11 Sentyabr 2026 10:00
153
Mədəniyyət
A- A+
Musiqinin şəfaverici gücü

Musiqinin şəfaverici gücü


Ruhumuzu oxşayan musiqinin həyatımızda əyləncə və xoş ovqat yaratmaqdan daha böyük rolu var. Sevdiyimiz mahnının ilk notları bəzən illər əvvəl yaşadığımız hadisəni xatırladır, sürətli ritm bizi hərəkətə gətirir, sakit melodiya isə gərginliyi azaldır. Son illərdə alimlər bu təsirlərin arxasında dayanan mexanizmləri daha dərindən araşdırmağa başlayıblar. Məqsəd artıq yalnız "musiqi insana yaxşı təsir edir" qənaəti ilə kifayətlənmək deyil. Tədqiqatçılar ritm, temp və melodiya kimi ayrı-ayrı komponentlərin beynin hansı sistemlərinə təsir etdiyini və bu xüsusiyyətlərdən tibdə necə istifadə oluna biləcəyini müəyyənləşdirməyə çalışırlar.

Musiqinin insan yaddaşına təsirinin ən təsirli nümunələrindən biri 2014-cü ildə ekranlara çıxan "Alive Inside: A Story of Music and Memory" sənədli filmində əks olunub. Filmdə demensiyadan əziyyət çəkən 94 yaşlı Henri uzun müddət ətraf aləmə çox az reaksiya verən vəziyyətdə görünür. Sosial işçi Dan Koen ona qulaqcıq taxaraq gəncliyində sevdiyi musiqini səsləndirir. Bir qədər əvvəl başını aşağı salaraq əlil arabasında sakit oturan Henri qəfil canlanır, gözlərini açır, başını qaldırır, ritmə uyğun hərəkət etməyə və keçmişindən danışmağa başlayır. Bu səhnə musiqi və yaddaş arasındakı mürəkkəb əlaqənin simvolik nümunələrindən birinə çevrilir.

2025-ci ildə yenilənmiş "Cochrane" elmi icmalına 15 ölkədə aparılmış 30 tədqiqat və ümumilikdə 1720 demensiyalı insan daxil edilib. Nəticələr musiqiyə əsaslanan müdaxilələrin adi qayğı ilə müqayisədə depressiv əlamətləri müəyyən qədər yaxşılaşdıra və ümumi davranış problemlərinə müsbət təsir göstərə biləcəyini göstərib. Bəs musiqi beyinə necə çatır? Proses havadakı səs dalğalarının qulaq pərdəsinə çatması ilə başlayır. Titrəmələr orta qulaqdakı kiçik sümüklər vasitəsilə daxili qulağa ötürülür. Buradakı tük hüceyrələri mexaniki titrəmələri elektrik siqnallarına çevirir. Siqnallar eşitmə siniri və beyinin müxtəlif strukturları vasitəsilə eşitmə qabığına çatdırılır. Ancaq musiqinin beyində yaratdığı proses bununla bitmir. Melodiyanı dinlədiyimiz zaman hərəkət, diqqət, yaddaş, emosiya, gözlənti və mükafatlandırma ilə əlaqəli geniş neyron şəbəkələri də fəaliyyətə qoşulur. Məhz buna görə musiqinin təsiri, sadəcə, "eşitməkdən" daha mürəkkəb proses hesab olunur.

Florida Atlantik Universitetinin neyroalimi və fiziki Edvard Large uzun illərdir beyinin ritmi necə qəbul etdiyini araşdıran alimlərdəndir. Onun üzərində çalışdığı "neyron rezonans" yanaşmasına görə, beyinin öz ritmik fəaliyyəti xarici səs ritmləri ilə qarşılıqlı əlaqəyə girə bilər. Bu sahədə aparılan təcrübələr xüsusilə maraqlı nəticələr ortaya qoyub. Large və həmkarlarının eksperimentlərində elə baraban ardıcıllıqları yaradılıb ki, dinləyici faktiki olaraq səsləndirilməyən sabit ritmi hiss edib. Beyinin fəaliyyəti maqnitoensefaloqrafiya ilə ölçüldükdə eşitmə qabığında məhz həmin "çatışmayan" ritmin tezliyinə uyğun neyron aktivliyi aşkarlanıb. Bu isə beyinin musiqidəki ritmi passiv şəkildə qəbul etməklə kifayətlənmədiyini, ritmik quruluşun müəyyən hissələrini daxildə formalaşdıra bildiyini göstərir.

