07 İyul 2026 09:37
161
İQTİSADİYYAT
A- A+
Beynəlxalq maliyyə qurumları ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar

Beynəlxalq maliyyə qurumları ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar


Bu gün qloballaşma və beynəlxalq iqtisadi inteqrasiya ölkələr arasında ticarət, nəqliyyat və investisiya əlaqələrinin daha da genişlənməsinə səbəb olub. Belə bir şəraitdə bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi davamlı inkişafın əsas istiqamətlərindən biri hesab edilir. 

Strateji coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və beynəlxalq əməkdaşlıq təşəbbüsləri sayəsində Azərbaycan Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən regional qovşağa çevrilməkdədir. Ölkəmizin regional iqtisadi qovşaq kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar təkcə infrastruktur layihələri ilə məhdudlaşmır. Beynəlxalq maliyyə institutları, investisiya platformaları və biznes dairələri ilə əməkdaşlığın genişləndirilməsi də bu strategiyanın mühüm tərkib hissəsidir. Məhz həmin əməkdaşlıq formatları ölkənin investisiya cəlbediciliyinin artmasına, yeni tərəfdaşlıqların qurulmasına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Bu baxımdan Bakıda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın iqtisadi gündəminin və regional liderlik ambisiyalarının praktik təzahürü kimi xüsusi əhəmiyyət daşıyır. 

Onlardan biri də Azərbaycanın sədrliyi ilə keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində bankın və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda keçirilən biznes-forumdur.

"Bazarların əlaqələndirilməsi və iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq rolunda" mövzusunda keçirilən biznes-forumda biznes, dövlət və bank sektorunun 170-dən çox nümayəndəsi iştirak edib. 60-dan çox özəl, 20-dən çox xarici şirkətin, həmçinin bir sıra dövlət qurumları nümayəndələrinin təmsil olunduqları forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın genişləndirilməsi, QDTİB-in ölkəmizdə həyata keçirdiyi layihələr, eləcə də inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

QDTİB ilə Azərbaycanın əməkdaşlığı ölkənin regional iqtisadi inteqrasiya strategiyasının vacib istiqamətlərindəndir. 20 ildən artıq davam edən tərəfdaşlıq investisiya imkanlarının genişləndirilməsinə, özəl sektorun inkişafına, ixrac potensialının artırılmasına və dayanıqlı iqtisadi artımın dəstəklənməsinə xidmət edir. Bu əməkdaşlığın daha çox dərinləşdirilməsi məqsədilə həyata keçirilən birgə təşəbbüslər və keçirilən beynəlxalq tədbirlər Azərbaycanın regional biznes və investisiya mərkəzi kimi mövqeyini gücləndirir. Ötən iki onillikdə QDTİB maliyyə institutları, istehsal, ticarət, energetika və digər sahələri əhatə edən çoxsaylı layihələri dəstəkləməklə yeni iş yerlərinin yaradılmasına, bazarda üstünlüyün əldə edilməsinə, eləcə də dayanıqlı iqtisadi artımın inkişafına  çox  töhfə verib. Təsadüfi deyil ki, uğurlu əməkdaşlıq mütəmadi olaraq yeni platformalar və təşəbbüslərlə davam edir. Belə platformalar mövcud tərəfdaşlığı möhkəmləndirir, yeni biznes əlaqələrinin qurulmasına təkan verir və qarşılıqlı investisiya imkanlarının genişlənməsinə səbəb olur. Bu baxımdan biznes-forumu yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının dəyərləndirilməsi və işgüzar əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma hesab etmək mümkündür.

Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri, QDTİB-in ölkəmiz üzrə rəhbəri Sahil Babayev vurğulayıb ki,  Azərbaycan bu gün infrastruktura ciddi investisiyalar yatırır: "QDTİB bizim aktiv tərəfdaşlarımızdan biridir. Bank bu günədək Azərbaycanda 500 milyon avroyadək layihənin maliyyələşdirilməsində iştirak edib. Burada özəl və dövlət şirkətləri üçün yeni imkanlar açılacaq. Bu gün qlobal iqtisadiyyat mühüm transformasiya dövrünü yaşayır. Azərbaycan həm regionun, həm Avropanın, həm də tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Mövcud geosiyasi çətinliklər fonunda Orta dəhlizin rolu getdikcə artır. Bu baxımdan Azərbaycan bir tərəfdən enerji təhlükəsizliyinin təmin olunmasında vacib rola malikdir, digər tərəfdən isə nəqliyyat infrastrukturu baxımından körpü rolunu oynayır". Nazir həmçinin prioritet inkişaf istiqamətlərinin maliyyələşdirilməsində yerli maliyyə institutlarının və özəl investorların rolunu vurğulayaraq bildirib ki, yeni imkanların reallaşdırılması üçün hökumətlər, beynəlxalq maliyyə institutları, kommersiya bankları və biznes dairələri arasında sıx tərəfdaşlığın davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Neft iqtisadi inkişafın əsas drayverlərindən biri olaraq qalsa da, neftdənkənar sahə geniş spektr üzrə sürətlə önə çıxır. Ötən ilin yekunlarına görə, Azərbaycan  iqtisadiyyatının 71 faizini neftdənkənar sahə təşkil edir. Bu inkişafın davamlı təmin olunmasında maliyyə imkanlarının genişləndirilməsi mühüm rol oynayır. Lakin neftdənkənar sahənin  dinamik inkişafı təkcə istehsalın artırılması ilə məhdudlaşmır. Həmin məhsulların yeni bazarlara çıxarılması, yerli şirkətlərin beynəlxalq tərəfdaşlarla əlaqələrinin genişləndirilməsi və onların maliyyə resurslarına çıxış imkanlarının artırılması da eyni dərəcədə vacibdir. Məhz bu məqsədlə həyata keçirilən təşviqat və təbliğat mexanizmləri ölkənin ixrac potensialının gücləndirilməsində mühüm rol oynayır. Bu mənada biznes-forumun təşkilatçısı olan AZPROMO-nun əsas məqsədi yerli ixracatçılara dəstək olmaq, onların xarici bazarlara çıxış imkanlarını genişləndirmək və Azərbaycan məhsullarının beynəlxalq bazarlarda tanıdılmasını təmin etməkdir. Həmin istiqamətdə sahibkarların maliyyə, informasiya və institusional dəstək alması da xüsusi əhəmiyyət daşıyır. Yeni tərəfdaşlıqların qurulması və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi ixrac potensialının  daha da artırılmasına imkan verəcək.

Ancaq bütün bunlar göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının artırılması artıq yalnız ölkədaxili siyasətin deyil, həm də beynəlxalq iqtisadi əməkdaşlıqdan asılı olan strateji məsələyə çevrilib. Təbii ki, belə bir platformanın məhz indiki mərhələdə təşkil olunması təsadüfi deyil. Qlobal iqtisadiyyatda baş verən transformasiyalar, alternativ nəqliyyat marşrutlarına marağın artması və ölkələr arasında investisiya uğrunda rəqabətin güclənməsi regional əməkdaşlığın yeni məzmun qazanmasını zəruri edir. Bu şəraitdə dövlətlər üçün güclü maliyyə institutları ilə tərəfdaşlıq, biznes dialoqunun genişləndirilməsi və yeni investisiya imkanlarının yaradılması strateji əhəmiyyət kəsb edir. Məhz buna görə beynəlxalq maliyyə institutlarının, dövlət qurumlarının və biznes dairələrinin bir araya gəldiyi platformalar iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm rol oynayır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hörmüz boğazında İranın xəbərdarlığına məhəl qoymayan gəmi vurulub

11:32
07 İyul

Milli Məclis "Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib

11:30
07 İyul

Milli Məclis 17 məsələnin müzakirəsinə başlayıb

11:18
07 İyul

Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

11:15
07 İyul

Neft qiymətləri geosiyasi amillərdən asılı alacaq

10:47
07 İyul

Rüşvət müqabilində vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

10:44
07 İyul

Hakan Fidan: Avropanın təhlükəsizliyi Aİ ilə məhdudlaşdırıla bilməz

10:41
07 İyul

Dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulur

10:38
07 İyul

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır  

10:35
07 İyul

Zəngilanda keçiriləcək növbəti əmək yarmarkasında 80-dən çox vakansiya təqdim ediləcək

10:33
07 İyul

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

10:30
07 İyul

Dünya çempionatı: Belçika millisi 1/4 finala vəsiqə qazanıb

10:26
07 İyul

Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb

10:23
07 İyul

Alimlər: Videooyunlar yaddaşı müəyyən dərəcədə yaxşılaşdıra bilər

10:20
07 İyul

Daşkəsəndə uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb

10:12
07 İyul

Neftçalada Xəzər dənizinə nərə cinsli 400 min balıq körpəsi buraxılıb

10:03
07 İyul

Rəqəmsal Şuranın iclası, QDTİB-in toplantısı, coğrafiyası genişlənən "Made in Azerbaijan" brendi və neftin qiymətində dalğalanma

09:53
07 İyul

"Yaşıl enerji" dəhlizi Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq

09:45
07 İyul

Beynəlxalq maliyyə qurumları ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar

09:37
07 İyul

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

09:29
07 İyul

Sadə, çevik, şəffaf

09:21
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!