11 Sentyabr 2026 09:10
103
CƏMİYYƏT
A- A+
Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub


Masallı şəhərində əlilliyi olan uşaqlara dəstək məqsədilə növbəti xeyriyyə tədbiri keçirilib. Tədbirdə çıxış edən RİH-in başçısı Araz Əhmədov belə xeyriyyə tədbirlərinin təşkilinin əhəmiyyətini vurğulayıb. 

Bildirilib ki, əlilliyi olan şəxslər, o cümlədən uşaqlar və sosial müdafiəyə ehtiyacı olan digər həssas qruplar dövlətin daim diqqət və qayğısı ilə əhatə olunurlar. 

A.Əhmədov sonra tədbirdə iştirak edən uşaqlar və onların valideynləri ilə  söhbət edib, onların qayğı və istəkləri ilə maraqlanıb. Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən sosial həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə hər zaman xüsusi diqqət və qayğı göstərilir.

Xeyriyyə tədbiri çərçivəsində "Ümid Yelkəni" İctimai Birliyi adından əlilliyi olan 35 uşağa ərzaq payları təqdim olunub.

Uşaqlar və onların valideynləri göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və "Ümid Yelkəni" İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər.


S.QUBADOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İki qardaş, bir amal

09:30
11 Sentyabr

Bir ömrə sığmayan qəhrəmanlıq dastanı

09:20
11 Sentyabr

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

09:10
11 Sentyabr

Payız nağılı

09:00
11 Sentyabr

BP artıq "yaşıl enerji" sahəsində də tərəfdaşımızdır

08:50
11 Sentyabr

"Azərenerji" və "China Energy" rəhbərlərinin görüşü olub

08:40
11 Sentyabr

Müstəqillik tariximizin yazıldığı ilk ünvan

08:30
11 Sentyabr

Terrordan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır

08:20
11 Sentyabr

Qlobal iqlim fəaliyyətinin prioritetləri Bakıda müzakirə olundu

08:10
11 Sentyabr

Avrasiyanın güc mərkəzi

08:00
11 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:59
11 Sentyabr

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:58
11 Sentyabr

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:57
11 Sentyabr

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:56
11 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:55
11 Sentyabr

“Səfərbərlik ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi haqqında

01:53
11 Sentyabr

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında

01:52
11 Sentyabr

İordaniya mediası Bakı İqlim Fəaliyyəti Həftəsindən yazıb  

22:05
10 Sentyabr

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub

22:02
10 Sentyabr

Yeni Azərbaycan – zəfərlər partiyası  

21:59
10 Sentyabr

Azərbaycan-Aİ münasibətləri və Cənubi Qafqazda sülh gündəliyi müzakirə olunub

20:45
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!