
11 Oktyabr

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

18:51
11 Oktyabr

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

18:13
11 Oktyabr

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

17:38
11 Oktyabr

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

16:57
11 Oktyabr

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

16:46
11 Oktyabr

Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb

16:30
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb  

15:53
11 Oktyabr

Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək

15:00
11 Oktyabr

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb  

14:54
11 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:07
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

12:05
11 Oktyabr

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

11:33
11 Oktyabr

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub  

09:46
11 Oktyabr

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb  

09:43
11 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib  

09:38
11 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlıqdan ortaq inkişafa doğru  

09:35
11 Oktyabr

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib  

08:42
11 Oktyabr

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

21:12
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

17:01
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!