11 Sentyabr 2026 08:20
197
SİYASƏT
A- A+
Terrordan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır

Terrordan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır


2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş dəhşətli terror aktından 25 il ötür. Bu faciəvi olaydan sonra dünyanın təhlükəsizlik anlayışında tamamilə yeni bir dövr başladı. Bütün bəşəriyyət terrorizmə qarşı birgə mübarizə etməyin vacibliyini anladı. Bu qlobal mübarizəyə ilk dəstək verən və ön sıralarda yer alan ölkələrdən biri də Azərbaycan oldu. Ölkəmizin antiterror koalisiyasına dərhal qoşulması təsadüfi deyildi. Çünki Azərbaycan dünyada terrordan və separatizmdən ən çox əziyyət çəkən dövlətlərdən biri idi. 


Ölkəmiz terrorla mübarizədə ön sıralardadır


Ölkəmiz bu beynəlxalq fəlakətlə mübarizədə ilk növbədə informasiya mübadiləsi, beynəlxalq terrorizm şəbəkəsi ilə əlaqəsi olan şəxslərin və ya qurumların ifşa olunması, terrorizmin maliyyələşmə şəbəkəsinin üzə çıxarılması kimi məsələlərə xüsusi diqqət yetirir. Bununla yanaşı, Azərbaycan hərbçiləri beynəlxalq sülh yaratma missiyalarında fəal iştirak edirlər. Hətta 2021-ci ilin avqustunda missiya başa çatanda Əfqanıstanı ən son tərk edən məhz Azərbaycan sülhməramlıları oldu. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vens cari il fevralın 10-da Prezident İlham Əliyevlə mətbuat konfransı zamanı Azərbaycan hərbçilərinin bu cəsarətini və etibarlı tərəfdaşlığını xüsusi vurğuladı: "Fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-nin hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar".

Xatırladaq ki, 2002-ci il noyabrın 20-dən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 2015-ci il yanvarın 1-dən etibarən Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında 6 aylıq rotasiya planına uyğun olaraq fəaliyyətə başlayıb. İlkin mərhələdə 94 nəfərlik kontingent ilə xidmətə başlayan Azərbaycan Ordusu 9 yanvar 2018-ci il tarixdən missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın sona çatması ilə əlaqədar, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüblər. Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda Azərbaycan hərbçilərinin peşəkarlıqla xidmət göstərməsi, təhlükəsizlik və sabitliyin təmininə real töhfə verməsi ölkəmizin qlobal təhlükəsizlik sistemində məsuliyyətli tərəfdaş olduğunu bir daha sübut etdi.


Qanlı faktlar 


Amerikalılar terrorun nə olduğunu 25 il əvvəl daha çox anladılar. Azərbaycan xalqı isə buna qədər nəinki onilliklər, əsrlər boyu erməni terrorunun ağrı-acısı ilə yaşayıb. Təkcə müasir statistika xalqımıza  qarşı  erməni terrorunun miqyasını və dəhşətini faktlarla ortaya qoyur. 

1967-ci ildən 1994-cü ilə qədər ermənilər azərbaycanlılara qarşı 50-dən çox terror hadisəsi törədiblər. 1988-1993-cü illərdə ermənilər tərəfindən mülki şəxslərə və hərbçilərə qarşı törədilmiş terror aktları nəticəsində 1250 nəfər həlak olub, 1283 nəfər yaralanıb, 65 nəfər itkin düşüb.

3 iyul 1967-ci ildə Xankəndidə keçirilən məhkəmədən sonra ermənilər şərləyərək həbs etdirdikləri Qaradağlı kəndinin 3 sakininin olduğu polis maşınına hücum edib, onları qətlə yetirdikdən sonra üstlərinə benzin tökərək yandırıblar. 

1988-ci ilin fevralında Əsgəranda iki azərbaycanlı gənc - Əli Hacıyev və Bəxtiyar Quliyev qətlə yetirildi. 

10 avqust 1990-cı ildə "Tbilisi-Ağdam" avtobusunun partladılması ilə 20 nəfər həlak oldu, 30 nəfər yaralandı. 

20 noyabr 1991-ci ildə  Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər daxil olmaqla 22 nəfər həlak oldu.