Musiqinin ağrı hissinə təsirinə dair yeni araşdırmalar da diqqət çəkir. MakGill Universitetinin tədqiqatçıları tərəfindən aparılmış və 2025-ci ildə "Pain" jurnalında dərc olunmuş tədqiqatda musiqinin tempinin insanın fərdi, təbii ritminə uyğunlaşdırılmasının əhəmiyyəti araşdırılıb. İştirakçıların əvvəlcə tanış melodiyanı hansı təbii sürətlə ifa və ya ritmlə müşayiət etdikləri müəyyənləşdirilib. Daha sonra onlara bu tempə uyğun, eləcə də 15 faiz daha sürətli və 15 faiz daha yavaş musiqi dinlədilib. Ən aşağı ağrı göstəriciləri musiqinin insanın öz təbii tempinə uyğun olduğu halda qeydə alınıb. Təcrübədə sağlam insanlarda istilik vasitəsilə yaradılmış eksperimental ağrıdan istifadə edildiyindən nəticələri xroniki xəstələrə avtomatik şamil etmək olmaz. Bununla belə, araşdırma gələcəkdə "hamı üçün eyni musiqi" yanaşmasından fərdiləşdirilmiş musiqi müdaxilələrinə keçidin mümkünlüyünü göstərir. Yəni terapevtik təsir yalnız hansı mahnının seçilməsindən deyil, onun hansı sürətlə səsləndirilməsindən də asılı ola bilər.

Alimləri maraqlandıran başqa bir istiqamət musiqidən daha çox dəqiq tezlikdə verilən səs və işıq stimullarının beyinə təsiridir. Massaçusets Texnologiya İnstitutunun mütəxəssislərinin araşdırmaları xüsusilə 40 herslik qamma aktivliyinə yönəlib. Qamma dalğaları diqqət, qavrayış və yaddaş kimi proseslərlə əlaqələndirilən sürətli beyin ritmləridir və Altsheymer xəstəliyində onların fəaliyyətində dəyişikliklərin olduğu müşahidə edilir. 2019-cu ildə dərc edilən heyvan təcrübəsində Altsheymer xəstəliyinə bənzər patologiyası olan siçanlara 40 hers tezliyində səs stimulları verilib. Tədqiqatçılar eşitmə qabığı və hipokampusda qamma aktivliyinin gücləndiyini, amiloid-beta patologiyasının bəzi göstəricilərinin azaldığını və heyvanların müəyyən yaddaş testlərində daha yaxşı nəticə göstərdiyini bildiriblər. Səs stimulu 40 herslik yanıb-sönən işıqla birlikdə tətbiq ediləndə təsir daha geniş beyin sahələrində müşahidə olunub.

Musiqinin tibdə tətbiqinin daha praktik nəticələr verdiyi istiqamətlərdən biri isə hərəkət və yeriş reabilitasiyasıdır. Con Hopkins Universitetinin Musiqi və Tibb Mərkəzində nevroloq Aleksandr Pantelyat və həmkarları uzun müddətdir Parkinson xəstəliyi, insult və digər nevroloji pozuntularda musiqi və ritmə əsaslanan müdaxilələri araşdırırlar. Mərkəzin yanaşmasına görə, musiqinin tibbi potensialından səmərəli istifadə üçün onun beyinə və bədənə hansı mexanizmlərlə təsir etdiyini dəqiq müəyyənləşdirmək lazımdır. Bu istiqamətdə hazırlanan texnologiyalardan biri "MedRhythms" şirkətinin "InTandem" sistemidir. Sistem ayaqqabıya taxılan sensorlar vasitəsilə insanın yerişi haqqında məlumat toplayır və musiqi əsaslı ritmik eşitmə stimullarını hərəkətə uyğunlaşdırır. Bu texnologiya ilə bağlı aparılmış klinik tədqiqatda 87 insult keçirmiş insan iştirak edib. Beş həftəlik proqramdan sonra "InTandem" qrupunda yeriş sürətindəki orta artım saniyədə 0,14 metr, nəzarət qrupunda isə 0,06 metr olub. Klinik baxımdan əhəmiyyətli yaxşılaşma göstərənlərin payı müvafiq olaraq 40 və 13 faiz təşkil edib. Beləliklə, ritmə əsaslanan sistemdən istifadə edən qrupda cavab verənlərin nisbəti təxminən üç dəfə yüksək olub.

