Hörmüz boğazının yenidən açılması dünya neft bazarında qiymətlərin aşağı düşməsi ilə müşahidə olunur. Ötən gün 12 milyon barel neftlə yüklənmiş tanker boğazdan keçərək Yaponiyaya yola düşüb. Yaxın Şərq ölkələri artıq iri həcmdə neft satmağa başlayıb ki, bu da qiymətlərin aşağı istiqamətli dəyişməsinə səbəb olur. Lakin bu sabitlik nə qədər davam edəcək?
AZƏRTAC xəbər verir ki, ötən gecə İranıın silahlı qüvvələri Qətərin “Nakilat” şirkətinə məxsus 2 neft daşıyan tankerinə silahlı hücum edib. Tankerlər ciddi xəsarət alaraq açıq dənizdə qalıblar. “Axios” agentliyi isə bu məsələyə Ağ evin münasibətini öyrənib. Agentlik yazır ki, İran iyunun 18-də Vaşinqton ilə Tehran arasında imzalanan razılaşmada boğazdan yük gəmilərinin keçidinə maneə törətməyəcəyi barədə öhdəlik götürüb. Bu öhdəlik pozulmaqda davam etsə ABŞ qəti tədbirlər görəcək. Bu hadisədən dərhal sonra “Brent” markalı xam neftin sentyabr sifarişlərində bir barelinin qiyməti 38 sent (0,5 faiz) artaraq 72,37 dollara, “Light” markalı neftin bir bareili isə 30 sent (0,4 faiz) bahalaşaraq 68,85 dollara satılıb.
Buna baxmayaraq, ekspertlərin fikrincə, ABŞ-nin İranın neft ixracına qarşı tətbiq etdiyi qadağa sentyabrın 20-nə kimi qüvvədə qalacaq ki, bu vaxta kimi də qiymətlərdə enmə prosesi davam edəcək.
“KCM Trade”nin analitiklərinə görə, hazırda bazarda sabitlk mövcuddur. Lakin hər şey bazarın tələb və təklif prinsipindən asılı olacaq ki, bu da geosiyasi amillərlə bağlıdır. Yaxın Şərqdən təhcizat sabit qaydada davam edərsə qiymətlər də sabit qalacaq. Hər hansı bir gərginlik qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər. Buynunla yanaşı, müxtəlif dövlətlərin xüsusi ilə də Çinin neftə tələbatından da asılı amillər var. Çinin iqtisadiyyatında müşahidə olunan inkişaf yüksələn temp ilə edərsə enerjiyə tələbat artacaq ki, bu da qiymətlərin artmasına gətirib çıxaracaq.
Azərbaycanın “Azeri Light” markalı neftinin də qiymətində artım müşahidə edilib. “Azeri Light”ın bir barelinin qiyməti (1,1 faiz) 0,78 dollar artaraq 73,71 dollara satılır.