1992-ci ilin yanvarında Kərkicahan qəsəbəsində 80 nəfər dinc sakin qətlə yetirildi. Həmin ilin 28 yanvarında isə "Ağdam-Şuşa" mülki vertolyotunun vurulması nəticəsində çoxu qadın və uşaq olan 44 nəfər həyatını itirdi.

17 fevral 1992-ci ildə  Qaradağlı kəndinin 56 sakini (onlardan 12-si uşaq) güllələndi.

26 fevral 1992-ci ildə törədilən Xocalı soyqırımı zamanı  613 dinc sakin həlak oldu, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü.

19 mart 1994-cü ildə  Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında törədilən partlayışda 14 nəfər həlak oldu, 49 nəfər yaralandı. 

1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımız deportasiya edilən zaman erməni caniləri onlara qarşı çoxsaylı cinayət əməlləri törədiblər. 

Ermənistan terror əməllərindən 2020-ci il Vətən müharibəsi dövründə də əl çəkmədi. Cəbhədən uzaqda yerləşən Gəncə, Tərtər, Bərdə və Mingəçevir kimi şəhərlərimiz ballistik raketlər və kasetli mərmilərlə bombalandı, 100-dən çox günahsız dinc sakin həlak oldu. Prezident İlham Əliyev BMT-nin 80-ci sessiyasındakı çıxışında vurğuladığı kimi, Ermənistan dinc əhalini hədəf aldığı halda, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa tam əməl edərək apardı, qeyri-hərbi infrastrukturu hədəfə almadı və mülki şəxsləri qorudu.

Otuz ilə yaxın davam edən işğal dövrü həm də torpaqlarımızı mina tarlasına çevirdi. Ərazimizin 13 faizindən çoxu mina və partlamamış sursatlarla çirkləndirilib. Münaqişə başlayandan bəri 3500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Təkcə 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar və jurnalistlər də daxil olmaqla, 437 nəfər mina qurbanı olub, onlardan 73-ü həyatını itirib. Ermənistanın verdiyi mina xəritələrinin dəqiq olmaması və minaların yollara, yaşayış sahələrinə, qəbiristanlıqlara basdırılması bu gün də mülki insanların həyatına təhlükə yaratmaqda davam edir.

Azərbaycanın üzləşdiyi erməni terroru və mina təhlükəsi təkcə bir regionun deyil, bütün bəşəriyyətin ortaq problemidir. 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağda separatizmin kökü kəsildi. Bakıda ədalət qarşısına çıxarılan müharibə caniləri bir daha sübut etdilər ki, terror cəzasız qala bilməz. Bu gün beynəlxalq ictimaiyyət terrordan əziyyət çəkən və qlobal təhlükəsizliyə real töhfələr verən Azərbaycanın haqlı mübarizəsinə dəstək olmalı, Ermənistanın mina terroruna qarşı həmrəylik nümayış etdirməli və İrəvanın dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinə nail olmalıdır.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

09:10
11 Sentyabr

Payız nağılı

09:00
11 Sentyabr

BP artıq "yaşıl enerji" sahəsində də tərəfdaşımızdır

08:50
11 Sentyabr

"Azərenerji" və "China Energy" rəhbərlərinin görüşü olub

08:40
11 Sentyabr

Müstəqillik tariximizin yazıldığı ilk ünvan

08:30
11 Sentyabr

Terrordan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır

08:20
11 Sentyabr

Qlobal iqlim fəaliyyətinin prioritetləri Bakıda müzakirə olundu

08:10
11 Sentyabr

Avrasiyanın güc mərkəzi

08:00
11 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:59
11 Sentyabr

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:58
11 Sentyabr

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:57
11 Sentyabr

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:56
11 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:55
11 Sentyabr

“Səfərbərlik ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi haqqında

01:53
11 Sentyabr

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında

01:52
11 Sentyabr

İordaniya mediası Bakı İqlim Fəaliyyəti Həftəsindən yazıb  

22:05
10 Sentyabr

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub

22:02
10 Sentyabr

Yeni Azərbaycan – zəfərlər partiyası  

21:59
10 Sentyabr

Azərbaycan-Aİ münasibətləri və Cənubi Qafqazda sülh gündəliyi müzakirə olunub

20:45
10 Sentyabr

Səhrada itmiş qədim sivilizasiya tapılıb

20:43
10 Sentyabr

Qalaktikanın fərqli dünyaları

20:03
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!