Parkinson xəstəliyi ilə bağlı nəticələr də maraqlıdır. 2025-ci ildə "npj Parkinson's Disease" jurnalında dərc edilən sınaqda 44 nəfər iki qrupa ayrılıb. Altı həftə ərzində bir qrup fərdiləşdirilmiş musiqi əsaslı ritmik eşitmə sistemindən istifadə edib, digər qrup isə belə stimul olmadan yerimə proqramını həyata keçirib. Təhlilə daxil edilən iştirakçılar arasında musiqi sistemi ilə məşq edənlərdə gündəlik addımlar başlanğıcla müqayisədə orta hesabla 3343 addım artıb. Nəzarət qrupunda artım 172 addım olub. Musiqi sistemi ilə məşq edənlər daha çox orta intensivlikli yerimə həyata keçirib və yeriş ritminin sabitliyində də yaxşılaşma qeydə alınıb.

Bütün bu araşdırmalar musiqiyə tibdə yeni gözlə baxmağa imkan verir. Söhbət, sadəcə, xəstəyə sevdiyi mahnını dinlətməkdən getmir. Gələcəyin yanaşması insanın yeriş sürətini, təbii ritmini, nevroloji vəziyyətini, musiqi zövqünü və hətta beyinin müəyyən tezliklərdəki fəaliyyətini nəzərə alan fərdiləşdirilmiş "akustik resept" ola bilər. Lakin elm hələ yolun başlanğıcındadır. Bəlkə də gələcəkdə həkimin reseptində yalnız preparatın adı və dozası deyil, müəyyən ritm, temp və melodiya xüsusiyyətləri də yer alacaq. O zaman musiqinin müalicəvi gücü onun, sadəcə, gözəl səslənməsində deyil, beyinin və bədənin öz ritmi ilə düzgün zamanda "danışa" bilməsində olacaq.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Musiqinin şəfaverici gücü

10:00
11 Sentyabr

Boyunbağı

09:45
11 Sentyabr

İki qardaş, bir amal

09:30
11 Sentyabr

Bir ömrə sığmayan qəhrəmanlıq dastanı

09:20
11 Sentyabr

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

09:10
11 Sentyabr

Payız nağılı

09:00
11 Sentyabr

BP artıq "yaşıl enerji" sahəsində də tərəfdaşımızdır

08:50
11 Sentyabr

"Azərenerji" və "China Energy" rəhbərlərinin görüşü olub

08:40
11 Sentyabr

Müstəqillik tariximizin yazıldığı ilk ünvan

08:30
11 Sentyabr

Terrordan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır

08:20
11 Sentyabr

Qlobal iqlim fəaliyyətinin prioritetləri Bakıda müzakirə olundu

08:10
11 Sentyabr

Avrasiyanın güc mərkəzi

08:00
11 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:59
11 Sentyabr

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:58
11 Sentyabr

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:57
11 Sentyabr

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:56
11 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:55
11 Sentyabr

“Səfərbərlik ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi haqqında

01:53
11 Sentyabr

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında

01:52
11 Sentyabr

İordaniya mediası Bakı İqlim Fəaliyyəti Həftəsindən yazıb  

22:05
10 Sentyabr

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub

22:02
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!